“Bundan sonra heç bir erməni nəzarətdənkənar Qarabağa gələ bilməz”
Siyasət 23 Apr 2023 21:10:00 235 0
"Bu gündən nəzarət-buraxılış məntəqəsi (NBM) quraşdırılan körpü Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) gedilə bilən yeganə yolun üzərindədir. Bu yolun nəinki alternativi, heç ona alternativ piyada üçün cığır da yoxdur. Hər yer şanlı ordumuzun tam nəzarəti altındadır".
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Son.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sosial media hesabında paylaşıb.
O bildirib ki, bu körpü Laçın-Xankəndi yolunda deyil, Laçın şəhərindən təxminən 10 km (hava xətti ilə) cənubda yeni tikilən yoldadır:
"Bəziləri ekoaktivistlərin Şuşa yaxınlığında aksiya keçirdiyi yolu bu körpü ilə qarışdırırlar. Ekoaktivistlərin olduğu yola Şuşa rayonu ərazisində alternativ yollar və cığırlar var. Amma həmin yol və cığırlar Laçın rayonu ərazisinə çatanda, bax bu körpünun Şuşa tərəfində təxminən 7-8 km məsafədə birləşir, Qərbi Zəngəzura yeganə mümkün keçid bu körpüdür". Ekspertin fikrincə, körpü yaxınlığında NBM olması o deməkdir ki, bundan sonra heç bir erməni və ya başqa şəxs, heç bir nəqliyyat vasitəsi nəzarətdənkənar Qarabağa gələ və ya oradan gedə bilməz:
"Bu NBM yəqin ki, Naxçıvana Zəngəzur dəhlizi açılması işinə də ciddi təkan verəcək... Hər bir halda çox uğurlu bir addımdır".
Normal şəraitdə insanlar müəyyən bədən istiliyinə malikdirlər. Yüksə
Hind kinosu həvəskarları və orta nəslin insanları aktyor Mithun Çakrabort
Alzheimer xəstəliyində beyindəki neyronlar ölür və bunun beta-amiloid və
Böyük ehtimalla Rusiya ordusunun komandanlığı Vladimir Putini müdafiəyə
Mama-ginekoloq Natalia Davıdenko qadın sağlamlığını gücləndirməyin yol
Çin-Tayvan-ABŞ gərginliyinə Avropa da daxil olur. Tayvan və ABŞ kəşfiyya
Minnesot Universitetinin alimləri araşdırıblar ki, "Günəş vitamini&q
"Dünya Rusiyanın hərbi potensialını həddən artıq şişirdib, Ukrayn
Bir qrup naməlum şəxs Xartumdakı Sudanın ən qədim həbsxanası olan Kobar
Ətlər, xüsusilə qırmızı sortları və ondan hazırlanan məhsullar, tez-t