Blinken Lavrovun sədrlik etdiyi iclasda iştirak etmədi
Dünya 24 Apr 2023 22:34:00 284 0
ABŞ Dövlət katibi Entoni Blinken və Qərb ölkələrinin xarici işlər nazirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmirlər.
Bu xəbəri də oxu: Lukaşenko Zelenskidən üzr istəyib?
Son.az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
Görüşdə ABŞ-dan BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild iştirak edir. Rusiyada casusluqda təqsirli bilinən və onunla birlikdə BMT-yə gələn Pol Uilanın bacısı iclasda çıxış etməyib, sadəcə, Təhlükəsizlik Şurasının zalına girməzdən əvvəl mətbuata açıqlama verib.
İclasda daimi nümayəndələr səviyyəsində Böyük Britaniya və Fransa da iştirak edir.
İclasa BƏƏ-nin dövlət naziri Xəlifə Şahin əl-Marar, Qabonun xarici işlər nazirinin müavini Erman İmmonqo, xarici işlər və regional inteqrasiya nazirinin müavini Tomas Mbomba, Kuba xarici işlər nazirinin birinci müavini Xerardo Penalver Portal qatılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri Ermənistanla sərhədd�
Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yata
Pomada makiyaja çox vaxt sərf etmədən görünüşünü tez bir zamanda təz�
İran İslam Respublikası Avropa İttifaqı və Böyük Britaniyadan olan 17 ş
Rusiyanın paytaxtı Moskvada Vnukovo aeroportu üzərindəki hava zonası dronl
Aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekt
Xəbər verdiyimiz kimi, Biləsvurda yaşayış binasında partlayış baş veri