“Restoranda yarım saatı 50 manata oxumaq mənlik deyil...”
Şou-biznes 05 May 2023 11:48:00 244 0
Son.az xəbər verir ki, tanınan və sevilən müğənni Yaqut Babayeva illər sonra özəl olaraq moderator.az-ın suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Azərbaycanlı aparıcı canlı yayımda təbaşir yedi
- Yaqut xanım, siz uzun illərin sevilən müğənnisisiniz. Sizi sənətdən uzaqlaşdıran səbəb nə oldu?
- Deməzdim ki, sənətdən uzaqlaşmışam. Sadəcə bu günki gün, bu günki il, bu günki səhnələr mənim üçün deyil. Çox şeyləri görürəm. Çox açıq danışıb kiməsə ipucu vermək istəmirəm. Bəzən efirlərə çıxıb deyirlər ki, filan müğənni belə, filan müğənni elə. Bu cür söhbətlərdən də uzağam. Kiməsə daş atmağı xoşlamıram. Sevmirəm bunları. Hər şeyi dadında buraxıb getmək lazımdır. Mənim 65 yaşım var. 37 ildən çox toylara getmişəm. Gündə toylarda olmuşam. Son illər gördüm ki, toylarım azalır, yaş da öz sözünü deyirdi. Zeynəb Xanlarova mahnısında dediyi kimi,"Hər aşiqin dövranı var". Mənim də dövranım olub, yaşamışam, məncə bəsdir. May ayının 20-də şair Ramiz Abdullayevin yaradıcılıq gecəsinə dəvət almışam. O mənim ən məşhur "Telefon" mahnımın söz yazarıdır. Bir də görürsən ki, yaxın adamlar, məni sevənlər toylarına dəvət edirlər. Kiminsə bostanına daş atmaq olmasın, amma hansısa restoranda gedib 100 manata, yarım saatı 50 manata oxumaq mənlik deyil. Çünki mən həmişə öz toylarıma, yaxşı toylara getmişəm. Bir müğənni var, indi çox məşhurdur. Vaxt olub ki, mənimlə bir toyda oxuyanda mən 1000 dollar almışam, o isə 10 şirvan. İndi o bəlkə də 15-20 minə gedir, mən isə oturmuşam evdə. Niyə oturmuşam evdə? Çünki mən özümə hörmət edən adamam. - Tamaşaçılarınız, sevənləriniz yolda görüb, yəqin ki, harada olduğunuzu soruşurlar?
- Sevənlərim çoxdur. Onlar da hər şeyi görürlər. Bu dəqiqə heç nəyi gizlətmək mümkün deyil. Kim necə addım atırsa, hamı çox yaxşı bilir. Bir neçə il bundan əvvəl məni bir açılışa dəvət etdilər, orada çox tanınmış bir müğənni tədbiri aparırdı. O məni belə təqdim etdi ki, "Nə vaxt Aztv-ni açırdım, deyirdilər ki, oxuyur Yaqut Babayeva, indi bəs sizə nə oldu? Haradasınız?". Məni sevənlər yolda görüb deyirlər ki, "çox istəyərdik efirlərə çıxasız, sizin üçün darıxmışıq". Bu günlərdə uzun fasilədən sonra Elgiz Əkbərin verilişində qonaq oldum. Elgiz uzun müddətdir efirlərdə olmamağımı nəzərə alıb, məndən xahiş etdiki, gözləri bağlı verilişə çıx. Deyirdi ki, görək səni tanıyacaqlar ya yox?! Sonra rəyləri oxudum, yazmışdılar ki, Yaqut xanımın addımlarından onun kim olduğunu bildik. - Yaqut xanım, gününüz necə keçir? - Mən Mədəniyyət Nazirliyinin nəzdində Hüseynqulu Sarabski adına mədəniyyət evində özfəaliyyət ansamblının bədii-rəhbəri işləyirəm. Vaxt olub ki, mən də özfəaliyyət ansamblına gəlmişəm, iştirak etmişəm. İndi də oradakı gənclərə vokal dərsləri keçirəm. - Hansı illərə qayıtmaq istərdiniz?
Heydər Əliyev Mərkəzində Azərbaycan, ABŞ və Kuba musiqiçilərinin işti
Mərkəzi Bankın valyuta ehtiyatları bu gün 9,189 milyard dollardan çox, pul
Heydər Əliyevin enerji layihələrində Gürcüstana verdiyi önəm sayəsind�
Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial S
Terroru dövlət siyasətinə çevirən, illər uzunu terrorçuları qəhrəmanl
TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonr
"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi 1 ay müddətinə avtomobil
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul niş
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qa
Beyləqan rayonunda avtomobil aşıb, ölənlər var.
Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetlər mövzusunda
Meyxanaçı Pərviz Bülbülə növbəti açıqlaması ilə diqqətləri üzəri
"Ağ şəhər bulvarı"nda ağır qəza baş verib.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �