Türkiyə və Misir enerji sahəsində əməkdaşlığı daha da sıxlaşdıracaq


Dünya 13 Apr 2023 21:10:00 273 0

Türkiyə və Misir enerji sahəsində əməkdaşlığı daha da sıxlaşdıracaq

Ankarada səfərdə olan Misirin xarici işlər naziri Sami Şükri ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş baş tutub.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasında diplomatik münasibətlərin tam bərpası, həmçinin birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Təkbətək və geniş heyətdə keçirilən görüşlərdən sonra hər iki nazirin iştirakı ilə mətbuat konfransı keçirilib.

"Qarşılıqlı səfir nə vaxt təyin olunacaq?" sualına Sami Şükri belə cavab verib:

"Bu barədə detalları həmkarımla razılaşdıqdan sonra açıqlayacağıq".

Mövlud Çavuşoğlu isə "Qarşıdakı dövrdə eyni vaxtda açıqlama verəcəyik", - deyib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə ilə Misir əsasən enerji sahəsində əməkdaşlığı daha da sıxlaşdıracaq:

"Şübhəsiz ki, enerji sahəsində əməkdaşlığımız var. Bütün sahələrdə əməkdaşlığın artmasını istəyirik. Xüsusilə, enerji sahəsində, həmçinin bərpa olunan enerji sahəsində biz bunu istəyirik. Potensial var. Ukrayna müharibəsi davam etdikcə enerji böhranının olacağı aydındır. Türkiyə indi günəş və külək enerjisində dünya ortalamasını üstələyib. İki qardaş ölkə kimi əməkdaşlıq etsək, bir-birimizə dəstək olarıq. İxracımız da yaxşılaşar".

Çavuşoğlunun sözlərinə görə, iki ölkə bundan sonra Liviya məsələsində daha yaxın əməkdaşlıq şəraitində iş aparacaq.

Sami Şükri də öz növbəsində Misirin Türkiyə ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu söyləyib.

Uşaqlarda iştahasızlığın aradan qaldırılması yolları like
  • 13 Apr 21:06  
Digərləri Uşaqlarda iştahasızlığın aradan qaldırılması yolları

Uşaqlarda iştahasızlıq müasir dövrdə valideynlərin şikayətləndiyi ən

arrow Ətraflı
Bölgələrdən su qıtlığı var?  VİDEO like
  • 13 Apr 20:48  
Digərləri Bölgələrdən su qıtlığı var? VİDEO

Son illərdə rəsmi qurumlar Azərbaycanda su qıtlığının yarana biləcəyi

arrow Ətraflı
İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb like
  • 13 Apr 20:46  
Siyasət İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovin

arrow Ətraflı
Laçındakı mina partlayışı yaşayış evinin girişində baş verib  ANAMA like
  • 13 Apr 20:40  
Digərləri Laçındakı mina partlayışı yaşayış evinin girişində baş verib ANAMA

Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayış�

arrow Ətraflı
Dövlət Komissiyası itkin düşən hərbçilərlə bağlı daha bir məlumat yaydı like
  • 13 Apr 20:38  
Siyasət Dövlət Komissiyası itkin düşən hərbçilərlə bağlı daha bir məlumat yaydı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar D�

arrow Ətraflı
Sarayevoda İlham Əliyevin şərəfinə rəsmi nahar verilib  FOTO like
  • 13 Apr 20:34  
Siyasət Sarayevoda İlham Əliyevin şərəfinə rəsmi nahar verilib FOTO

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliye

arrow Ətraflı
Həkimlər məktəb şagirdlərini vərəm müayinəsindən niyə keçirmir?  VİDEO like
  • 13 Apr 20:00  
Digərləri Həkimlər məktəb şagirdlərini vərəm müayinəsindən niyə keçirmir? VİDEO

Son günlərdə orta məktəblərdən birindəki şagirddə vərəm aşkarlanmas

arrow Ətraflı
Mərdəkanda olan “Dendro Park”ın məhv və talan edildiyi deyilir  VİDEO like
  • 13 Apr 19:24  
Digərləri Mərdəkanda olan “Dendro Park”ın məhv və talan edildiyi deyilir VİDEO

Dendrologiya İnstitutunun bir qrup əməkdaşı müəssisənin bağında təmir

arrow Ətraflı
XİN Paşinyana cavab verdi like
  • 13 Apr 19:22  
Siyasət XİN Paşinyana cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın 13 aprel tarixində hökumət icla

arrow Ətraflı
Dövlət İmtahan Mərkəzi imtahan sualını səhv tərtib edib?  VİDEO like
  • 13 Apr 19:12  
Digərləri Dövlət İmtahan Mərkəzi imtahan sualını səhv tərtib edib? VİDEO

Dövlət İmtahan Mərkəzinin martın 5 və 12-də keçirdiyi buraxılış imta

arrow Ətraflı
"Fransanın ermənpərəst siyasəti bölgədə sülhə və təhlükəsizliyə qəsddir" like
  • 13 Apr 19:10  
Siyasət "Fransanın ermənpərəst siyasəti bölgədə sülhə və təhlükəsizliyə qəsddir"

Fransanın növbəti dəfə ermənipərəst siyasət yürüdərək Azərbaycanı

arrow Ətraflı