Bu dəfə Müşviq “Cinemazadeh”i məhkəməyə verdi
Şou-biznes 04 Apr 2023 18:17:00 278 0
Aktyor Müşviq Şahverdiyevlə tanınmış film istehsalçısı "Cinemazadeh"in direktoru Cəfər Axundzadə arasındakı qalmaqal daha da böyüyüb. Belə ki, Müşviq şirkəti məhkəməyə verib.
Bu xəbəri də oxu: "Sizə ayıb olsun, biz belə etmədik" FOTO
Son.az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Kommersiya Məhkəməsində ilkin iclas keçirilib və şikayətə baxılıb.
Məsələ ilə bağlı M.Şahverdiyev Axşam.az-a açıqlama verib. O bildirib ki, qarşı tərəfdən 21 min manat təzminat tələb edir:
"Ofis işi" serialı ilə bağlı biz də həmin şirkəti məhkəməyə verdik. Pulumuzu tam ödəməyiblər. Bir illik müqavilə imzalanmışdı. 3 ay pul verdilər, qalan qonorarı ödəmədilər. 21 min manat mənə borcu var. Uzunmüddətli serial olmalı idi, amma az çəkildi. Bu gün işə baxıblar, məhkəmə aprelin 20-də olacaq".
Aktyor "Cinemazadeh" şirkətinə bundan əvvəlki məhkəmədə uduzması məsələsindən də danışıb. O bildirib ki, hazırda sənədlər toplayır və iki gündən sonra apellyasiya məhkəməsinə müraciət edəcək:
"Bəzi məsələlər var, sənədlər hazırlanır, iki günə apellyasiya məhkəməsinə işi verəcəyik. Qarşı tərəflə danışmamışıq, onlarla işim yoxdur. Məni haqsız yerə məhkəməyə veriblər. Hakimlə və digər işlərlə bağlı bir çox gizli məqamlar var. Məhkəmə bitsin, qərara baxacam və hər şeyi danışacağam. Apellyasiya məhkəməsini uduzsam, ali Məhkəməyə müraciət edəcəyəm. Onlar heç bir dəlil göstərmədi, amma qalib gəldi. Bu, nə qədər ədalətlidir? Təsəvvür edin, məhkəmədə deyirlər ki, zəng vurduq gəlmədi. Bunu sübut edəcək dəlilləri belə yoxdur və hakim onlara inanır. Mənim isə dəlillərimi qəbul etmədilər".
Qeyd edək ki, şirkət aktyordan 90 min manat təzminat tələb edir. Şirkət Müşviqlə filmə çəkilməsi üçün müqavilə imzaladığını, aktyorun isə çəkilişlərə gəlmədiyini iddia edib.
Ötən il dünyanın ən gözəl qadını seçilən holland əsilli amerikalı s
"New York Times" (NYT) "Twitter" sosial şəbəkəsində &q
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İnam Kərimovun Kənd təsər
"ABŞ dekarbonizasiya və "yaşıl enerji"yə keçidlə bağlı t
Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək h�
İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı
Türkiyənin Düzce vilayətində ata 14 yaşlı oğlunu maşınla qaçırmağa
Son günlər sosial şəbəkələrdə Bakıdakı 3 saylı Uşaq evində tərbiy�
90-cı illərin unudulmaz adlarından olan Küçük Onurun yeni fotoları yayıl
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ilk yerli elektromobili
"Mənə demişdilər ki, səndən aktyor olmaz. Bir müddət teatrlarda mə
Qubada qadın müəllimin direktor müavini ilə dalaşdığı üçün özün�