Ermənistanda 2 əsgərimizə qarşı qeyriinsani rəftarla bağlı
Digərləri 14 Apr 2023 11:20:00 266 0
Azərbaycanın qeyri-hökumət təşkilatları 2 əsgərimizin saxlanması və onlara qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu xəbəri də oxu: Baş ağrısının səbəbləri
Son.az xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycanın QHT icması Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin bərqərar olması istiqamətində işlər görülməsini səbirsizliklə gözləyirdi. Azərbaycana qarşı illərlə davam edən təcavüzlərə baxmayaraq, biz barışığa sadiq qalmışıq və qalırıq. Lakin Ermənistanın davamlı təxribatları yekun sülh sazişinin imzalanmasını pozduğu üçün iki ölkə arasında sülh məsələsi hələ də həllini tapmır. Erməni mina terroru demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının hayatına son qoyur. Sərhəd ərazilərində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozan çoxsaylı təxribatlar da bu həssas sülhü təhlükə altında saxlayır. Bu gün biz Azərbaycan və Ermənistan arasında uzaqlaşmanı daha da dərinləşdirə biləcək daha bir qorxulu məsələyə görə öz səsimizi qaldırırıq. Bu həftənin əvvəlində 2 Azərbaycan əsgəri pis hava şəraitində itkin düşüb və Ermənistan hakimiyyəti bu əsgərlərin onların nəzarətində olduğunu təsdiqləyib. Lakin, sonra erməni mətbuatında bu əsgərlərin işgəncəyə məruz qalması ilə bağlı görüntülər ortaya çıxdı. Onların döyülməsinə və alçaldılmasına dair təkzibolunmaz sübutlar var. Ermənistan hakimiyyəti nəinki Cenevra Konvensiyalarını açıq-aşkar pozur, hətta hazırda sosial şəbəkələrdə yayılan müvafiq kadrlarla və həmin əsgərlərlə tamamilə biabırçı şəkildə rəftarları ilə qürur duyurlar. Biz müvafiq beynəlxalq təşkilatları və ədalət keşiyində duran qurumları insan hüquqlarına və beynəlxalq humanitar hüquqa bu qeyri-bərabər hörmətsizlik qarşısında səssiz qalmamağa, bu məsələ başda olmaqla, növbəti faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Həmçinin qeyd edək ki, oxşar hallarda erməni hərbçilər səhvən Azərbaycan ərazilərinə daxil olduqda, onlar tez və zərərsiz şəkildə geri qaytarılıb. Biz, sizdən hər iki Azərbaycan vətəndaşının sağ-salamat vətənə qayıtmalarına köməklik göstərməyinizi xahiş edirik".
Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda 23 Aprel Milli Suverenli
"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış
ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda
Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında sax
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
"Qızım Ülkər üçün çox darıxıram. Son illər bu darıxmaq daha da
Beynəlxalq Qızıl Xac Komitəsi (BQXK) iki Azərbaycanlının məsələsi bar�
İranın Azərbaycana qarşı son vaxtlar təhdidedici ritorikasının səbəbl�
Xalq artisti Aygün Kazımova bu dəfə makiyajsız fotolarını izləyiciləri
Qısa ətəklərin yaradıcısı hesab olunan britaniyalı dizayner Meri Kuant c
Cənubi Koreya hökuməti tənha həyat sürən və evlərini tərk etməyən g�
İrlandiyadan Portuqaliyaya yollanan sərnişin ucuz bilet aldığı təyyarəni
Siyəzən RPŞ-yə rayon sakininə məxsus mağazadan oğurluq edilməsi barəd�
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi - red.)