“Uşaqlarımızın da psixologiyasını pozub”
Şou-biznes 17 Apr 2023 10:54:00 251 0
Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahanla 8 ildir küsülü olduğu üzə çıxıb.
Bu xəbəri də oxu: "Yazılan şərhləri oxumağa vaxtım yoxdur"
Son.az olay-a istinadən xəbər verir ki, bu barədə L. Seyidcahan "Maqazin Plus"a qalmaqallı açıqlama verib. O deyib ki, bir-biriləri üçün yox kimidirlər:
"Biz bir-birimizə heç nə deməmişik. Amma yox kimiyik. İstəyirəm, Elza gözümün içinə baxıb desin ki, bu ayrılıq nədən oldu? Kim itirdi ki? Mən yox, o, itirdi. Ona nə gəldi geyindirirlər, güldürürlər. Gah başına xoruz qoyur. Təkcə dünyaya gətirməmişəm. Lakin onun üçün nələr etmişəm. O bilir mən kiməm, ona görə də üzümə çıxmır. Elza bunlara görə mənə cavab verəcək. Mən evin, nəslin böyüyəm. Niyə bunu edir, bizdən qaçır? Axı hər şeyi onun üçün etdik. Rasimə, Mehriban xaricdən gələndə onun üçün paltarlar gətirirdilər. Biz bu oyundan çıxmadıq, Elza etdi. Gözümün içinə baxıb desin ki, bu nə oyundur? Sıxılsın bu oyundan.
Bəsdir. Siyəzəndən xəbər gəldi ki, Elza xanım qurban kəsib, nəvəsi üçün, sizin payınız da bizdədir. Dedim, haradadır? Dedilər ki, Siyəzəndədir. Allahın adına kəsib, amma qurban ətindən ötrü Siyəzənə gəlim? Yenə də biz onun başını uca tuturuq. O dərəcədədir ki, sən qurban ətini mənə çatdırmaq istəmirsən. Özü də Laləyə. Mən həmişə sənin qulun olmuşam,həmişə geyindirib-kecindirmişəm, bəzəmişəm, pul istəməmişəm, nələrsə tələb etməmişəm. Amma sən yoxsan. Bunun hesabını soruşacam. Ürək qırmaqdan pis nə var? Hər şeyi Allah bağışlayır. Ürəyin qırılmağını mən yaşadım. Ölsək də, can versək də, nə vaxtsa bir-birimizi çağıracağıq, onda ona deyəcəyəm, üz-üzə oturacağam.
Onu bağışlamayacağam (ağlayır). Mən həmişə açıqlama verməkdən qaçmışam. Reklam xatirinə ağlamıram. Rasimə də efirə çıxmaq istəyir, getmir, deyir, sual verəcəklər. Deyirəm, Rasimə, nə vaxta qədər gizlənəcəyik? Axı işimiz budur, çörək qazanmalıyıq, irəli getmıliyik. Deyir ki, axı soruşacaqlar, deyirəm, nələrisə danış. Onun sözünə baxdığı adamlar da cavabsız qalmayacaq. O bizim nəslimizi geri saldı. İrəli getməyi üçün çox şeylər etmişdik. Nəinki məni və digər bacılarını, hətta uşaqlarımızın da psixologiyasını pozdu. Onlar indi də anlamırlar ki, nə baş verir. Mənə, nəslimizə açıqlama ver! Bir özü, bir də bərbad geyinmləridir. Özü də qocalıb, mən burada işləyirəm, düz qarşımdan keçir. Guya telefonla danışır. Mən isə düz baxıram. Baxacağam da. Mənə salam vermir. Rəfiqələri buna icazə vermir. Bizim pullarımızla ona ev, maşın aldırırlar, xaricə köçürlər. O pulları tək qazanmayıb ki. Biz 4 bacı birgə qazanmışıq. Elza elə-belədən Elza Seyidcahan olmadı".
"Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əl
Hindistanda 2 il öncə koronavirusdan öldüyü bilinən şəxs evinə qayıdı
Əsl kolbasa və sosiska donuz ətindən hazırlanar... Yəqin bu cümləni böy
Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ya
İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi yaxın günlərdə İsr
Mama-ginekoloq və reproduktoloq Oksana Seliverstova hesab edir ki, qadın sağl
Türkiyə Xarici İşlər Nazirliyi Sudanda yaşayan vətəndaşlarını evləri
Zaur Kamal sosial media hesabında etdiyi paylaşımla diqqət mərkəzinə dü�
Son.az Axşam.az-a istinadən iftar süfrəsi üçün maraqlı reseptlər təqdi
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə şəbək
Ermənistanın Daşnaksütyun Partiyasının Ali Orqanının rəsmi nümayəndə
Şəxsi həyatı ilə tez-tez gündəmə gələn türkiyəli müğənni Sefo bu