15 yaşında evləndi, kirayələrdə yaşadı, anasına və özünə villa aldı
Kriminal 30 Apr 2023 18:00:00 269 0
Son.az Kulis.az-a istinadən Nəfəs adı ilə məşhurlaşan müğənni Günel Məmmədli haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Daha bir tiktoker həbs edildi FOTO
Əslən Tərtər rayonundan olan müğənni Günel Məmmədli 6 iyun 1993-cü ildə Bakıda dünyaya göz açıb.
***
Müğənni sənətə gələndən sonra adını Nəfəs olaraq dəyişdirib. Efirlərin birində bu barədə danışarkən daha tez tanınmaq üçün belə bir ad seçdiyini bildirib:
"Heç kimin ağlına gəlməyən ideya mənim ağlıma gəldi. Bu adla uğur qazandım".
***
15 yaşında ailə həyatı quran ifaçının həyat yoldaşı özündən 6 yaş böyük olub. Atasının istəyi ilə baş tutan bu evlilik qısa müddətdən sonra bitib. Müğənni ayrılıq səbəbi haqqında heç yerdə açıqlama verməyib. Onun bu evlilikdən Murad və Nuran adında iki övladı dünyaya gəlib.
***
İki bacısı və bir qardaşı olan ifaçının atasına övladlarından ancaq onun toyunu görmək nəsib olub və Nəfəsin evliliyindən qısa müddət sonra, o, dünyasını dəyişib.
***
Nəfəs ailəsi ilə birgə 2009-cu ilədək kirayədə yaşayıb.
***
11-16 yaşlarından musiqi ilə məşğul olan Nəfəs 2018-ci ildən populyarlaşmağa başlayıb. Aqşin Fateh ilə duet oxuduğu "Yarem" mahnısından sonra daha da məşhurlaşıb. Bir müddət sonra isə aralarında münaqişə yarandığı üçün onların duet ortaqlığı pozulub. İfaçı səbəb kimi Aqşinin ondan xəbərsiz Vəfa Şərifova ilə duet oxumasını göstərib:
"Mənlə iş birliyi ola-ola Vəfa Şərifova ilə duet hazırlamışdı. Mənə dedi ki, onunla oxuyum sonra, bəlkə, səninlə də oxuyaram. Bunu heç cür qəbul edə bilməzdim. Çünki biz iş birliyinə başlayanda mənə şərt qoymuşdu ki, heç kimlə oxumayacaqsan. Hər hansı müğənni təklif etsə, rədd edəcəksən. Hətta telefon nömrələrini belə dəyişəcəksən ki, sənə çata bilməsinlər. Mən də duet ortağı olduğumuz üçün hər şeyə razı olmuşdum. Amma onun belə hörmətsizlik etməsi xətrimə dəydi".
Aralarındakı mübahisədən sonra sənət aləmində Aqşinə görə məşhurlaşması ilə bağlı tez-tez fikirlər eşidən Nəfəs maqazin verilişlərində birində məsələyə bu cür aydınlıq gətirərək bildirib:
"Təzə-təzə səhnəyə addım atırdım, bir ay çəkmədi ki, məşhurlaşdım. Bunu özüm etdim. Aqşin də bir restoranda çıxışımı görüb mənə təklif etdi ki, birlikdə oxuyaq. Düşünürəm ki, o, bir vasitəçidir. Allah onu mənim üçün göndərmişdi. Amma "Yarem"i tək ifa etsəm də, bir neçə aya tanınacaqdım. Buna əminəm. Aqşin sadəcə prosesi sürətləndirdi.
Sözügedən duetdən sonra Nəfəsin "Tükənmişəm", "Ürəyim", "Gizli eşq" adlı mahnıları dinləyicilər tərəfindən böyük rəğbət qazanıb.
***
İranda molla rejiminin iflasa uğramış iqtisadi siyasəti insanları radikal
Liposaksiya - bədənin müəyyən hissələrində olan piylənmənin vakuum vas
Ukrayna Prezidenti Vladimir Zelenski fövqəladə hallarda yanında silah olduğ
Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. H
Axşam.az xəbər verir ki, müğənni toy məclislərindən birində aparıcıl
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə
Mədə-bağırsaq problemlərindən biri də köp yaranmasıdır. Bəzən qəbul
İranda məcburi hicab qanununa görə ilk dəfə avtomobilə həbs qoyulub.
Kişilər bəzən özlərini qadınlardan daha çox bəzəməyi sevirlər. Buna
Ukrayna hökuməti Rusiyanın genişmiqyaslı işğalı ilə bağlı simvollara
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Son.az Kulis.az-a istinadən Xalq artisti Afaq Bəşirqızı haqqında maraqlı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Böyük Britaniya hakimiyyəti Ukraynaya Dəstək Fondu çərçivəsində Kiyev
Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatını