“Kliniki ölüm keçirdim, ruhum bədənimdən çıxdı, o an gördüm ki...” Xanım İsmayılqızı
Kriminal 09 Apr 2023 15:12:00 246 0
Bu gün yaşadığımız həyat nəticəsində ruhumuzun mənəvi cəhətdən daha çox qidalanmasına ehtiyac duyuruq. Bəs ruh nədir? "Kaspi" qəzeti şairə, bəstəkar Xanım İsmayılqızı ilə bu ruh haqqında söhbətləşib.
Bu xəbəri də oxu: Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərləndi
- Çexov deyir, ruh qəribə şeydir. Harada olduğunu heç kim bilmir, amma necə ağrıdığını hamı hiss edir. Sizcə, ruh nədir, haradadır?
- Ruh Allahın nişanəsidir. Doğulan yox, göndəriləndir. Onun ağrısı da ağrıların ən zirvəsi və dözülməzidir. Ruh da Təkdir. Ruh bu dünyanda səninlə, o dünyanda sənsiz yaşayandır. Ruh həm burada, həm orada səni yaşadandır. Bizi ən son tərk edən də ruhumuzdur. Bütün orqanlar sırayla bizdən üz döndərər, ruh isə ən sonuncu gedəndir. Getsə belə, müqəddəsimizə qovuşan, yaradanına qayıdan, bizdən kimlərəsə xəbər aparıb-gətirən, yuxularda bizi sevdiklərimizlə görüşdürəndir. Hərdən mənə elə gəlir ki, ruhum beynimin içindədir, ürəyimdən boylanır, nəfəsimdədir, gözlərimə hopur, olmayanları olduğu kimi göstərə bilir, xəyala çəkir, xatirələrə aparır. Həm də ən etibarlı dostumdur. Bəlkə də bu halları çoxu yaşayır. Kimsə fərqinə varır, kim isə yox.
- Ruh halı nədir? Nədir onu dəyişdirən?
- Ruhun o qədər halı var ki... Məhz bu hallar bizim həyatımızın rənglərini ömrümüzə çəkir. Orqanizmimiz elə bir mexanizmdir ki, onun açarı ruhdadır. Vücudumuz ruhumuzdan qidalanır, havalanır, nəm çəkir və çiçəkləyir. Mənəviyyatımızdakı dəyişikliklər ruhumuzun işidir. Onu dəyişdirən ətrafdan gələn gözəgörünməz zərbələr, enerjidir. Hətta fəsillər də ruhumuzun öz fəslinə toxunur. Bədənin zədələnsə dərmanla sağaldarsan, çirklənsə yuyarsan təmizlənər, amma ruhu sağaltmaq və ya təmizləmək mümkün deyil.
- Deyirlər, cisim ölsə də, ruh ölmür, əbədiyaşardır. Amma bir ifadə də var, çox yorğun olanda (xüsusən də mənəvi yorğunluq) "ruhum ölüb" deyirlər.
- Biz insanlar uşaqlıqdan qocalığa kimi nədənsə küsürük, nəyəsə üsyan edirik. Bəzən bu üsyanlar qışqırıq, ağlamaq, çırpınmaq formasında olur və eşidilir. Ruh isə etirazını əlamətlərlə - həyata küskünlük, yorğunluq, üsyankarlıq, tənhalıq və s. ilə bildirir. Allah gözə görünmür, ruhumuz da gözəgörünməzdir. Ümumiyyətlə, gözə görünməyənlər görünənlərdən daha böyük, daha güclü, daha ilahidir. Hisslərimiz də eləcə. Bədənimizin digər orqanlarından fərqli olaraq ruhumuzun küsməyi bütün varlığımızı axsadır. Ağlı xəstələnən adama ruhi xəstə deyirlər. Poetik dildə desəm, ruhla cisim bədən deyilən mexanizmin atası ilə anası kimidir. Biri axsayanda, o biri yetimləşir.
- Ruhun insanın həyat yoluna, bəxtinə təsiri varmı?
- Əlbəttə, əsaslı təsiri var. "Alın yazımız necədirsə, bəxtimiz də odur" fikri bizim təsəllimiz, özümüzü başımıza gələnlərdən kənara çəkmək təşəbbüsü, cavabdehliyimizi azaltmaq vərdişidir. Ruha təmiz qida verməyəndə o da zəhərlənə bilir və tək bizi yox, həyatımızı, ailəmizi, ətrafımızı, gələcəyimizi zəhərləyir. Biz Allahın bəndəsi, ruhumuz da bizim Allahımızdı. Ruhumuzla Allaha yaxınlaşırıq. Bu qədər müqəddəsliyə sahib olduğumuzu unutmasaq ruhumuz da sevinər. "Sağlam bədəndə sağlam ruh olar" deyirik. Sağlam ruhla da bəxtə işıq düşür, ömür aydınlığa çıxa bilir. Cerri Çukerin çəkdiyi "Ruh" filmində olduğu kimi eyni hissləri yaşamışam və hiss etmişəm. Dünyasını dəyişən əzizimin o dünyadan mənə təsiri, işarələr göndərməsi, xəbərdarlıqları, təskinlik verməsi. Yəni bunlar var, mövcuddur.
"Hazırda Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçiv
Bazar günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyada h
Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşı fərarilikdə şübhəl
Ukrayna prezidenti Volodimir Zelenski 2023-cü ilin mayında Almaniyaya səfər
Britaniya hökuməti köpəkbalığı ətinin satışına icazə verib.
Abşeronda iki azyaşlı bacını avtomobil vurub.
"Yaxşı olmağa çalışıram. Bu da Allahın bir imtahanıdır. Allah sev
Fransa məhkəməsi Rusiya hakimiyyəti tərəfindən maliyyələşdirilən RT t
Aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətiilə Str
Müğənni Murad Arif həyat yoldaşı ilə bağlı paylaşım edib.
Kanadanın Kvebek əyalətinin Monreal şəhərində 135 nəfər dəm qazından