“Azərin yasında bəzi gözlədiyim simalar yox idi”
Şou-biznes 08 Yan 2025 22:26:00 70 0
Aparıcı İlkin Həsəni növbəti dəfə mərhum dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib.
Bu xəbəri də oxu: “Yetimlərin heç vaxt bəxti gətirmir"
Son.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb:
"Həyat bəzən bizə çox ağır imtahanlar verir. Bu yaxınlarda böyük bir itki yaşadım: yaxın dostum Azər, uzun sürən böyrək çatışmazlığından sonra bu dünya ilə vidalaşdı. Onun itkisi məni dərin düşüncələrə saldı, həyatı daha yaxından anlamağıma səbəb oldu. Üç gün süni tənəffüs aparatına qoşulu qaldığı zaman, yerli media onu "öldürüb - dirildəndə", biz xəstəxananın soyuq divarları arasında yalnız bir möcüzə ümidi ilə göz yaşlarımızı gizlədə-gizlədə gözləyirdik. O günlər xəstəxanaya çox insan axın etdi. Bəzi tanış simalar, dostlar və bəzi yad insanlar. Hamının üzündə qəribə bir kədər var idi. Dualar, yalvarışlar havada dolaşır, amma bir fayda etmirdi. Yanvarın 5-i səhər... Azər evə buraxıldıqdan sonra gözlərim qarşısında son nəfəsini verdi. O an həyatımda ilk dəfə bu qədər böyük bir dünyanın dayandığını hiss etdim, dostlarımın hönkür-hönkür ağladığını ilk dəfə idi ki, gördüm. Azərin bu qədər sevildiyini, onun xatirəsinə təmənnasız sevgi göstərilən anların şahid oldum. Xəstəxanaya böyrək donoru olmaq üçün yetişənlərdən tutmuş, səhər 9-da qəbrinə gül dəstələri düzən tamaşaçılara qədər... Azəri son dəfə gördüm. Böyük sevincimizi, kədərimizi paylaşdığımız insan, indi qarşımda susurdu. Onun bədənindəki gizli yaraları gördüm, amma bu yaralar yalnız fiziki deyildi, son illər hamıdan gizlətdiyi acılarını simvolizə edirdi. Azərin yas mərasiminə 900-ə yaxın insan gəldi. Heç gözləmədiyim insanlar oradaydı, amma bəzi gözlədiyim simalar yox idi. Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir. Bu bir neçə gün ərzində bir neçə il böyüdüm. Həyat kitabının yazılmamış qanunlarını oxudum. Bəzən şərin, kədərin öyrətdiyi dərsə doymalı oluruq, bilirəm ki, həyat davam edir. Zaman hər yaranı sağaldacaq amma bəzi anlar, bəzi insanlar var ki, onları heç vaxt unutmaq mümkün deyil. Azik, cənnətdəsənsə, bilirəm, indi orada da 2-3 gündür tanıdığın adamlarla deyib-gülüb, arada onları "darıxma" deyə-deyə yola verirsən. Biz isə darıxırıq, sevirik, unutmuruq". Son.az
Hələ ötən ilin sonlarından etibarən müxtəlif elm sahələri 2025-lə ba�
Söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statu
"32 ildir ailəliyəm. Davalar da, barışıqlar da olub. Amma ailəmizi qo
Armağan Oğuz "Yalı Çapkını" serialında Karan rolunu canlandıra
"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tari
"Gradus Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur.
"Türkiyə, Yunanıstan, Şimali Kipr Türk Cumhiriyyəti (ŞKTC) və Yunan
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayo
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporoje şəhərinə hava hücumu edib
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü ba�