3 saylı uşaq evində nə baş verir? Müəssisənin müdiri bütün məqamları açıqladı
Digərləri 04 Apr 2023 17:07:00 283 0
Son günlər sosial şəbəkələrdə Bakıdakı 3 saylı Uşaq evində tərbiyə alan 17 yaşlı Məhəmməd Hacıyevlə bağlı də müəyyən məlumatlar yayılır. M. Hacıyevin açıqlama verməsi, uşaq evindəki vəziyyətlə bağlı ittihamlar səsləndirməsi cəmiyyətdə müəyyən çaşqınlıq yaradıb.
Bu xəbəri də oxu: Məşhur türk astroloq 2 həftə əvvəl qəzaya işarə edibmiş
Trend-in çəkiliş qrupu məsələ ilə bağlı sözügedən uşaq evində olub, uşaq evindəki vəziyyətlə maraqlanıb.
Çəkiliş qrupumuz ilk növbədə uşaq evinin mətbəx və yeməkxanasında olub, yeməklərin keyfiyyəti ilə maraqlanıb, müəssisədə uşaqlara yaradılmış şəraitlə tanış olub.
Müəssisədəki uşaqlar və tərbiyəçilərdən Məhəmməd Hacıyevin sosial şəbəkələrdəki ittihamları barədə soruşduq.
Məlumat verildi ki, 2006-ci il təvəllüdlü Məhəmməd Haciyev müəssisədə qaldığı dövrlərdə dəfələrlə uşaq evinin intizam qaydalarını kobud şəkildə pozsa da, tərbiyəçiləri onun uşaqlarla münasibətini düzəltməyə cəhd edib. Lakin o müəssisədəki digər uşaqlara şiddət göstərib. Dəfələrlə onun oğurluq halları aşkarlanıb, uşaq evində siqaret və qəlyan çəkməklə digər kimsəsiz uşaqları da bu yola çəkməyə cəhd edib. Məhəmməd Hacıyevin uşaqlıqdan müəyyən psixi problemləri olduğundan o 2020-ci ildə Respublika Psixiatriya Xəstəxanasında (emosiya və davranışın pozuluşu diaqnozu ilə) müalicə olunub. Amma o tam müalicə kursu keçməyib və yenidən uşaq evinə qaytarılıb.
2018-ci ildə M. Hacıyev bir ailə tərəfindən övladlığa gotürülsə də, bir müddət sonra ailə ondan imtina edib. Ailə 2020-ci ildə M. Hacıyevdən məhkəmə qaydasında imtina edərək yenidən uşaq evnə qaytarıblar. Buna səbəb Məhəmməd Hacıyevin ailə daxilində özünü apara bilməməsi və digər qanunazidd əməllər törətməsi olub. 2021-ci ildə Məhəmmədlə birlikdə həmin uşaq evində böyümüş doğma qardaşı Əli onu müəssisədən götürərək öz evinə aparsa da, bir müddətdən sonra eyni səbəblərdən uşaq evinə qaytarıb.
Son dəfə martın 19-da Məhəmməd Hacıyev növbəti dəfə uşaq evindən qaçaraq Biləsuvar rayonuna getmiş, 2 gün sonra isə geri qaytarılıb.
90-cı illərin unudulmaz adlarından olan Küçük Onurun yeni fotoları yayıl
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ilk yerli elektromobili
"Mənə demişdilər ki, səndən aktyor olmaz. Bir müddət teatrlarda mə
Qubada qadın müəllimin direktor müavini ilə dalaşdığı üçün özün�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə
Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis təy
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının
Maqnit qasırğaları sağlamlıq üçün potensial təhlükələrdir. Onlar Yer
"Ötən gün həmkarlarım mənə bir anons videosunu göndərərək bildir
"Uzbekistan Airways" Azərbaycanın paytaxtına reyslərin tezliyini a
Rusiyanın gələcəyi Ukraynadakı müharibənin gedişindən asılıdır.
Məşhur meyxanaçı Rəşad Dağlının səhhəti ilə bağlı məlumat verilib
İran daha da qızışır. Azərbaycan soyuqqanlılığını qoruduqca, molla r