Elektron siqaret çəkməyin ÖLÜMCÜL TƏHLÜKƏSİ
Digərləri 15 Apr 2023 22:50:00 285 0
Zaman-zaman onkoloqlar siqaret çəkməklə ağciyər, qırtlaq, böyrək və digər orqanlarda xərçəngin inkişaf etdiyi barədə xəbərdarlıqlar ediblər.
Bu xəbəri də oxu: Möcüzə yaradan vazelin nələrə qadir imiş?
Son.az lent.az-a istinadən xəbər verir ki, onkoloq Aleksandr Seryakov aludəçilik səbəbindən ölümcül xəstəliklərin yaranması barədə danışıb.
Onkoloq bildirib ki, elektron siqaretlərin yaranması ilə bir çox siqaret çəkənlər daha az zərər verəcəyinə əmin olaraq onlara keçməyə başlayıblar:
"İndi vapelər siqaretdən heç də az deyil və daha çox problemə çevrilib. Vapedən gələn zərər ənənəvi siqaretin nəticələri ilə müqayisə edilə bilər. Hər iki qrupda (ənənəvi siqaret və vape) həkimlər qan damarlarının nəzərəçarpacaq dərəcədə zədələnməsini, hüceyrələrdə oksigenin aşağı səviyyədə olduğunu və damar divarının sərtliyini artırdığını qeyd ediblər. Siqaret çəkmə tənəffüs pozğunluqlarının inkişafına, yüksək qan təzyiqinə, infarkt və insult riskinə, koqnitiv pozğunluğa səbəb olur".
Onun sözlərinə görə, qliserin və propilenqlikol qızdırıldıqda formaldehid ayıran birləşmələr əmələ gəlir. Bu maddə xərçəngin inkişaf riskini artıran birinci qrup kanserogenlərə aiddir.
Seryakov əlavə edib ki, vape yağının tüstüsü həm siqaret çəkənlərə, həm də ətrafdakılara zərər verir. Elektron mayelərin bəzi növləri nikotin ehtiva edir. Gənclərdə beynin inkişafını ləngidir, yaddaşa, konsentrasiyaya, özünü idarə etməyə və öyrənmə qabiliyyətinə pis təsir edir. Bundan əlavə, siqaret çəkənlərdə yemək borusu, qırtlaq, udlaq, böyrəklər, sidik kisəsi, qaraciyər, mədəaltı vəzi, mədə, uşaqlıq borusu, düz bağırsaq xərçənginə tutulma ehtimalı yüksəkdir.
Siqaretdən və ya qəlyandan imtina etmək heç vaxt gec deyil. Bunu etmək üçün yaxşı bir səbəb tapmalı, bir tarix təyin etməli, nikotin əvəzedicilərindən istifadə etməlisiniz.
Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə te
İnsanları erkən qocaldan və ölümə səbəb olan içkilər bəlli olub.
Aktyor Timoti Şalame dünyaca məşhur model Kayli Cennerlə münasibətdədir.
Rusiyalı jurnalist və hərbi ekspert, Milli Müdafiə jurnalının baş redakt
Amsterdam Universitetinin alimləri qeysəriyyə əməliyyatından sonra qadınl
XXI əsrdə insanlar əməyin avtomatlaşdırılması ilə əlaqədar getdikcə
138 ildən sonra ilk dəfə amerikalı ailədə qız uşağı dünyaya gəlib.
Son günlər baş verən hadisələr bizi çox şeylər üzərində düşünməy
"Google Pay" ödəniş xidmətindəki nasazlıq bəzi istifadəçilər
Azərbaycan hərbi əməliyyatlarla işğal altındakı torpaqlarını azad edib
İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbay