Göbələk xəstəliyinə qarşı
Digərləri 19 Apr 2023 22:54:00 324 0
Göbələk xəstəliyinə qarşı təsirli bitki müalicə üsulları var.
Bu xəbəri də oxu: Azərbaycanda 38 kişi arvadı tərəfindən döyülüb
Son.az lent.az-a istinadən Mehmet Uçarın toplayıb yazdığı "Göbələk xəstəliyinə qarşı təsirli bitki müalicə üsulları"nı sizə təqdim edir:
1. Sarımsaq
Əvvəlcə göbələk mikrobunu öldürücü təsirə malik sarımsaqdan danışaq. Bununçün hər gün salat və ya yeməklərə 2-3 diş çiy sarımsaq qatıla, qatığa doğranıb yeyilə bilər.
Sarımsağın birbaşa dəriyə tətbiq edilməsi qıcıqlandırıcı təsir göstərəcəyi üçün onun yerinə əzilmiş sarımsağı zeytun yağı və ya hind qozu yağı ilə qarışdırmaq, sonra pambığı qarışığa batırıb göbələk olan hissəyə incə bir təbəqə halında sürtmək, 2 saat gözləyib durulamaq və yaxşılaşana qədər gündə 2 dəfə etmək lazımdır.
2. Sarıkök (zərdəçal)
İçindəki kurkumina (curcumin) komponenti ilə sarıkök göbələk əleyhinə ciddi təsirə malikdir, xüsusilə, əl və ayaq göbələklərində istifadə edilir. Sarıkök bitkisi tozuna su əlavə olunaraq qarışdırılır, xəmir halına gətirilir, krem kimi sürtülür, yaxşıca qurulanması gözlənilir və təxminən 15 dəqiqədən qədər sonra bol su ilə yuyulub qurudulur. Bunu hər gün təkrar etmək olar.
Sarıkök tozunu Hindistan qozu yağı ilə də qarışdıra və məcun halında göbələkli bölgəyə sürtmək mümkündür. Amma bunu da qeyd edək ki, sarıkök tətbiqi dərinizin sarı görünməsinə səbəb olsa da, bir neçə günə itir, narahat olmayın.
3. Tərəvəzlər
Sizdə göbələk xəstəliyi varsa, kök, turp, çuğundur, kartof kimi nişasta nisbəti yüksək tərəvəzlərdən uzaq dayanılmalıdır. Onların yerinə brokoli, gül kələm və quşqonmaz kimi qaynadılmış təzə tərəvəzlər seçilməlidir. Çünki çox şəkərli şeylər yeyilməsi göbələyin artmasını sürətləndirir.
4. Alma sirkəsi
Alma sirkəsi göbələk qaşıntısını aradan qaldırmağa kömək edir. Pambıq alma sirkəsinə batırılıb göbələk olan bölgəyə sürtülür və 2-3 dəfə təkrarlanır.
5. Süd məhsulları
Laktik turşu maddələri ilə mayalanan süd məhsulları çox yaxşı bir probiotik qaynaqdır. Ayran, qatıq, pendir, kefir kimi süd məhsulları faydalı mikrobların sayını artıraraq göbələk xəstəliyinə qarşı bədəni dəstəkləyir.
6. Neem ağacı yarpağı
Neem ağacı yarpaqları da dəri xəstəlikləri yaradan mikrob və dəri göbələyini ortadan qaldıra bilir. Belə ki, Neem yarpaqları bir neçə dəqiqə qaynadılır, soyuduqdan sonra göbələk olan bölgəyə sürtülür.
ABŞ Ukraynaya növbəti 325 milyon dollarlıq hərbi yardım paketini açıqlay
İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib.
Elm adamları meyvələrin orqanizmimizə necə təsir etdiyini və müntəzəm
Rusiya Prezidenti Vladimir Putin ötən gün Luqansk və Xersona səfər etməsi
Saqqallı kişilər bir çox qadınlar üçün az qala fetişdir. Axı saqqal d�
Müasir dünyada bir çox insanlar günün çox hissəsini ofisdə kompüter arx
Son.az millət vəkili Fazil Mustafanın axar.az-a müsahibəsini təqdim edirik
Şimali Karolina Universitetinin Tibb fakültəsinin alimləri insan orqanizmind
Türkiyə Azərbaycana işğal altında olan əraziləri azad etməkdə dəstək
Azərbaycana uğurlu səfərimin sonunda dostum, xarici işlər naziri Ceyhun Ba
Bəzi insanlar tərkibində qatqı maddəsi olan qidanı o qədər çox qəbul e
Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prose