Azərbaycanın bu addımı beynəlxalq hüquqa uyğundur


Siyasət 23 Apr 2023 21:30:00 256 0

Azərbaycanın bu addımı beynəlxalq hüquqa uyğundur

23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Son.az-a Azərbaycan XİN-dən bildirilib.

Bildirilib ki, "Ermənistan Xarici İşlər Nazirliyinin sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və qəbuledilməzdir. Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır.

Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır. Eyni zamanda, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub.

Azərbaycanın Üçtərəfli bəyanat üzrə öhdəlikləri pozduğu barədə əsassız iddiaya gəldikdə Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Ermənistan rəhbərliyi ən yüksək səviyyədə Laçın yolundan hərəkətin təşkili məsələsində Üçtərəfli bəyanatla bu ölkəyə hər hansı bir funksiya verilmədiyini təsdiq edib. Bu fonda, Ermənistan XİN-in Üçtərəfli bəyanatın tərəfi kimi Ermənistanın Azərbaycan tərəfindən atılan addımı qəbuledilməz adlandırması məntiqsiz və bəyan edilmiş bu mövqeyə ziddir. Üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Həmçinin yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır.

Üçtərəfli bəyanatın əhatə dairəsindən kənar olan sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.

Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin "etnik təmizləmə" məqsədi güddüyü barədə cəfəng iddiası əsassız və qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik.

Sülh danışıqlarını boykot etmiş Ermənistanın XİN-in bu bəyanatı, bu hadisədən yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq üçün bəhanə kimi istifadə etmək niyyətindən xəbər verir.

Ermənistan tərəfinə bu kimi təxribatlardan əl çəkməyi, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplər əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağı, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik əvəzinə konstruktiv mövqe sərgiləməyi tövsiyə edirik. Bununla yanaşı, Ermənistanı beynəlxalq birliyi özünün qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərinə son qoymağa çağırırıq".

Polis reperin konsertinə basqın etdi like
  • 23 Apr 21:27  
Şou-biznes Polis reperin konsertinə basqın etdi

21 yaşlı reper Skalli Milanonun Sankt-Peterburqda keçirilən konserti başlam

arrow Ətraflı
Bu bitki yaşlı insanların qan damarları üçün faydalıdır like
  • 23 Apr 21:23  
Digərləri Bu bitki yaşlı insanların qan damarları üçün faydalıdır

Tərkibindəki vitaminlər, minerallar, antioksidantlar sayəsində mixək yaşl

arrow Ətraflı
İlon Mask Ukraynaya 100 milyon dollar göndərib like
  • 23 Apr 21:17  
Dünya İlon Mask Ukraynaya 100 milyon dollar göndərib

İlon Mask bazar günü Ukraynaya 100 milyon dollar verdiyini açıqlayıb.

arrow Ətraflı
“Bundan sonra heç bir erməni nəzarətdənkənar Qarabağa gələ bilməz” like
  • 23 Apr 21:10  
Siyasət “Bundan sonra heç bir erməni nəzarətdənkənar Qarabağa gələ bilməz”

"Bu gündən nəzarət-buraxılış məntəqəsi (NBM) quraşdırılan kör

arrow Ətraflı
Hərarəti bu üsullarla aşağı salmaq olar like
  • 23 Apr 21:06  
Digərləri Hərarəti bu üsullarla aşağı salmaq olar

Normal şəraitdə insanlar müəyyən bədən istiliyinə malikdirlər. Yüksə

arrow Ətraflı
Ermənistandan növbəti təxribat: like
  • 23 Apr 20:54  
Digərləri Ermənistandan növbəti təxribat:

Ermənistan növbəti təxribata əl atıb.

arrow Ətraflı
Məşhur aktyorun zibillikdən tapdığı qız indi haradadır?  FOTO like
  • 23 Apr 20:49  
Şou-biznes Məşhur aktyorun zibillikdən tapdığı qız indi haradadır? FOTO

Hind kinosu həvəskarları və orta nəslin insanları aktyor Mithun Çakrabort

arrow Ətraflı
Sərhəddə mühüm gəlişmə: like
  • 23 Apr 20:45  
Siyasət Sərhəddə mühüm gəlişmə:

"Bu gün "Böyük Ermənistan" ideyasının əbədi dəfn edildiy

arrow Ətraflı
56 yaşlı Məleykə Əsədova... like
  • 23 Apr 20:36  
Şou-biznes 56 yaşlı Məleykə Əsədova...

Xalq artisti Məleykə Əsədovanın 56 yaşı tamam olur.

arrow Ətraflı
Alzheimer xəstəliyini 10 il qabaqdan müəyyən edəcəklər like
  • 23 Apr 20:32  
Digərləri Alzheimer xəstəliyini 10 il qabaqdan müəyyən edəcəklər

Alzheimer xəstəliyində beyindəki neyronlar ölür və bunun beta-amiloid və

arrow Ətraflı
Samirənin makiyajsız halı like
  • 23 Apr 20:27  
Şou-biznes Samirənin makiyajsız halı

Aşıq Samirə Əliyeva bu dəfə makiyajsız fotolarını yayımlayıb. 

arrow Ətraflı
TƏHLÜKƏ yaxınlaşır: Generallar hərəkətə keçdilər – like
  • 23 Apr 20:22  
Dünya TƏHLÜKƏ yaxınlaşır: Generallar hərəkətə keçdilər –

Böyük ehtimalla Rusiya ordusunun komandanlığı Vladimir Putini müdafiəyə

arrow Ətraflı
Qadın sağlamlığına dağıdıcı təsir edən amillər açıqlandı like
  • 23 Apr 20:13  
Digərləri Qadın sağlamlığına dağıdıcı təsir edən amillər açıqlandı

Mama-ginekoloq Natalia Davıdenko qadın sağlamlığını gücləndirməyin yol

arrow Ətraflı
Müharibə üçün tarix verildi: Gərginliyi artıracaq mesaj – like
  • 23 Apr 20:07  
Dünya Müharibə üçün tarix verildi: Gərginliyi artıracaq mesaj –

Çin-Tayvan-ABŞ gərginliyinə Avropa da daxil olur. Tayvan və ABŞ kəşfiyya

arrow Ətraflı
Bu idarəyə yeni rəis like
  • 23 Apr 20:01  
Digərləri Bu idarəyə yeni rəis

Şəmkir Suvarma Sistemləri İdarəsinə yeni rəis təyinatı olub.

arrow Ətraflı