"Vado Korovin mənə dedi ki, istəyirəm mətbəx verilişini kişi yox, qadın aparsın"
Şou-biznes 07 Apr 2023 04:22:00 241 0
Son.az xəbər verir ki, əməkdar artist, Akademik Musiqili Teatrın aparıcı aktyoru Çingiz Əhmədov moderator.az-ın suallarını cavablandırıb. - Çingiz müəllim, bildiyim qədər əməkdaşlıq etdiyiniz Speys telekanalından getmisiniz. Çünki sizin "Nuşi can" adlı verilişinizdə artıq aparıcı qismində müğənni Aygün Şükürovanı görürük. Bilmək olarmı niyə telekanalı tərk etdiniz?
Bu xəbəri də oxu: Xalq artistinə gözlənilməz sürpriz
- Telekanalın sədri Müşfiq Hətəmov və bədii rəhbər İman Məcidov gedəndən sonra orada kollektiv demək olar ki, dağıldı. Yeni gələn sədr Vado Korovin isə mənə dedi ki, "istəyirəm mətbəx verilişini kişi yox, qadın aparsın". Mən onsuz da Müşfiq müəllimin, İman Məcidovun xətrinə bu kanala gəlmişdim. Reytinq də səhər verilişi üçün çox əla gəlirdi. Etiraz etmədim və kanalı tərk etdim. İndi kanal çökür, veriliş baxılmır. Bütün verilişlərin reytinqi demək olar ki, sıfıra bərabərdir. Rəhbərlik dəyişəndən sonra fikirləşirdim ki, efirdə olan verilişlərdə yeniliklər olacaq, amma Vado yeniliyi aparıcıları dəyişməyi və peşəkarların işdən çıxarılmasında gördü. Bu da özünü doğrultmadı. - Demək ki, məqsəd sizi televiziyadan uzaqlaşdırmaq idi. - Nəinki məni, bütün peşəkarları. Mənim verilişimə gündəlik 25-30 zəng gəlirdi. Tamaşaçılar izləyirdi, ağız dolusu danışırdılar. Biz tamaşaçılarla ünsiyyətdə olurduq. Aparıcı xanım bu gün deyir ki, "çoxsaylı tamaşaçıların xahişinə görə verilişi 2 saat etmişik". Mənim vaxtımda veriliş 1 saat yarım idi. Verilişi 2 saat etməklə deyil ki! Nə danışırsınız? Nə göstərirsiniz? Aşbazları da verilişdən uzaqlaşdırıblar. Müğənni gəlir, həm yemək bişirir, həm də ki, oxuyur. Bu 2000-ci illərdə Ans telekanalıda yayımlanan "Günəbaxan", "Qaynar qazan" verilişlərində olub. Bunun effekti yoxdur axı. Məndən sonra verilişi Banu Günel 1 ay apardı. 2-3 gündür verilişi izləyirəm, içi boşdur. Bu kanalın evini yıxmaq sayılır. - Yenidən dəvət gəlsə hansı şərtlər əsasında telekanala qayıdarsınız? - Şükür Allaha ki, 38 ildir teatrda fəaliyyətdəyəm. 26-27 ildir ki, aparıcılıq stajım var. Dövlət televiziyasından tutmuş bütün özəl televiziyalara qədər verilişlərim olub. Bilirəm ki, peşmandırlar da. Təbii ki, yenidən qayıtsam şərtim bu olacaq ki, iki maaş verirsinizsə mən gəlirəm, bir maaşa gəlmirəm. - Sizcə yeni gələn kanal rəhbəri peşəkarları televiziyadan uzaqlaşdırmalıdır? - Əlbəttə ki, yox! Bu atalarının kanalı deyil ki, sən gələn kimi peşəkarları kanaldan uzaqlaşdırırsan. İman Məcidov 20 ilə yaxındır o televiziyada işləyirdi. Onun Speysdən getməyi sözün əsl mənasında məni "yandırdı". O kanalda İman Məcidovun dabanında olan ağıl, müəyyən adamların heç beynində yoxdur. Mən buna görə çoxu nifrət etdim. İndi telekanal başdı-başına qalıb. Mən 5 ay orada veriliş apardım. Necə ki, teatrda rolllarımı sevirəm, əzizləyirəm, o verilişi də əzizlədim. Yuxuma haram qatıb, gəlib verilişi aparırdım. Çünki sağlam kollektiv, sağlam insanlar var idi. Müşfiq Hətəmov kanalı elə gözəl idarə edirdi ki, hamı bir-birinə can deyib, can eşidirdi. Müşfiq müəllim çörəyi çörəyçiyə vermişdi, gəlib çörəkçidən çörəyi aldılar. - Bu gün seriallarda, filmlərdə niyə çəkilmirsiniz? - Məni seriallara rejissorlar Ramin Hacıyev, Şahin Qəhrəman, Ənvər Abbasov kimi rejissorlar çəkib. Sadəcə olaraq maliyyə cəhətdən problemlər var. Ona görə də hələ ki, gözləyirik. Amma söz veriblər ki, çəkəcəklər. Ümumiyyətlə götürəndə film əsasən baş rolları oynayan obrazlara görə izlənilir də. Götürək elə "Yuxu kimi" serialını. Baş qəhrəmanlar yoxdur, amma film çəkilir. Görün indi vəziyyət necədir də. - Teatrda nə yenilik var? - Anarın "Adamın adamı" əsərini səhnələşdirirlər. Ora Dilarə Əliyeva dəvət olunmuşdu. Məşqlər yeni başlayırdı ki, Oqtay dünyasını dəyişdi. Mən də bu tamaşada rol almışam. Hər dəfə teatra gedəndə itirdiyimiz sənətkarlarımız üçün çox darıxıram. Onların yeri çox görünür. İyun ayına qədər tamaşanı təhvil verməliyik.
Türkiyəli müğənni İrem Derici sevgilisi Atakan İşıktutanla idman zalın
92 yaşlı media maqnatı Rupert Merdok beşinci dəfə boşanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakç
Paradoksal olsa da, bürclərə inanmayanlar belə, ulduz falı ilə müəyyən
Türkiyənin milli elektromobil brendi olan "Togg" 100 km/saat sürət
"Neftçi" futbol klubunun üzvü Rəhman Hacıyev yeni sevgilisi ilə
Sonuncu dəfə 2003-cü ildə "Dolu düşün, boş danış" tamaşası
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərd�
Avropanın 10 ölkəsini əhatə edəcək "Defender 23" hərbi təliml
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onun dəvəti ilə Türk
Aktrisa Ülviyyə Xəlilbəyli daha bir paylaşımı ilə gündəmə gəlib.
Rusiya müttəfiq olaraq Belarusa təhlükəsizlik zəmanəti verməyi nəzərd�
O, bu günlərdə "Veda məktubu" serialındakı Alanur obrazıyla qar