Stadion, yoxsa əkin sahəsi?
Digərləri 05 Apr 2023 05:26:00 290 0
Tarixi komandalarımızdan olan "Kəpəz"in doğma meydanı artıq doğmalıqdan çıxıb. Təmirsiz stadion, bərbad vəziyyətdə olan oturacaqlar və baxımsız qalmış ot örtüyü bunu deməyə əsas verir.
Bu xəbəri də oxu: Təyyarədən sağ çıxan rusiyalı stüardessanın cəsarətindən danışdı
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda rəqiblərilə oyuna gözükölgəli çıxan "Kəpəz", deyəsən hələ bir müddət də bu vəziyyətlə barışmalı olacaq.
Maraqlıdır ki, "Kəpəz" məhz bu baxımsız vəziyyətdə olan stadionda oynadığı son 6 qarşılaşmada məğlub olmayıb. Bəlkə də Gəncə təmsilçisi acınacaqlı vəziyyətə baxmayaraq, imza atdığı 2 qələbə və 4 heç-heçənin eyforiyasındadır. Amma sual doğuran məqam odur ki, görəsən, bu vəziyyətdən çıxış yolu varmı? Ölkənin ən böyük futbol məktəbi hesab olunan Gəncə şəhərinin komandası bu stadiondan avrokuboklara necə çıxacaq? Ot örtüyü belə bərbad vəziyyətdə olan komandadan görəsən yenidən Yunis Hüseynovlar, Maşallah Əhmədovlar, Vidadi Rzayevlər yetişəcəkmi? Ölkənin ən böyük futbol qurumu olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Gəncə şəhər stadionunun real vəziyyətini nə vaxt görəcək?
Qeyd edək ki, kifayət qədər legionerin də çıxış etdiyi "Kəpəz" klubunun bu utancverici vəziyyətdən xilas olmasını rəqib komandaların azarkeşləri də istəyir. Ən azından normal meydandan yaxşı mübarizə izləmək üçün.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) gələn il Ay
Türkiyədə fevralın 6-da baş verən zəlzələ zamanı çay yataqlarında ci
Müğənni Natavan Həbibi instaqramda paylaşımı ilə diqqət çəkib.
Moldova istilik mövsümündə yaşanan problemlərlə əlaqədar Avropanın &qu
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizeri
NATO müttəfiqləri indiyə qədər Ukraynaya 150 milyard avroya yaxın yardım
Gəncə şəhərində 1994-cü il təvəllüdlü Ayaz qısqanclıq zəminində y
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Manhettendəki məhkəmədə hakim qar
Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek ölkəsinin Ukr
Azərbaycanda tanınmış geyim mağazalarının sahibi Mustafa Tayatla həyat y
Ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi
Görkəmli tərcüməçi, filoloq Vilayət Hacıyev sabah "Qurd qapısı&qu
ABŞ hakimiyyəti keçmiş prezident Donald Trampın həbsi ilə bağlı mümkü
Rusiyalı hərbi müxbir Vladlen Tatarskinin qətlinə görə məsuliyyəti &quo