Ermənistanın keçmiş XİN rəhbəri istintaqa çağırıldı
Dünya 04 Apr 2023 21:40:00 295 0
Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan 44 günlük müharibənin şərtlərini aydınlaşdırmaq üçün parlamentin təhqiqat komissiyasına dəvət olunub.
Bu xəbəri də oxu: Qazaxıstan aviaşirkəti Rusiyaya uçuşları dayandırdı
Son.az musavat.com-a istinadən bildirir ki,bu barədə parlamentin istintaq komissiyasının rəhbəri Andranik Köçəryan məlumat yayıb.
O, keçmiş nazirin 44 günlük müharibənin şərtlərini araşdıran parlament istintaqına cəlb olunduğunu bildirib. Köçəryanın sözlərinə görə, baş nazir Nikol Paşinyan da komissiyaya dəvət oluna bilər. O qeyd edib ki, artıq böyük həcmdə məlumat toplanıb. Bütün bu informasiyalar təhlil olunacaq və bu təhlilin nəticələrinə əsasən komissiya "nə üçün hər şey belə baş verib" barədə nəticə çıxaracaq.
Zöhrab Mnatsakanyan noyabrın 9-dan əvvəl müharibəni dayandırmağın mümkün olub-olmadığı sualına cavab verməkdən imtina edib. Köçəryanın sözlərinə görə, komissiya hələ öz işini başa çatdırmayıb, bundan sonra hələ öyrənilməli və təhlil edilməli çox şey var. "Biz belə bir ehtimalın olub-olmadığını, bu ehtimalın yalnız Ermənistandan asılı olub-olmadığını və daha çox şeyləri öyrənəcəyik", - deyə Köçəryan bildirib.
Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirmək istədiyini söyl
Daşınmaz əmlakın alınmasına görə bu günə qədər 5 milyon manatdan art
Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür
Xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığın
Bu ilin fevral ayının əvvəlində ABŞ üzərində görünən Çin hava şar�
Türk memar Cihad Önərlə ailə quran azərbaycanlı model Pərvin Həsənzad�
Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanl
Azərbaycan ərazisi minalarla çirklənmiş ölkələr arasında ilk yerləri t
Türkiyənin Bolu vilayətində balıqçı qayığı göldə batıb.
İndiana Cons silsiləsindən beşinci filmin premyerası Kann Kino Festivalınd
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyy