İftarda bunu etməyin!
Digərləri 19 Apr 2023 23:10:00 251 0
Türkiyənin tanınmış professoru və kardioloqu Canan Karatay Ramazan ayı üçün xüsusi xəbərdarlıqlar edib.
Bu xəbəri də oxu: Toy günü xəyanəti öyrənən gəlin
Son.az xəbər verir ki, Ramazanda baş ağrılarının iki əsas səbəbinin olduğunu vurğulayan Karatay bir sıra məhsullardan imtina etməyi məsləhət görüb. Karatayın sözlərinə görə, imsaka qalxarkən acqarına birinci su içilməlidir. Son illərdə artan sonsuzluq problemlərinə də diqqət çəkən həkim qeyd edib ki, 30 yaşlarında gənclər arasında süni mayalanma müalicəsi alanların sayı çoxalıb. O, problemin səbəbini selikliyə səbəb olan kimyəvi maddələrlə dolu qidalarla əlaqələndirib. Kimyəvi və sintetik maddələrdən uzaq durmağı tövsiyə edən Karatay döş və prostat xərçənginə səbəb olan səbəbləri qeyd edib. O, bildirib ki, ən sağlam meyvə zeytundur.
"İnternetdə bir foto gördüm. 1970-ci illərdəki çimərliklər əks olunmuşdu. Hamı arıqdır. 2021-ci ildə çimərliklərə baxsaq, arıq tapmarıq, rəsmən eninə doğru genişlənirik. Mutsuz, doyumsuz, sevgisiz bir hala gəldik. Yeməyin buna böyük təsiri var! Sağlam olmayan bir insandan xoşbəxt görünməyi gözləmək olmaz. Həyatımda market qatığı yeməmişəm. İstifadə müddətini uzatmaq üçün tərkibinə qatqı və kimyəvi maddələr əlavə olunmuş məhsullardan "bomba" görmüş kimi uzaqlaşın.
Gənc əhalinin hamısı xəstədir. Bu gün 20-30 yaşlı gənclər gəlir, 3-4 dərman istifadə edirlər. Mənə müraciət edən xəstələrdən bilirəm. 30 yaşlı qadınlar indi menopauza keçir. Sonra hamısı EKO, ya süni mayalanma üçün növbəyə düzülürlər. Tək qadınlar yox, kişilərdə də sonsuzluq problemi çoxalıb. Bütün bunlar kimyəvi maddələrin orqanizmdə yaratdığı hormonal pozğunluqdan qaynaqlanır! Əgər menstrual tsikliyiniz pozulursa, 30 yaşında menopoza girmisinizsə və ya kişilərdə sperma azalıbsa, bilin ki, bədəninizdə selik var.
Səhər yeməyi günün ən vacib yeməyidir, onu ötürməyin. Boşqabınızda mütləq 2-3 yumurta olmalıdır. Bol pendirli omlet də ola bilər. Pendiriniz mütləq mayalanmalıdır. Mövsümdən asılı olaraq təbii şəkildə yetişdirilən pomidor da ola bilər.
Türkiyədə insanlar çox az su içir. Ancaq torpağın suvarılması kimi, orqanizmi də suvarmaq çox vacibdir. Bu, bir gündə olmur. Ramazandan 5-10 gün əvvəl orqanizmə kifayət qədər su və duzun daxil olmasını təmin etməliyik. Orucluğun ilk günlərində tez-tez rast gəlinən baş ağrılarının səbəbi duz və su çatışmazlığıdır. İmsaka duranda mütləq ac qarına bir stəkan su içmək lazımdır.
İmsakda yumurta yeməyə çalışın, güclü qidadır. Bütün gün bədəninizi enerji ilə təmin edə bilir. Yağsız protein faydasızdır. Ona görə də yağlı yumurta tövsiyə edirəm. Pendir çox önəmlidir. İftar süfrələrində hazır şorbalar içməyin. Şorbamızı evdə bişirək. Tənbəl olmayaq!", - professor yekunda vurğulayıb. (publika.az)
"Hava şəraiti də daxil olmaqla, Ukrayna hərbçilərinin əks-hücum ke�
Rusiya sanksiyalardan yan keçərək, müdafiə sənayesində istifadə olunan Q
ABŞ Ukraynaya növbəti 325 milyon dollarlıq hərbi yardım paketini açıqlay
İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib.
Elm adamları meyvələrin orqanizmimizə necə təsir etdiyini və müntəzəm
Rusiya Prezidenti Vladimir Putin ötən gün Luqansk və Xersona səfər etməsi
Saqqallı kişilər bir çox qadınlar üçün az qala fetişdir. Axı saqqal d�
Müasir dünyada bir çox insanlar günün çox hissəsini ofisdə kompüter arx
Son.az millət vəkili Fazil Mustafanın axar.az-a müsahibəsini təqdim edirik
Şimali Karolina Universitetinin Tibb fakültəsinin alimləri insan orqanizmind
Türkiyə Azərbaycana işğal altında olan əraziləri azad etməkdə dəstək
Azərbaycana uğurlu səfərimin sonunda dostum, xarici işlər naziri Ceyhun Ba