İstənilən yaz obrazını bahalı göstərən rənglər FOTO
Digərləri 16 Apr 2023 22:43:00 297 0
Qarderobunuzun bahalı və mürəkkəb görünməsi üçün ona böyük məbləğdə pul yatırmaq əsas şərt deyil. Bəzən dəbdəbəli görünmək üçün sadəcə düzgün rəng seçmək kifayətdir. Mövsümün beş dəbli çaları bu vəzifənin öhdəsindən mükəmməl gələcək.
Bu xəbəri də oxu: Aktaudan Bakıya gətirilən 3 yaralının vəziyyəti açıqlandı
Son.az oxucuları yazın əsas rəngləri ilə tanış edir.
Lavanda
Bənövşəyi bir neçə mövsümdür ki, trendlər siyahısını tərk etmir, lakin rəngin hər çaları eyni dərəcədə effektiv deyil. Ən yaxşısı lavanda bənövşəyisi olacaq, bu ton sakitdir, eyni zamanda diqqəti cəlb edir. Bahar üçün mükəmməl seçimdir.
Şalfey (Adaçayı)
Yaşılın bütün çalarları arasında ən nəcibi bəlkə də adaçayı çalarlarıdır. Boz-mavi alt tonu olan bu mürəkkəb rəng həmişə bahalı görünür və yumşaqlığı sayəsində demək olar ki, hər kəsə yaraşır.
Krallıq mavisi
Göyün bu çaları ona görə, krallıq mavisi adlanır ki, Böyük Britaniya Kraliçası Meklenburq-Strelitz Şarlotta bu rəngi çox sevirdi. Kral mavisi çox zərif və nəcib görünür, həm də istənilən obraza asanlıqla uyğunlaşır, gündəlikdən həftə sonuna qədər.
Oxra (Açıq qəhvəyi rəngli təbii boya)
Oxra payız-qış qarderobunun ənənəvi rəngidir, lakin yaz və yay aylarında da istifadə oluna bilər. İstənilən obraza asanlıqla uzlaşan sakit bir ton seçin.
Kərə yağı
Hazırkı yaz-yay kolleksiyalarında kərə yağının bir çox çalarlarına rast gəlmək olar. Lakin açıq sarı xüsusilə üstünlük təşkil edir. Bu rəng ümumi görünüşə istilik qatacaq, eyni zamanda daha yumşaq və sakit obraz əldə etməyə kömək edəcək. (publika)
Ermənistanın ombudsmanı Anait Manasyan həbsdə olan azərbaycanlı hərbçil
ABŞ hesab edir ki, Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir. Vaş
Yaz fəslində qiyməti hər il normallaşan pomidor indi az qala qışdakı bah
Mərhum müğənni Rəhim Rəhimlinin şəxsi instaqram hesabının adı dəyiş
"Ögey ana" filminin Cəmiləsi Sevinc Axundova illər sonra ekrana ç
Azərbaycan ilə İran arasında həmişə dostluq və qardaşlıq münasibətl�