Azərbaycanda rüşvət almaqda ittiham edilən
Siyasət 17 Apr 2023 12:05:00 276 0
Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb.
Bu xəbəri də oxu: Azərbaycan XİN ABŞdəki hücumu pislədi
Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs:
- Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov,
- Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov,
- Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov,
- Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov,
- Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə;
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, həmin qanunsuz əməllərinin törədilməsində iştirakda təsirləndirilən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.
Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin köməkçis
"Hər peşə çətindir, əziyyətlidir. Amma aktyorluğun ağırlığı bi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərb�
Avrokomissiyanın Brüsselin macarların qərarını "həzm edə" bilm
Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahanla 8 ildir
"Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əl
Hindistanda 2 il öncə koronavirusdan öldüyü bilinən şəxs evinə qayıdı
Əsl kolbasa və sosiska donuz ətindən hazırlanar... Yəqin bu cümləni böy
Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ya
İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi yaxın günlərdə İsr
Mama-ginekoloq və reproduktoloq Oksana Seliverstova hesab edir ki, qadın sağl
Türkiyə Xarici İşlər Nazirliyi Sudanda yaşayan vətəndaşlarını evləri
Zaur Kamal sosial media hesabında etdiyi paylaşımla diqqət mərkəzinə dü�
Son.az Axşam.az-a istinadən iftar süfrəsi üçün maraqlı reseptlər təqdi