XİN Paşinyana cavab verdi


Siyasət 13 Apr 2023 19:22:00 222 0

XİN Paşinyana cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş naziri Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.

Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən Baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir. Belə ki, Ermənistan Baş nazirinə xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində, 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri Ermənistan tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrinin çıxırmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, Baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir.

Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi və bu ərazilərdən qüvvələrini geri çəkməməsi Praqa və Soçi razılıqlarının ciddi şəkildə pozulmasının və Ermənistanın sülh prosesində maraqlı olmamasının bariz nümunəsidir.

Ermənistanın Azərbaycanda həyata keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir. Qeyd edək ki, Azərbaycan hökumətinin Laçın yolunda baş verən etirazların təşkilatçısı olduğu iddiası məhkəmə tərəfindən rədd edilib, "yolun bağlandığı" və "ərazinin blokadada" saxlandığı barədə iddiaların heç bir əsası yoxdur.

Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik.

Dövlət İmtahan Mərkəzi imtahan sualını səhv tərtib edib?  VİDEO like
  • 13 Apr 19:12  
Digərləri Dövlət İmtahan Mərkəzi imtahan sualını səhv tərtib edib? VİDEO

Dövlət İmtahan Mərkəzinin martın 5 və 12-də keçirdiyi buraxılış imta

arrow Ətraflı
"Fransanın ermənpərəst siyasəti bölgədə sülhə və təhlükəsizliyə qəsddir" like
  • 13 Apr 19:10  
Siyasət "Fransanın ermənpərəst siyasəti bölgədə sülhə və təhlükəsizliyə qəsddir"

Fransanın növbəti dəfə ermənipərəst siyasət yürüdərək Azərbaycanı

arrow Ətraflı
“Özünüz olmağı unudub, arada qalmısınız” like
  • 13 Apr 19:00  
Şou-biznes “Özünüz olmağı unudub, arada qalmısınız”

Aparıcı Turan İbrahimov həmkarlarını tənqid edib.

arrow Ətraflı
XİN əsir götürülən hərbçilərimizlə bağlı məlumat yaydı like
  • 13 Apr 18:59  
Siyasət XİN əsir götürülən hərbçilərimizlə bağlı məlumat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən əsir gö

arrow Ətraflı
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü  FOTO like
  • 13 Apr 18:58  
Siyasət Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq

arrow Ətraflı
Bill Qeyts keçmişdən özünə yazdığı məktubu tapdı like
  • 13 Apr 18:48  
Dünya Bill Qeyts keçmişdən özünə yazdığı məktubu tapdı

"Microsoft"un həmtəsisçisi Bill Qeyts 2008-ci ildə özünə gönd�

arrow Ətraflı
“ADMİU məzunlarının bir hissəsi taksi sürücüsü işləyir” like
  • 13 Apr 18:24  
Şou-biznes “ADMİU məzunlarının bir hissəsi taksi sürücüsü işləyir”

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitir�

arrow Ətraflı
Jelka Tsviyanoviç: Azərbaycan hər zaman bizim yanımızda olmuşdur like
  • 13 Apr 17:22  
Siyasət Jelka Tsviyanoviç: Azərbaycan hər zaman bizim yanımızda olmuşdur

Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsin

arrow Ətraflı
Məhbubə Hüseynovanın işdən çıxarılmasına Tolik belə sevindi  VİDEO like
  • 13 Apr 17:12  
Şou-biznes Məhbubə Hüseynovanın işdən çıxarılmasına Tolik belə sevindi VİDEO

Xəbər verdiyimiz kimi, Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbu

arrow Ətraflı
Prezident: Bu, bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər like
  • 13 Apr 17:10  
Siyasət Prezident: Bu, bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Hers

arrow Ətraflı
Şahzadə Harri atasının tacqoyma mərasiminə tək gələcək like
  • 13 Apr 17:04  
Dünya Şahzadə Harri atasının tacqoyma mərasiminə tək gələcək

Şahzadə Harri mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mər

arrow Ətraflı
Adnan Oktarın 8658 illik həbs cəzası təsdiqləndi like
  • 13 Apr 17:02  
Digərləri Adnan Oktarın 8658 illik həbs cəzası təsdiqləndi

İstanbul Regional Cəza Məhkəməsi çərşənbə günü Adnan Oktar və bir �

arrow Ətraflı