Finlandiya NATOya rəsmi üzv oldu
Dünya 04 Apr 2023 15:05:00 307 0
Finlandiya NATO-ya rəsmi üzv olub.
Bu xəbəri də oxu: İsrailin "ElAl" aviaşirkəti Moskvaya bütün reysləri ləğv etdi
Son.az "Report"a istinadən xəbər verir ki, Finlandiyanın Alyansa qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib.
Finlandiya NATO-ya İsveçlə birgə daxil olmaq niyyətində olsa da, Stokholm Ankaranın Türkiyədə terrorçuluqda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın Alyansa girişini əngəlləməkdə davam edir.
Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir.
Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa üzv olmaq qərarına gəlib.
İsveç də NATO-ya üzv olmaq üçün ərizə verməklə uzunmüddətli neytrallıq öhdəliyindən imtina edib. Rusiyanın Ukraynaya təcavüzü 1949-cu ildə sovet təhlükəsindən müdafiə məqsədilə yaradılan Şimali Atlantika Müqaviləsi Təşkilatına yeni təkan verib.
ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövründə Əfqanıstandakı uğursuzluqlar və daxili ixtilaflardan, eyni zamanda Fransa Prezidenti Emmanuel Makronun NATO-nun "beyinləri ölür" iddialarından və Çinin artan ambisiyalarından sonra Rusiyanın işğalı durğunluqda olan ittifaqın özünəgüvənini, deyəsən, qaytarıb. Finlandiyanın NATO-ya qəbulu hansı dəyişiklərə yol açacağı məsələsinə gəldikdə, demək olar, çox şey yerində qalacaq. Köklü yeniliklər olmayacaq: Finlandiya 1994-cü ildə NATO-nun rəsmi tərəfdaşı olub, Alyansın orduları ilə sıx əlaqə saxlayır, onun bütün texniki və institusional tələblərinə cavab verir.
Əsas dəyişiklik Şimali Atlantika Müqaviləsi üzrə NATO-nun bir dövlətinə hücumu bütün alyansa hücum kimi qiymətləndirən beşinci maddədir.
"Prezident Putinin ən mühüm siqnallarından biri... NATO-nun daha da genişlənməsinə qarşı olması idi. O, daha kiçik bir NATO istəyirdi. İndi prezident Putin öz sərhədlərində daha çox NATO əldə etmiş oldu", - NATO-nun Baş katibi Stoltenberq qeyd edib.
Şübhəsiz ki, Baş katibin fikirləri mübahisə olunmazdır: Finlandiya ilə Rusiya arasındakı quru sərhəd 1 300 km-dən çoxdur. Üstəlik, məhz Finlandiya ilə həmsərhəd ərazilərdə Rusiyanın qitələrarası ballistik raketlərinin strateji bazaları və Şimal Donanmasının bazaları cəmləşib.
Bundan başqa, bu bazaların təminatı bir dəmir yolu xətti və bir magistral yolu ilə gerçəkləşdirilir. Bu, Alyansın qüvvələrinə bu təchizat xəttini təqribən 500 km məsafədə istənilən yerdə kəsmək üçün nəzəri imkan verir. 2022-ci ilin yanvarında Moskva NATO-dan Şərqə doğru genişlənmədən imtina etməyi, keçmiş sovet ölkələrini, o cümlədən Ukraynanı alyansa qəbul etməməyi, onlarla hər hansı hərbi əməkdaşlıqdan vaz keçməyi, həmçinin NATO qoşunlarını Mərkəzi və Şərqi Avropa, həmçinin Baltikyanı ölkələrin hələ Alyansa qoşulmadığı 1997-ci ildəki mövqelərə qaytarmağı tələb edib. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əks-effekt verdi.
Bununla belə, Rusiyanın baş verənlərə reaksiyası gözləniləndən daha sakit olub. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasına Rusiyanın cavabı alyansın infrastrukturunun genişlənməsindən asılı olacaq. Putinin sözlərinə görə, "heç nədən problemlər yaradılsa da", Rusiyanın Ukraynadan fərqli olaraq İsveç və Finlandiya ilə "problemi yoxdur".
"Bizim nə Finlandiya, nə də İsveçlə ərazi mübahisəmiz var, halbuki Ukrayna potensial olaraq NATO-ya üzv ola bilər və o zaman Rusiya ittifaqda olan dövlətlə ərazi mübahisəsi yaşayar ki, bu da bütün qitə üçün nəhəng risklər daşıyır", - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.
Ekspertlərin fikrincə, Putin üçün NATO həmişə hərbi-strateji yox, mahiyyətcə geosiyasi-tarixi problem olub. Belə ki, Putin NATO-nun Rusiyanın təsir məkanı və ya "tarixi" saydığı ərazilərdə (hazırkı dönəmdə söhbət başda Ukrayna olmaqla Gürcüstan və Moldovadan gedir) genişlənməsini qəbuledilməz hesab edir. Bununla belə, mütəxəssislərin qənaətincə, Rusiya liderini hərbi blokun Qərb daxilində genişlənməsi o qədər də narahat etmir.
Son.az
Macarıstan və Rumıniya Azərbaycanın təbii qazına ümid edirlər.
Ölkəmizdə səfərdə olan "Baykar" şirkətinin texniki direktoru S
Müğənni Mətanət Əsədova özünü ona bənzədən məşhurlar haqda sərt
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasını
Qarabağda erməni sakin özlərinin basdırdığı minaya düşüb.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi yollarda baş verən bədbəxt hadis
Xalq artisti Röya Ayxan dələduzluğa məruz qalıb.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
"Paytaxtın Nəsimi rayonunda özünü körpüdən atmaq istəyən şəxs x
İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə nami
Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək.