Dağıdılmış evlər, minalanmış ərazilər və artilleriya səsləri – UkraynaRusiya sərhədindən reportaj FOTO
Dünya 04 May 2023 01:01:00 229 0
Bu dəfə yolumuz Ukraynanın qaynar nöqtələrindən biri hesab edilən Rusiya ilə sərhəd bölgəsinədir. Çerniqov vilayətinin Rusiya ilə sərhəd bölgəsinə yaxınlaşdıqca daha çox dağılmış evlər, yanmış avtomobillər, minalanmış ərazilər, artilleriya səslərinin şahidi oluruq. Çerniqov paytaxt Kiyevin şimal hissəsindən müdafiə qalası hesab edilir. Məhz ona görə də müharibənin ilk günlərindəcə rus qoşunları vilayətin böyük hissəsinə sahib çıxdılar, məqsəd isə bəlli idi: Kiyevə doğru irəliləmək... Lakin Çerniqov şəhəri uğrunda ağır döyüşlər getdi və şəhər müdafiə olunmağı bacardı.
Bu xəbəri də oxu: Tramp bu sosial şəbəkəni nəzarətinə götürür
Bu gün də Çerniqov vilayətinin əraziləri hər gün atəşə məruz qalır. Yenə də dağıntılar, itkilər, insan faciəsi yaşanır. İnsanlar təkrar hücum təhlükəsindən sığortalanmayıb. Ukrayna silahlı qüvvələri isə növbəti dəfə hücumun qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirir.
119-cu regional müdafiə briqadasının hərbçisi mayor Sergey Kalinіçenko AZƏRTAC-a açıqlamasında deyib ki, briqada Çerniqov vilayətində yerləşir. "Mən Ukraynanın şimalındakı Çerniqov vilayətinin sərhədlərində xidmət edirəm. Briqadanın bölmələri bütün bölgədə yerləşir, həm ölkənin şimal bölgəsinin müdafiəsində iştirak edir, həm də Ukraynanın şərqində döyüş əməliyyatlarında iştirak edir.
Hazırda komandanlığımız bizə qarşı yenidən hücuma başlamaq üçün kifayət qədər qoşun qruplaşmasının olduğunu görmür, lakin onlar qruplaşmalarının sayını artırıb Çerniqov vilayətinə təkrar hücum etmək istəsələr, o zaman xoşagəlməz sürprizlə qarşılaşacaqlar. Bu, onlar üçün geriyə dönüşü olmayan yol olacaq. Biz hazırda Çerniqov vilayətinin şimalındakı mövqelərdəyik, belə mövqelər çoxdur, bölmələr hazırlanır, kəşfiyyatdan keçirlər, ərazilər minalanır", - deyə o qeyd edib.
AZƏRTAC-ın xüsusi çəkiliş qrupu Rusiya ilə sərhəd bölgəsində olarkən ara-sıra artilleriya səslərini də eşidirdi. Sergey Kalinіçenko bildirib ki, sərhəd bölgəsi mütəmadi olaraq atəşə tutulur, 11 mindən çox əhalisi olan 34 yaşayış məntəqəsi daim atəş altındadır. Atəş səsləri hər gün eşidilir. Düşmən artilleriya, reaktiv raket sistemləri və minaatanlar ilə sərhədi daim atəş altında saxlayır.
Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə v�
Artıq bir neçə gündür ki, ölkə gündəmini 7 yaşlı uşağın idman zal�
Bu il artıq Rumıniyaya qazın nəqli başlayıb. Yunanıstan, İtaliya və Bol
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bu ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respubli
Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Er
Pomidorun tərkibindəki likopin antioksidantı onkoloji xəstəliklərin profil
Ukraynanın xalq deputatı David Araxamiya bildirib ki, Kremlə pilotsuz təyyar
Ukrayna hərbçiləri Zaporojye vilayətinin Orexovski istiqamətində hücuma c
Sağlam olmayan pəhriz "aqressiv prostat xərçəng"' riskini art
"Bir kəmər, bir yol" təşəbbüsü həmişə Azərbaycan tərəfind
Duş qəbul etmək bəzi insanlar üçün sadəcə təmizlik işi olsa da, əks�
İstər regional inkişafla, istər beynəlxalq məsələlərlə, istərsə də