İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları


Digərləri 08 Apr 2023 21:14:00 292 0

İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları

Günümüzdə internet müxtəlif məqsədlər üçün istifadə olunur. İnsanlar evlərini, iş yerlərini tərk etmədən alış-veriş edə və ya bank əməliyyatlarını internet üzərindən həyata keçirə bilirlər. Kredit kartlarının köməyi ilə etdiyiniz bu fəaliyyətlər zamanı dələduzluq halları ilə üzləşməyiniz qaçılmazdır.

Son.az AZƏRTAC-a istinadən internetdə istifadə zamanı bank kartlarının təhlükəsizliyi baxımından vacib olan qaydaları təqdim edir.

Bank hesab məlumatlarınızın təhlükəsizliyinə görə müəyyən qaydalara əməl etmək vacibdir. Əvvəlcə kompüterinizdə brauzer və antivirusun yenilənmiş vəziyyətdə olmasından əmin olun. İctimai kompüterlərdən istifadə etdikdən sonra brauzerləri bağlayın və yaxud daxil olduğunuz veb-səhifələrdən çıxış edin. Bu, başqa bir istifadəçinin "geriyə düyməsini" basaraq, sizin şəxsi məlumatlarınızı aşkar etməsinin qarşısını alır.

Həmçinin onlayn alış-veriş edərkən, etibarlı və nüfuzu olan mağazaların saytlarına müraciət edin. Alış-veriş etdiyiniz saytda məxfilik siyasətini oxuyun (əgər yoxdursa, bu, artıq mənfi haldır) və təhlükəsizlik vəziyyətinin hansı yerdə olduğunu müəyyənləşdirin. Onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərkən altı simvoldan çox olan mürəkkəb şifrələrdən istifadə edin və çalışın ki, hərflər və rəqəmlər fərqli yerlərdə olsun. Bundan əlavə, saytda olan bəzi təhlükəsizlik simvollarına nəzər yetirin. Brauzerin vəziyyət panelində kilid (padlock), URL-də "http"dən sonra "s" və ya "Secure Sockets Layer" (SSL)-in olması vacibdir.

Şəxsi hesab məlumatlarınızı (kartınızın parolunu, nömrəsini) e-poçt və ya telefonla heç kimə deməyin və ya göndərməyin. Tanımadığınız şəxslərə və ya şirkətlərə öz hesab kartınızın məlumatlarını göndərməyin. Məlumdur ki, məşhur e-poçt fırıldaqçılıq formalarından biri " fişinqdir". Bu cür e-poçtlar sizdən kart hesab məlumatlarınızı istəyir və ya sizi saxta veb-səhifəyə yönləndirir. Beləliklə, öz hesab məlumatlarınızı saxta səhifəyə daxil etməyinizlə şəxsi məlumatlarınız oğurlanmış olur.

Xəbərdarlıq mesajı xidmətindən istifadə edin. Belə ki, bu xidmətdən istifadə etdikdə bank hesabınıza edilən müdaxilələr barədə sizə xəbərdarlıq mesajı göndəriləcək. Kredit kartınızın parolunu və nömrəsini isə elektron poçt hesabınızda və yaxud kompüterdəki fayllarda saxlamayın.

Banklara gəldikdə isə istər yerli, istərsə də digər banklar mütləq şəkildə müasir texnologiyalaşdırılmış avadanlıqlardan istifadə etməlidir. Banklar öz müştərilərini təhlükəsizlik üçün mesaj formasında və yaxud öz sayt reklamlarında mütləq məlumatlar ötürməklə maarifləndirməlidir. Bu cür problem yaşandıqda bankın öz nüfuzuna xələl gəlmiş olur.

Azərbaycanda vəzifəli şəxs like
  • 08 Apr 21:04  
Kriminal Azərbaycanda vəzifəli şəxs

Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ə

arrow Ətraflı
Ermənilərin minaları məcburi köçkünlərə əngəldir  Ekspress like
  • 08 Apr 20:53  
Siyasət Ermənilərin minaları məcburi köçkünlərə əngəldir Ekspress

Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük mane�

arrow Ətraflı
Bayramov Abdullahianla danışdı like
  • 08 Apr 20:42  
Siyasət Bayramov Abdullahianla danışdı

7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici i�

arrow Ətraflı
Qədr gecələri başlayır  Tarixləri like
  • 08 Apr 20:32  
Digərləri Qədr gecələri başlayır Tarixləri

Aprelin 9-da ilk Qədr (Əhya) gecəsi olacaq.

arrow Ətraflı
28 yaşlı azərbaycanlı qadın müğənni like
  • 08 Apr 20:22  
Şou-biznes 28 yaşlı azərbaycanlı qadın müğənni

Gənc müğənni Jalə Əliqi vəfat edib.

arrow Ətraflı
"Dünya ictimaiyyəti illərdir Qarabağla bağlı yalan məlumatlar verir" like
  • 08 Apr 20:17  
Digərləri "Dünya ictimaiyyəti illərdir Qarabağla bağlı yalan məlumatlar verir"

Dünya ictimaiyyəti illərdir Qarabağla bağlı yalan məlumatlar verir.

arrow Ətraflı
"Şuşa inanılmaz dərəcədə gözəl şəhərdir" like
  • 08 Apr 19:57  
Digərləri "Şuşa inanılmaz dərəcədə gözəl şəhərdir"

Şuşa inanılmaz dərəcədə gözəl şəhərdir.

arrow Ətraflı
Əməkdar artistin evində like
  • 08 Apr 19:51  
Şou-biznes Əməkdar artistin evində

Əməkdar artist Almaz Orucova toya hazırlaşır. 

arrow Ətraflı
Bakıda KIA sürücüsünün ani səhvi ağır qəzaya səbəb oldu like
  • 08 Apr 19:29  
Digərləri Bakıda KIA sürücüsünün ani səhvi ağır qəzaya səbəb oldu

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

arrow Ətraflı