Şimali Makedoniya Azərbaycan qazına bu tarixdə çıxış əldə edəcək
Digərləri 04 Apr 2023 09:58:00 304 0
Azərbaycan qazına çıxış əldə etmək üçün Şimali Makedoniya və Yunanıstan arasında interkonnektorun inşasının 2025-ci ildə tamamlanması planlaşdırılır.
Bu xəbəri də oxu: Qəzada ölən sərnişinlərin və ekipaj üzvlərinin adları açıqlandı
Bu barədə Şimali Makedoniyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Razmena Çekiç-Durovik Trend-ə müsahibəsində deyib.
"Şimali Makedoniya-Yunanıstan qaz interkonnektoru layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə tədqiqat hazırlanıb və müvafiq bütün prosedurlar tamamlanıb. Həmçinin, Ətraf Mühit və Ərazi Planlaşdırılması Nazirliyinin qərarı var. Təməl layihə tamamlanıb və işlənib. 2022-ci ilin sentyabr ayında layihə üzrə Yunanıstandan olan tərəfdaş yekun investisiya qərarı elan olunmazdan əvvəl bazar testini tamamlayıb", - o deyib.
Razmena Çekiç-Durovik Yunanıstanın DESFA və АО NOMAGAS şirkətləri arasında sazişin imzalanacağını qeyd edib.
"Avropa İnvestisiya Bankı (EIB) ilə tikintinin maliyyələşdirilməsi haqqında saziş imzalanıb. Saziş layihənin dəyərinin 50 faizinin maliyyələşdirilməsini təmin edəcək. Layihə tikintisinin dəyərinin 20 faizi isə Qərbi Balkan İnvestisiya Çərçivəsi Təşkilatı (WBIF) çərçivəsində təsdiqlənmiş infrastruktur layihələrinin birgə maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər hesabına qarşılanacaq. Layihənin dəyərinin digər 30 faizi isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdiriləcək", - dövlət katibi açıqlayıb.
O, 2023-cü ilin əvvəlində EIB qaydalarına əsasən tikinti, tikintiyə nəzarət və idarəetmə üzrə tender sənədlərinin hazırlandığını qeyd edib.
"Artıq 15 ildir ki, avtomobil idarə etmirəm. Sürücüm var. Əvvələr
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 nəqliyyat vasitəsi L
Dünya miqyasında neft hasilatının azaldılması qərarı Bakının "qar
Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılm
Rusiyanın Moskva vilayətinin Klin şəhər dairəsində dəhşətli qətlin ü
"Ailə" serialında Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın öpü�
Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, dönüş nöqtəsinə
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
İranla Azərbaycan arasında yaranan hazırkı gərginliyin səbəbləri dünya
Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcə
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Best Place Restaurant - Old C