Tehran Bakıya qarşı iddialarını açıqladı


Digərləri 14 Apr 2023 10:43:00 268 0

Tehran Bakıya qarşı iddialarını açıqladı

İranın Azərbaycana qarşı son vaxtlar təhdidedici ritorikasının səbəblərini izah etməyə çalışan məqalə yayılıb.

Bu xəbəri də oxu: Baş ağrılarının çarəsi

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məqalə "The Middle East Eye" saytında "İran və Azərbaycan müharibənin bir addımlığındadır?" (Are Iran and Azerbaijan coming to the brink of war?) başlığı ilə tirajlanıb.

Müəllifi Fərdin İftixari olan məqaləni Avropada yaşayan jurnalist Elbəyi Həsənli tərcümə edib. O bildirib ki, məqalədə Tehran-Bakı münasibətləri İranın nöqteyi-nəzərindən təhlil edilir.

İftixari Tehran Universitetinin Regionşünaslıq fakültəsində çalışır. İranın milli təhlükəsizliyi və xarici siyasəti ilə bağlı araşdırmaları ilə tanınır.

Məqalədə nələr var və İranın iddiası nədir?

İranın 1-ci iddiası

İftixari yazır ki, İsrail son illər Azərbaycana külli miqdarda hərbi texnika göndərib. İsrail İranın nüvə obyektlərinə hücum etmək fikrinə düşəcəyi təqdirdə Azərbaycanda mövcud olduğu söylənilən hava limanından istifadə edə bilər.

Cavab: Əlbəttə ki, bu, bəhanədir. Azərbaycan dəfələrlə bəyan edib ki, ərazisindən İrana qarşı hər hansı əməliyyata imkan verməyəcək.

Bu, ölkəmizin dəyişməz siyasətidir. İrana münasibətdə bu məsələni xüsusilə vazkeçilməz edən isə bu ölkədə 40 milyona yaxın azərbaycanlının yaşamasıdır. İran ordusunda yüzminlərlə azərbaycanlı xidmət edir, İran ərazisi bombalanacağı təqdirdə ən çox əziyyət çəkənlərin başında azərbaycanlılar olacaq.

Digər tərəfdən, İran vurulacağı təqdirdə Şimala milyonlarla azərbaycanlı üz tuta bilər. Azərbaycan Respublikasının isə bu qaçqınları qəbul etmək imkanı xaricindədir, həm də qəbul etməyə də bilməz - çünki qardaşlarımızdır, soydaşlarımızdır, bura onların da ölkəsidir. Belə bir çıxılmazlığa Azərbaycan razı olarmı? Öz soydaşlarının ziyan görməsini imkan verərmi?

Mümkün deyil və bunu İran da bilir, ancaq saxta bəhanəsini təkrarlayır.

İranın 2-ci iddiası

Müəllifin fikrincə, Azərbaycanın enerji resursları və tranzit imkanları, eləcə də İran və Xəzər dənizi sərhədlərindəki geosiyasi mövqeyi və hərbi gücü ABŞ və Avropanı Bakıya qarşı daha yumşaq mövqe sərgiləməyə sövq edib. Bu baxımdan, Azərbaycanın "beynəlxalq cəzasızlıqla" qonşu torpaqları fəth etmək üçün militarizmdən istifadə edə bildiyi təqdirdə, gələcəkdə İranın şimal-qərb sərhədləri və İranın azərbaycanlıların yaşadığı əyalətlərinə meydan oxumaq ehtimalı daha yüksək olacaq.

Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə özünü İran azərbaycanlılarının hüquqlarının müdafiəçisi elan edib, Azərbaycan mediası isə azərbaycanlılar yaşayan İran ərazisini "Cənubi Azərbaycan" adlandırıb.

Tehran Bakının ərazi avantürizmi qarşısında geri çəkilərsə, Azərbaycan çox güman ki, Qərb üçün daha nüfuzlu və əhəmiyyətli olacaq.

Cavab: Azərbaycan heç vaxt heç bir ölkənin torpağına iddia etməyib, Azərbaycan torpağı 30 ildir işğal altındadır və hələ də işğaldan tam azad olmayıb.

Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiya üçün dəfələrlə təkid edir, sülh sazişi imzalamağa çalışır. Bu halda kimdir militarist? Kimdir işğalçı?

Ermənistan sərhədi delimitasiya etmək istəmir - çünki işğal illərindən beynəlxalq səviyyədə tanınan sərhədlərimizə girib, öz ərazisinə qatıb. Azərbaycan təkidlə bu ərazilərdən çıxmağı tələb edir, Ermənistan isə çıxmır, sərhəd bölgəsində yaşayan əhalisi illərdir Azərbaycan torpaqlarına daxil olub, buranı otlağa çevirib, əkin əkib, bizim yollardan istifadə edirlər. Azərbaycan Ordusu bu ərazilərə girəndə isə çığır-bağır salırlar ki, otlaqlarımız, əkin sahələrimiz əlimizdən alındı.

Bəs niyə delimitasiya etmir sərhədi? Niyə dəqiq sərhədin çəkilməsinə razı deyil?

Çünki işğalı davam etdirmək, sərhəddə ələ keçirdiyi əraziləri saxlamaq istəyir. Orduları "güzgü prinsipi" ilə geri çəkmək tələbi də bundan doğur. İstəyirlər ki, ordular geri çəkilsin, erməni əhalisi də o ərazilərdən istifadəyə davam etsin və delimitasiya onillərlə "nəticəsiz" qalsın...

O ki qaldı İrana, Azərbaycan heç vaxt İrana meydan oxumayıb, əksinə, hər zaman İranın meydanoxumaları, Ermənistanın işğal siyasətinə davam etməsi üçün düşmən ölkəyə göstərdiyi misilsiz yardımlarla üzləşib.

Azərbaycan mediası "İran ərazisini" dünəndən "Cənubi Azərbaycan" adlandırmağa başlamayıb. "Cənubi Azərbaycan" ikiyə bölündüyümüz vaxtdan bizim ədəbiyyatımızda, tariximizdə, bayatılarımızda işlənib. Bu, son 30 ilin termini deyil ki, İran buna etiraz etsin?

Araz çayının cənubunda Azərbaycan olduğunu İran özü də təsdiqləyir: Qərbi və Şərqi Azərbaycan ostanları İranın inzibati ərazi bölgüsüdür. Ümumilikdə 6 ostana böldüyü Azərbaycan ərazilərini biz necə adlandırmalıyıq?

"Avatürizm" isə daha çox İran üçün xarakterikdir. Hər zaman avantürizmə gedib və Azərbaycan reaksiya vermədikcə iddialarını artırıb. Məhz indi İranın avatürizmi qarşısında Azərbaycan geri çəkilmir; məhz İranın Azərbaycana qarşı açıq təhdidlərindən sonra Azərbaycan Güneydəki 40 milyonluq soydaşının hüquqlarının açıq müdafiəsinə başladı.

İranın 3-cü iddiası

"İran həm də sərhədində Azərbaycanın gündəmindən irəli gələn geoiqtisadi təhlükə ilə üz-üzədir. 2020-ci il atəşkəs sazişində Naxçıvanla Azərbaycan arasında birləşdirici marşrutun yaradılması nəzərdə tutulsa da, Bakı Ermənistandan yüksək statuslu dəhliz istəyir. Zəngəzur dəhlizi, əsasən, regional ticarət dəhlizi üçün öz baxışları olan Rusiya və İranı marginallaşdıraraq, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyadan Avropaya strateji tranzit marşrutu anlamına gəlir.

İran Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən keçməklə Naxçıvana birləşdirilməsinin əleyhinə deyil, Tehran Azərbaycanın muxtar respublikaya çatmaq üçün öz hava məkanından istifadə etməyə də icazə verib. İran üçün daha çox narahatlıq doğuran odur ki, Bakı Zəngəzur dəhlizindən siyasi, iqtisadi və təhlükəsizlik məqsədləri üçün istifadə etmək potensialına sahib ola bilər".

Cavab: Azərbaycan 10 noyabr 2020-ci il sazişində nə nəzərdə tutulubsa, onu da Ermənistandan tələb edir. Bu, 9-cu bənddə əksini tapıb. Həmin bəndə görə, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək yol MANEƏSİZ olmalıdır, nəzarəti isə Rusiya FTX həyata keçirməlidir.

Bu, birbaşa dəhliz deməkdir - yolda nəqliyyatın təhlükəsiz və maneəsiz gediş-gəlişinin təmin etmək öhdəliyini Ermənistan üzərinə götürüb, təhlükəsizliyə zəmanət verən və yola nəzarət etməli olan isə Rusiyadır.

Bu da Ermənistandan tələb edilir. İrana bunun nə aidiyyəti var? Zəngəzurdan maneəsiz gediş-gəliş İranı niyə narahat etməlidir?

"Rusiyanın marginallaşması" ifadəsi də özünə yoldaş axtarmaq cəhdidir. Rusiya bu dəhlizin açılmasında birbaşa maraqlıdır - həm iqtisadi, həm də siyasi baxımdan.

İranın 4-cü iddiası

"Azərbaycanın 2020-ci il atəşkəs razılaşmasına əməl etməməsi, Laçın dəhlizi ətrafında baş verənlər fonunda Bakının Təl-Əvivlə sıx əlaqədə olması rəsmi Tehranı Azərbaycanın etibarlı tərəfdaş olmadığı qənaətinə gətirib. Laçın ssenarisinin gələcəkdə İran sərhədində təkrarlana biləcəyi riski var".

Cavab: Məhz Ermənistan Zəngəzur dəhlizinə imkan vermədiyi, Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etdiyi, cinayətkarcasına Xankəndiyə silah və minalar daşıdığı üçün; məhz İranın bu dəhlizdən sui-istifadə edərək, Xankəndiyə qanunsuz daşımalar həyata keçirdiyi, separatçı-terrorçulara yanacaq, silah-sursat, PUA çatdırıb, sonra da mütəxəssis göndərib, orda Azərbaycana qarşı erməni terrorçulara təlim keçdiyi üçün Laçın dəhlizi nəzarətə götürüldü.

Ortada onlarla fakt, sübut, görüntülər olduğu halda İranın bu iddiası, öz təfriqçi, qızışdırıcı hərəkətini gizlətməsi, separatçıları Azərbaycana qarşı silahlandırmasını ört-basdır etmək cəhdi gülüncdür.

İranın 5-ci iddiası

"Hazırda Tehranın əsas təhlükəsizlik prioriteti Azərbaycanın Ermənistanın cənubunu işğal etməsinin və onun İranla sərhədini ələ keçirməsinin qarşısını almaqdır. Onun siyasi prioritetləri arasında Dağlıq Qarabağın ərazi statusu ilə bağlı Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların aparılması, Avropa və NATO kimi yabançı aktorların iştirakı olmadan kommunikasiya xətlərinin və sərhədlərinin yaradılması daxildir".

Cavab: Bu, artıq həyasızlıq, hüquqtanımamağın son həddidr.

Əvvəla, 10 noyabr 2020-ci il sazişində Qarabağ erməniləri üçün heç bir status nəzərdə tutulmayıb. Azərbaycan isə birmənalı elan edib ki, status olmayacaq.

İran hansı əxlaq, hansı hüquq, hansı haqla 40 min erməni üçün 10 milyonluq xalqın içində xüsusi status istəyir?

Bu cür iddiaya düşən ölkə 85 milyonluq əhalisinin az qala yarısını təşkil edən azərbaycanlılara muxtariyyət veribmi? Ölkənin 50 faizini təşkil edən xalqa mədəni muxtariyyət belə verməyən İran hansı üzlə, sifətlə Azərbaycandan 40 minlik erməniyə status verməsini istəyir?

Ümumiyyətlə, bu prosesə İran niyə qarışmalıdır? Onu kim vəkil seçib? Azərbaycan və Ermənistan arasındakı danışıqlarda 30 ildir bəlli vasitəçilər var. Bu vasitəçilərin içində İran adına hardasa rast gəlinibmi?

İranın 6-cı iddiası

"İran Cənubi Qafqazda Qərbin rəhbərlik etdiyi sülhməramlı missiyalarda maraqlı deyil. Daha doğrusu, İran, Rusiya, Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstanın iştirakı ilə böhranı 3+3 formatı ilə həll etməyə üstünlük verir.

Tehranın iqtisadi prioritetlərinə gəlincə, bunlar tranzit dəhlizlərində bərabər iştirak və regional iqtisadi maraqların ədalətli şəkildə bölüşdürülməsini əhatə edir.

Cavab: Regionda 3+3 formatını irəli sürən, Ermənistanın yanında olan və 44 günlük savaşdakı məğlubiyyətin məsuliyyətini bölüşüb, depressiyaya düşən İranı vəziyyətdən çıxarmaq, regional layihələrə cəlb etmək təşəbbüsü ilə çıxış edən məhz Azərbaycandır, İlham Əliyevdir!

Dünənə qədər 3+3 formatına soyuq yanaşan İran necə oldu ki, indi bu formata üstünlük verəsi oldu və yaxud özünü belə göstərir?

Tranzit dəhlizlərdə bərabər iştiraka gəlincə isə - Zəngəzur dəhlizindən hansı bərabər iştirakdan söhbət gedə bilər? Bu, Azərbaycanın Ermənistandan keçən layihəsidir, 10 noyabr 2020-ci il sazişində nəzərdə tutulub. İran hansı əsasla bu dəhlizdə rol almaq istəyir?

Halbuki bu dəhlizin İrana da böyük iqtisadi xeyir verəcəyi dəfələrlə qeyd edilib. İran bundan artığını istəyir? Qafanda ona görə konsulluq açıb ki, Zəngəzur dəhlizində FTX yox, ETTELAAT və ya SEPAH dursun?

İranın 7-ci iddiası

"İranın Cənubi Qafqazda makro siyasəti regional tarazlığı qorumaq, münaqişələrin və müharibələrin qarşısını almaqdan ibarətdir. İran Azərbaycanla gərginliyi artırmaq və hərbi münaqişəyə başlamaq niyyətində deyil və bu yaxınlarda xoşməramlılıq əlaməti olaraq Azərbaycana yeni səfir təyin etdi.

İranın nöqteyi-nəzərindən Azərbaycanın davranışı İsrailin təxribatlarının nəticəsidir və İran Bakını qorxutmaq üçün deyil, İsraili Azərbaycandan geri itələmək üçün öz sərhədi boyunca hərbi qüvvələri yerləşdirib. İranın hərbi imkanları məhdud və ya genişmiqyaslı münaqişə vəziyyətində təhlükəsizliyi kövrək olacaq Azərbaycandan xeyli üstündür".

Cavab: Burda həm iddia, həm etiraf, həm də son dövrlərdə yürütdüyü siyasətin iflasa uğradığını anlamaq acısı var.

1. İran Cənubi Qafqazda münaqişələrin qarşısını almır, münaqişə yaradır - əks halda, Ermənistana raketlər və PUA-lar bağışlayıb, onu Azərbaycana qarşı qızışdırmazdı;

2. Azərbaycanla müharibəyə başlamaq niyyətində deyil - demə, İsraili Azərbaycanda itələmək üçün sərhədimizə ordu yığıbmış.

Bütün dünya İranın Azərbaycana müharibə etməsini istəyir - yalnız Azərbaycandan başqa. Çünki İran Azərbaycana müharibə elan etsə, İrana dərhal İsrail başda olmaqla, Qərb ağır zərbələr endirəcək.

Bunu arzulamayan Azərbaycandır - yuxarıda səbəbini dedik.

Digər tərəfdən, doğrudanmı İran elə düşünür ki, Azərbaycandan İsraili "qovmaq" üçün sərhədimizə ordu gətirmək normal "taktika"dır? Bunun üçün Azərbaycanla iqtisadi-siyasi əlaqələri ən yüksək səviyyəyə qaldırmaq lazım idi, ordu gətirmək, Azərbaycanı hədələmək yox!

İran Azərbaycana düşmənçiliklə, qəsdən, düşünülmüş surətdə İsraili regiona daxil edir və bunu anlamamaq üçün "molla" olmamaq kifayətdir.

3. İranın genişmiqyaslı münaqişədə Azərbaycandan hərbi üstünlüyünü bu məqalədə bildirməyin özü də hədədir.

Əlbəttə, İran Azərbaycandan hərbi baxımdan üstün ola bilər, üstündür də, ancaq İsrailin qəfil hücumlarına açıqdır, Azərbaycan ərazisini Şuşa Bəyannaməsi ilə himayəsi altına alan NATO-nun ən qüdrətli ordusu - Türkiyənin qarşısında zəifdir...

Bu, İrandan fərqli olaraq, bizim hədəyə cavabımız deyil, reallığı bir daha izah etməyimizdir.

İranın Azərbaycana qarşı mümkün aqressiyası və hücumundan dəhşətli dərəcədə ziyan çəkəcək ölkə olacaqsa, bu, elə İranla Azərbaycan olacaq. Tehran bunu anlayırsa - çox yaxşı!

Ancaq bu şəraiti isə biz yaratmamışıq - sadəcə, hədələr qarşısında geri çəkilmirik.

Nəticə isə var - bax, "3+3" formatından artıq həvəslə danışır, Azərbaycanla münaqişə istəmədiyini açıq elan edir...

Aygün Kazımovanın makiyajsız halı like
  • 14 Apr 10:37  
Şou-biznes Aygün Kazımovanın makiyajsız halı

Xalq artisti Aygün Kazımova bu dəfə makiyajsız fotolarını izləyiciləri

arrow Ətraflı
Tanınmış hakimin oğlu like
  • 14 Apr 10:28  
Digərləri Tanınmış hakimin oğlu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki �

arrow Ətraflı
Qısa ətəklərin yaradıcısı Meri Kuant vəfat etdi like
  • 14 Apr 09:59  
Şou-biznes Qısa ətəklərin yaradıcısı Meri Kuant vəfat etdi

Qısa ətəklərin yaradıcısı hesab olunan britaniyalı dizayner Meri Kuant c

arrow Ətraflı
Özünə qapanmış gənclərə 490 dollar ödəniləcək like
  • 14 Apr 09:27  
Dünya Özünə qapanmış gənclərə 490 dollar ödəniləcək

Cənubi Koreya hökuməti tənha həyat sürən və evlərini tərk etməyən g�

arrow Ətraflı
Ucuz bilet alıb təyyarəyə minən sərnişin gözlərinə inanmadı like
  • 14 Apr 09:18  
Dünya Ucuz bilet alıb təyyarəyə minən sərnişin gözlərinə inanmadı

İrlandiyadan Portuqaliyaya yollanan sərnişin ucuz bilet aldığı təyyarəni

arrow Ətraflı
Oğurluq edən şəxsin evindən silah aşkarlanıb like
  • 14 Apr 08:27  
Kriminal Oğurluq edən şəxsin evindən silah aşkarlanıb

Siyəzən RPŞ-yə rayon sakininə məxsus mağazadan oğurluq edilməsi barəd�

arrow Ətraflı
Qızılın qiyməti illik maksimuma çatdı like
  • 14 Apr 08:22  
Digərləri Qızılın qiyməti illik maksimuma çatdı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi - red.)

arrow Ətraflı
ABŞla Rusiya arasında hansı sahədə əlaqələr var? like
  • 14 Apr 08:17  
Dünya ABŞla Rusiya arasında hansı sahədə əlaqələr var?

Rusiya ABŞ ilə kosmos və Suriya münaqişəsinin nizamlanması sahəsində ə

arrow Ətraflı
Aeroport yolunda qəza: like
  • 14 Apr 08:12  
Digərləri Aeroport yolunda qəza:

Bakının Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən

arrow Ətraflı
Aİ Rusiyaya qarşı 11ci sanksiya paketini tətbiq etməyə hazırlaşır like
  • 14 Apr 08:07  
Dünya Aİ Rusiyaya qarşı 11ci sanksiya paketini tətbiq etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiya paketini tətbiq etməy�

arrow Ətraflı
"ABŞ Zelenskini Rusiya ilə sülh danışıqlarına məcbur edəcək" like
  • 14 Apr 08:02  
Dünya "ABŞ Zelenskini Rusiya ilə sülh danışıqlarına məcbur edəcək"

ABŞ Xarici Əlaqələr Şurasının əməkdaşları Riçard Haass və Çarlz Ku

arrow Ətraflı
CənubŞərqi Asiyada COVIDə yoluxma halları like
  • 14 Apr 07:57  
Dünya CənubŞərqi Asiyada COVIDə yoluxma halları

Cənub-Şərqi Asiyada son dörd həftə ərzində koronavirusa yoluxanların sa

arrow Ətraflı
Lavrovu BMTdə belə qarşılayacaqlar like
  • 14 Apr 07:52  
Dünya Lavrovu BMTdə belə qarşılayacaqlar

ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrovu BMT tədbirlərində soyuq

arrow Ətraflı
Bayden Ledi Qaqaya vəzifə verdi like
  • 14 Apr 07:46  
Dünya Bayden Ledi Qaqaya vəzifə verdi

ABŞ prezidenti Cozef Bayden müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət v

arrow Ətraflı
Moskvadan bu görüşlə bağlı bildiriş aldıq  Çavuşoğlu like
  • 14 Apr 07:41  
Dünya Moskvadan bu görüşlə bağlı bildiriş aldıq Çavuşoğlu

Rusiya tərəfindən bu görüşün (Türkiyə, Rusiya, İran və Suriya XİN ba

arrow Ətraflı