“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır
Digərləri 14 Apr 2023 12:07:00 271 0
Nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi önəm verən "Nar", "Təlim Məktəbi" layihəsi çərçivəsində 20 xanıma manikür peşəsi üzrə təlimlər təşkil edib. Təlimləri uğurla başa çatdıran xanımlar peşə üzrə sertifikatlarla təmin olunub, eyni zamanda mobil operator onlara öz kiçik bizneslərinə başlamaq üçün lazımi manikür avadanlığı dəstləri də hədiyyə edib. Layihənin əsas məqsədi də məhz iştirakçıların maliyyə azadlığını təmin etmək və onları öz ayaqları üzərində dura bilən fərdlər olaraq cəmiyyətə qazandırmaqdır.
Bu xəbəri də oxu: Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib
Əksər iştirakçılar artıq bu sahə üzrə əmək fəaliyyətinə də başlayıblar. Bu müsbət tendensiyanın cəmiyyətə faydasına diqqət çəkən "Nar"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov bildirib:"Mobil operator olaraq, əsas məqsədimiz insanların daima ünisyyətdə qalmalarına dəstək olmaqdır. Bu baxımdan eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstək Korporativ Sosial Məsuliyyət strategiyamızın əsas hissəni təşkil edir. Uzun illərdir ki, Nar bu insanların yeni peşələrə sahib olmaları, yeni biliklərin əldə edilməsi və əlbəttə ki, maliyyə azadlıqlarının təmin edilməsi üçün önəmli addımlar atır. Bu layihələri hər zaman davam etdirmək fikrindəyik".
"Təlim Məktəbi" "Eventiada IPRA Golden World Awards" (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində "Ən yaxşı sosial layihə" nominasiyasında qalib olub. Mobil operatorun gerçəkləşdirdiyi digər sosial layihələr barədə ətraflı buradanməlumat əldə edə bilərsiniz.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Rusiyanın Ukraynaya müdaxiləsi postsovet məkanına daxil olan ölkələrdə
Xəbər verdiyimiz kimi, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikas�
ABŞ-ın məxfi sənədlərinin geniş miqyasda sızmasından yalnız Rusiya qaz
Prezident İlham Əliyev M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd t�
"Atamın ölümündən 40 gün keçib. Ailəmin bu günlər ərzində nəl�
Azərbaycan dünya arenasında öz mövqelərini möhkəmləndirməyə davam edi
Azərbaycanın qeyri-hökumət təşkilatları 2 əsgərimizin saxlanması və o
Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda 23 Aprel Milli Suverenli
"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış
ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda
Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında sax
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
"Qızım Ülkər üçün çox darıxıram. Son illər bu darıxmaq daha da
Beynəlxalq Qızıl Xac Komitəsi (BQXK) iki Azərbaycanlının məsələsi bar�