Xarakterik kino qəhrəmanları ilə yaddaşlarda yaşayan aktyor
Kriminal 04 Apr 2023 21:03:00 301 0
Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür
Bu xəbəri də oxu: Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Xalq artisti Muxtar Maniyevin milli kinomuzun inkişafında müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan kino sənətinin tanınmış simalarından biri olan Muxtar Maniyevin anadan olmasının 88-ci ildönümü tamam olur.
Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 nömrəli məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsilin ardınca gedib.
Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hadisələr "Neft Daşları"nda cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olub. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanıb ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir. Bir aktyor kimi M.Maniyevin konkret ampluası yox idi, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir.
Xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığın
Bu ilin fevral ayının əvvəlində ABŞ üzərində görünən Çin hava şar�
Türk memar Cihad Önərlə ailə quran azərbaycanlı model Pərvin Həsənzad�
Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanl
Azərbaycan ərazisi minalarla çirklənmiş ölkələr arasında ilk yerləri t
Türkiyənin Bolu vilayətində balıqçı qayığı göldə batıb.
İndiana Cons silsiləsindən beşinci filmin premyerası Kann Kino Festivalınd
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyy
Çində 7 yaşlı uşaq birlikdə oynadığı qonşusunu dərinliyi 5 metr olan
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili "Togg" Azərbaycan
"Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etib
Sabunçu rayonu, Maştağa qəsəbəsinin küçələrini yağış suları basıb
"Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqs