İmtahandan qovulanlardan biri aktrisanın qızı imiş FOTO
Şou-biznes 23 Apr 2023 15:48:00 241 0
Aktrisa Ellada Sarvan qızı Nur Əhmədovanın haqsız yerə buraxılış imtahanından qovulduğunu iddia edib.
Bu xəbəri də oxu: Türkiyəli müğənninin övladları arasında məzar daşı SAVAŞI FOTO
Son.az axşam.az-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edən sənətçi bunları yazıb:
"Uşağı ədalətli olduğuna görə buraxmadılar imtahana. Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Əhmədova Nur: İmtahan binasına daxil olanda, yoxlandıqdan sonra keçib zala. Gödəkcəsini soyunanda cibində atasının (köhnə markalı Nokia, Nurun öz telefonu yoxdur) telefonu aşkar edib və dərhal çıxarıb nəzarətçiyə təhvil verib.Deyib ki, bilməmişəm cibimdə qalıb. Imtahana bir saat 10 dəqiqə vaxt qalmışdı, imtahan vaxtı üstündə tutulmayıb. Heç nəyə məhəl qoymadan, uşağa qarşı kobudluq ediblər ki, harasından çıxardıb bu telefonu, bilmirəm. Sənə görə zibilə düşməliyəm? Çıx, öz problemini çöldə həll elə. Nəzarətçi telefonu tullayıb stolun üstünə. Uşaq ağlayıb ki, axı mən özüm təhvil verdim, çıxartmayn məni. Deyiblər ki, kameralara düşüb telefon, xeyri yoxdur. Nuru binadan uzaqlaşdırıblar".
Aktrisa övladına qarşı ədalətsizlik edildiyini vurğulayıb:
"Başa düşürəm, səhv məndə olub yoxlaya bilərdim, amma bu iş məqsədyönlü olmayıb, Nurun telefona, "şparqalka"ya ehtiyacı da yoxdur. Həmin gün hava birdən dəyişdi, evdən çıxarkən dedim, isti gödəkcəni geyin. Telefon onun cibində imiş. Bilməyib... Yenə deyirəm, uşağı yoxlayıb içəri buraxdılar. Belə çıxır ki, yalan danışsaydı, heç kim o telefon haqında bilməyəcəkdi və uşaq rahat imtahanı verib çıxacaqdı? Budu ədalət? Bunları başa düşdük. Onlar qanuna görə öz işlərini görüb. Dövlət İmtahan Mərkəzinə müraciət etdim ki, uşaq təkrar imtahan versin. Dedilər olmaz! Bəs onlar necə araşdırır ki, olar, ya olmaz? Nəyə görə mənim uşağımın atestatında ləkə qalmalıdı ki, bu uşaq 3 əsas fəndən 0 bal alir? 90+ alan uşaq niyə bu stressi çəkməlidir? Mənəvi zərbə aldı, onun cavabını kim verməlidir? Bu statusu yazmaqda məqsədim odur ki, araşdırılsın, mənim övladım imtahana buraxılsın. Təəssüf ki, mənim heç bir sübutum yoxdur. Biz kameradakı görüntülərì istədik məktəbdən. Məlum oldu ki, heç kamera da yoxdur. Mənim sübutum mənim övladımdır".
Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan v�
Azərbaycan Hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 no
Tel-Əvivdə məhkəmə islahatlarına qarşı növbəti irimiqyaslı etiraz aks
"Hüqo deyir ki, insan bəlkə də dünyaya gəlmədən öncə hansısa öh
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı satıb.
Qazaxıstan dördgünlük iş həftəsi tətbiq edəcək.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan
Hər gün dünyada koronavirusa minlərlə yoluxma, onlarla ölüm qeydə alınm
Aprelin 22-i Xalq artisti Ağahüseyn Cavadovun doğum günü idi.
ABŞ-nin Ueyk Forest Regenerativ Tibb İnstitutunun alimləri osteoartritin müa
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorl
1 uşaq anası canına qəsd edib.
Misirin Sudandakı səfirliyinin əməkdaşı güllə yarası alıb.
Aktyor Cövdət Şükürov ötən günlərdə keçirilən Kino Forumu ilə bağl
Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücum əməliyyatı həm Ukrayna