Bakı Limanı Çinin ən böyük limanlarında olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb FOTO


Digərləri 17 Apr 2023 13:22:00 278 0

Bakı Limanı Çinin ən böyük limanlarında olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb  FOTO

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb.

Bu xəbəri də oxu: Xəzərdə daha bir ZƏLZƏLƏ

QSC-dən Son.az-a verilən məlumata görə, memorandumun əsas məqsədi Azərbaycandan keçən "Orta Dəhliz" vasitəsi ilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir.

Qeyd edək ki, Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edibdir ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Yükaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsi ilə liman keçən il 26 million TEU konteyner aşırıb. Yükaşırmasına görə Qinqdao limanı Çinin 3-cü ən böyük limanıdır. Qinqdao limanının daxil olduğu Şandonq Port Qrupu Çin daxilində və ondan kənarda ən sürətlə inkişaf edən beynəlxalq şirkətdir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekorda həcmdə illik 1.6 milyarda tondan çox yük aşırıb və bu göstərici hər il daha da artır. Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşırarıq dünya üzrə ən çox konteyner aşıran 3-cü liman olub.

Bakı Limanı və Qinqdao Limanı ilə imzalanan memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədi ilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki. anlaşma memorandumuna görə həm də Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin "Orta Dəhliz" vasitəsi ilə Azərbaycandan daşınması mümkün olacaq.

Qeyd edək ki, Şandonq Port Qrupun İdarə Heyətinin Sədri və Baş Direktoru cənab Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 aprel 2023-cü il tarixlərində Azərbaycana işgüzar səfərdədirlər. Səfərin məqsədi Şandonq Port Qrupu ilə Azərbaycanın bir sıra dövlət orqanları və qurumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud olan biznes və ticarət imkanlarının daha da genişləndirilməsi barədə müzakirələr aparmaqdır.

İmzalanma mərasmindən sonra tərəflər Ələtdə yerləşən Bakı Limanının Çinin Qinqdau Limanı ilə qardaşlaşmış limanlar memorandamunn imzalanması münasibəti ilə inşa edilən abidənin açılış mərasimində iştirak ediblər. Qinqdao Limanı tərəfindən hədiyyə olunan və Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox yaşı olan mayakdan ibarət abidənin Qədim İpək yolu üzərdində yerləşən Bakı Limanında ucaldılması, Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət və dostluq əlaqələrnin olmasını və müasir dövrdə də bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək.

Qinqdao limanının tərkibinə 5 liman ərazisi daxildir. Bunlar "Qinqdao Daqanq Liman ərazisi" , "Huanqdao" neft ərazisi ", "Qianvan" liman ərazisi", "Donqjiakou liman ərazisi" və "Veihai" liman ərazilədir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan limanlar qrupudur. Bakı Limanı ilə Qinqdao Limanı arasında imzalanan anlaşma memorandumu iki liman arasında əməkdaşlığı genişləndirməklə yanaşı, Azərbaycan və Çin arasında ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək mühüm mərhələdir.

Ermənistanın cəzasızlıq sindromu QLOBAL BƏLAYA ÇEVRİLİR like
  • 17 Apr 13:20  
Siyasət Ermənistanın cəzasızlıq sindromu QLOBAL BƏLAYA ÇEVRİLİR

Ermənistan iki həftədən artıqdır ki, yol verdiyi rəzilliklərlə gündə

arrow Ətraflı
Türkiyəli atletlər İlham Əliyevə və Mehriban Əliyevaya belə təşəkkür etdilər like
  • 17 Apr 13:17  
Siyasət Türkiyəli atletlər İlham Əliyevə və Mehriban Əliyevaya belə təşəkkür etdilər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Me

arrow Ətraflı
Qarabağda 2030cu ilədək like
  • 17 Apr 13:16  
Siyasət Qarabağda 2030cu ilədək

Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin aç�

arrow Ətraflı
Ayaza efir qadağası like
  • 17 Apr 13:14  
Şou-biznes Ayaza efir qadağası

Müğənni Ayaz Babayev bir müddət efirə çıxmayacaq.

arrow Ətraflı
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri like
  • 17 Apr 12:55  
Siyasət Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə qarşı cinayət i�

arrow Ətraflı
Elcana “Gəl, sevişək” təklifi... like
  • 17 Apr 12:52  
Şou-biznes Elcana “Gəl, sevişək” təklifi...

Aktyor Elcan Rəsulov instaqramda izləyicilərin suallarını cavablandırıb.

arrow Ətraflı
Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək like
  • 17 Apr 12:41  
Dünya Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək

Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək.

arrow Ətraflı
Sabah Bakıda güclü cənub küləyi əsəcək like
  • 17 Apr 12:38  
Digərləri Sabah Bakıda güclü cənub küləyi əsəcək

Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkə

arrow Ətraflı
“İnstaqram, TikTok olmasa, heç kimsiniz” like
  • 17 Apr 12:30  
Şou-biznes “İnstaqram, TikTok olmasa, heç kimsiniz”

Aktrisa Ülviyyə Xəlilbəyli ad çəkmədən söz atıb.

arrow Ətraflı
Azərbaycanda bu il 19 mindən çox körpə doğulub like
  • 17 Apr 12:23  
Digərləri Azərbaycanda bu il 19 mindən çox körpə doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən car

arrow Ətraflı
Azərbaycan əhalisinin like
  • 17 Apr 12:19  
Digərləri Azərbaycan əhalisinin

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasın

arrow Ətraflı
Generalpolkovnik 58 yaşında niyə pensiyaya göndərildi? like
  • 17 Apr 12:08  
Digərləri Generalpolkovnik 58 yaşında niyə pensiyaya göndərildi?

Xəbər verdiyimiz kimi, bu gün Səfərbərlik və Hərbi Xidmətə çağırı�

arrow Ətraflı
Azərbaycanda rüşvət almaqda ittiham edilən like
  • 17 Apr 12:05  
Siyasət Azərbaycanda rüşvət almaqda ittiham edilən

Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli �

arrow Ətraflı