Bu yay hansı pomada çalarları dəbdə olacaq? FOTO
Digərləri 24 Apr 2023 22:05:00 239 0
Pomada makiyaja çox vaxt sərf etmədən görünüşünü tez bir zamanda təzələməyin ən asan yoludur. Əlbəttə ki, düzgün rəngin seçilməsi də vacibdir.
Bu xəbəri də oxu: Həftənin ULDUZ FALI: başınıza pərvanə kimi fırlanacaqlar
Son.az oxucuları yaz-yay mövsümün aktual dodaq boyaları ilə tanış edir.
Qəhvəyi
Bəli, 90-cı illərin ən sevimli rəngi yenidən moda səhnəsindədir. Bu rəngi istər ulduzların, istərsə də influenserlərin obrazlarında tez-tez görə bilərsiniz. Qəhvəyi demək olar ki, hər kəsə yaraşır, dodaqların həcmini gözəl vurğulayır və hər gün istifadə etmək üçün kifayət qədər əlverişli görünür. Daha çox vurğulanmış dodaq makiyajı etmək istəyirsinizsə, albalı tonu ilə şokolad və ya tünd qəhvəyi pomadalara nəzər salın.
Səssiz qırmızı
Qırmızı pomada çoxlarına gündəlik istifadə üçün çox parlaq görünsə də, köhnəlməz bir klassikadır. Stilistlər minimalistlər üçün də çıxış yolu tapıb, səssiz qırmızı. Bu rəng qırmızının daha yumşaldılmış versiyasıdır. Həm universaldır, həm də müxtəlif obrazlara uyğun gəlir.
Dəri tonları
Dəri rənginin onlarla müxtəlif çalarları var, lakin bu yay klassik bej-qəhvəyi xüsusilə populyarlıq zirvəsindədir. Bu rəng gündəlikdən axşama qədər istənilən makiyaja uyğun olacaq və hər kəsə yaraşacaq.
Zoğalı və ya qırmızı şərab çalarları
Qırmızı rəngin başqa bir variantı tünd şərab tonlarıdır. Həm axşam, həm də gündəlik makiyaj üçün çox uyğundur. Yadda saxlayın ki, ikinci halda, həm gözləri, həm yanaqları, həm də dodaqları eyni dərəcədə nəzərə çarpan etmək olmaz. Sadəcə dodaqlarınızı vurğulamaq kifayət edəcək. Makiyajı daha dəbli etmək üçün "öpülmüş dodaqlar" effekti verməyi, daha dəqiq desək, kontursuz pomada çəkməyi məsləhət görürük.
Zərif çəhrayı
Açıq çəhrayı bir çox mövsümdür ki, öz aktuallığını itirmir və baş rolda Marqot Robbinin oynadığı "Barbie" filmi onun populyarlığını daha da artırır. Yeri gəlmişkən, pomada tam olaraq "Barbie" üslubunda seçilməlidir. Parlaq deyil, daha sakit "kukla" çəhrayısı tonlarına diqqət yetirin. Alt tonlara gəldikdə, burada görünüşünüzün fərdi xüsusiyyətlərinə diqqət yetirməli və ən uyğununu seçməlisiniz. (publika)
İran İslam Respublikası Avropa İttifaqı və Böyük Britaniyadan olan 17 ş
Rusiyanın paytaxtı Moskvada Vnukovo aeroportu üzərindəki hava zonası dronl
Aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekt
Xəbər verdiyimiz kimi, Biləsvurda yaşayış binasında partlayış baş veri
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətləri
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 5 yeni yoluxma faktı qeyd�