Pasportumuzdan imtina edən Qarabağ erməniləri ilə bağlı təklif “Bu ölkəyə köçürülsünlər...”
Digərləri 27 Apr 2023 13:17:00 231 0
"Qarabağın imkanlı erməniləri ABŞ və Avropa ölkələrindən birinə köçməyi arzulayır, nisbətən orta təbəqə isə Rusiyanın müxtəlif vilayətlərinə daşınmaq istəyəcək. Belə yerlərdən biri Krasnodardır. Rusiyanın bu bölgəsində ermənilər kompakt yaşayırlar".
Son.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. Onun sözlərinə görə, Rusiyanın Qara dənizə çıxışı olan kurort şəhərlərində də ermənilərin sayı çoxdur:
"Əhalisi qocalan və artmayan Rusiyanın işçi qüvvəsinə ehtiyacı var. Ona görə də Qarabağ erməniləri Rusiyanın adıçəkilən vilayətlərində özlərinə uyğun iş tapa bilərlər. Qarabağın ən kasıb təbəqəsi çarəsiz durumda Ermənistana köçəcək, ancaq İrəvanda iş imkanları az olduğuna görə onlar paytaxtdan aralı qəsəbələrdə yerləşmək məcburiyyətində qalacaqlar. Digər tərəfdən, belə fikirlər yayılır ki, yaxın gələcəkdə azərbaycanlıların Xankəndinə qayıda bilməsi üçün evlərini 60 və 100 min dollara satmağa çalışan Qarabağ ermənilərinin həmin evlərini almaq lazımdır. Yaxşı ideyadır, ancaq bunun həyata keçirilməsi mexanizmi mürəkkəbdir. Belə bir qərar verilərsə, evlərin alınmasında baş rolu dövlət oynamalıdır".
Ekspert qeyd edib ki, Rusiyaya köçmək istəyən Qarabağ ermənilərini bu işə təşviq etmək üçün xüsusi plan hazırlana bilər:
"Mürəkkəb görünsə də, Qarabağ ermənilərinin Rusiyaya köçərək iş tapmalarına yardımçı olmaq mümkündür. Bunun üçün Rusiyanın bölgələrində işçi qüvvəsinə ehtiyacı olan bölgələr araşdırılmalı və ermənilərin ora köçmələrini sürətləndirmək üçün bütün imkanlardan istifadə edilməlidir. Məqsədimiz Azərbaycan qanunlarını ilə yaşamaq istəməyən Qarabağ ermənilərinin ərazimizi tərk etməsini sürətləndirməkdir. Bunun üçün bütün imkanlardan istifadə olunmalıdır ki, hədəfə tez çataq. Bu, İrəvanın, separatçıların və onlara dəstək verən Qərbdəki bəzi mərkəzlərin göstərməyə çalışdığı etnik təmizləmə deyil. Bu, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin təhlkəsiz şəraitində ölkə ərazisini tərk etmələrinə şərait yaratmaqdır. Azərbaycan qanunlarını və pasportlarını qəbul edən ermənilər isə Qarabağda həyatlarına davam edəcəklər".
Son.az
Ukraynalılar Rusiya ordusuna qarşı əks-hücum etmək üçün yaxşı vəziyy
"Bu forumlar həqiqətən də çox gözəl təşəbbüslərdir. Əvvəlcə
Özbəkistan da regionun bütün digər ölkələri kimi bərpa olunan enerji m�
Keniyada polis qidadan imtina edən dini təriqət üzvlərinin 98-nin cəsədin
Türkiyənin Müdafiə sənayesi şirkətləri ASELSAN və TÜBİTAK-SAGE tərə
Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik
İkinci Qarabağ müharibəsininin qəhrəmanlarından olan azərbaycanlı hərb
Müharibəni davam etdirməkdənsə, üç-beş illik sülh danışıqları varia
Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyə
Müğənni Niyam Salami hazırda küsülü olan duet ortağı Aynur Dadaşova il
Xəbər verdiyimiz kimi, kamança ifaçısı Elnur Salahov martın 28-də konser
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Koronavirus testindən keçən şəxsin üz ifadəsi və tibb işçisinə etdiyi