XİN əsir götürülən hərbçilərimizlə bağlı məlumat yaydı
Siyasət 13 Apr 2023 18:59:00 375 0
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı məlumat yayıb.
Bu xəbəri də oxu: Bakının uğuru: bəşəriyyət üçün 300 milyard
XİN-dən daxil olan məlumatda deyilir:
"Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.
Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıb.
Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.
Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir".
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq
"Microsoft"un həmtəsisçisi Bill Qeyts 2008-ci ildə özünə gönd�
"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitir�
Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsin
Xəbər verdiyimiz kimi, Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbu
Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərin
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Hers
Energetika sahəsində çox geniş imkanlar var. Azərbaycanın təşəbbüskar�
Şahzadə Harri mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mər
İstanbul Regional Cəza Məhkəməsi çərşənbə günü Adnan Oktar və bir �
Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsinin art�
"Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izl
Baş Prokurorluğun prokuroru, I dərəcəli hüquqşünas Aynur Vüsət qızı
1980-ci ildə Bakının mərkəzində baş vermiş insident zamanı Bərbərovla