Oruc niyə xurma ilə açılır?
Digərləri 03 Apr 2023 08:30:00 262 0
Ramazanın ənənəvi təamı olan xurma, demək olar ki, bütün süfrələri bəzəyir. Xurma həm də min bir dərdin dərmanıdır.
Bu xəbəri də oxu: Sabah sükut olacaq
Son.az xəbər verir ki, xurma ilə iftar etmək sünnətlərdən biri sayılır. Eyni zamanda orucu xurma ilə açmaq sağlamlıq baxımından düşündüyünüzdən qat-qat faydalıdır. Birincisi odur ki, xurma qanda şəkərin miqdarını normal səviyyəyə gətirərək şirniyyat ehtiyacını qarşılayır. İkincisi, tərkibində çoxlu vitaminlər olan çox faydalı və liflə zəngin bir meyvədir. Mütəxəssislərin sözlərinə görə, əsl lif mənbəyi olan xurma enerji verir, odur ki, oruc tutan insan kəskin yorğunluq hiss etmir. Çox yüksək qida dəyəri və şirin dadı olan xurma şirniyyat ehtiyacını aradan qaldırmaqla yanaşı, bədəni də uzun müddət tox saxlayır.
Oruc niyə xurma ilə açılır?
Orucu xurma ilə açmağı Məhəmməd Peyğəmbər tövsiyə edib. Ona görə də müsəlman dünyasında Ramazan aylarında xurmaya daha çox üstünlük verilir. Orucu xurma və ya su ilə açmaq dini qayda olmasa da, orqanizmin sağlamlığı üçün çox faydalıdır. Həmçinin sünnət olduğu üçün oruc xurma ilə açılır.
Bütün günü ac qalan orqanizmi birdən-birə ağır yeməklə yükləmək çox zərərlidir. Məhz bu səbəbdən mədəni rahatlaşdırmaq və yumşaltmaq üçün onu su və xurma ilə açmaq faydalı olacaq. Su içmək susuzluğu yatırır, xurma isə tərkibindəki lif sayəsində orqanizmi ehtiyac duyduğu vitaminlərlə təmin edərək qanda şəkərin miqdarını tənzimləyir.
Bundan əlavə, bütün günü ac qalan mədənin ağır qidalara məruz qalması həzm sisteminin ağırlaşmasına səbəb olduğu üçün ağırlıq hissi yaradacaq. Odur ki, yeməyi asan həzm etmək üçün orucu su və ya xurma ilə açmaq ən effektiv yoldur.
Xurma xərçəngə qarşı yüksək səviyyədə qorunma xüsusiyyətinə malik qida olmaqla yanaşı, stressin yaratdığı gərginliyi də aradan qaldırır.
Tərkibindəki yüksək lif qəbizlik problemini aradan qaldırmağa və həzmə kömək edir, oruc tutarkən uzun müddət aclıq səbəbiylə pozulan bağırsaq fəaliyyətini tənzimləməkdə də təsirlidir.
Yüksək antioksidant tərkibi sayəsində xurma immuniteti gücləndirir və bütün orqanizmin fəaliyyətini yaxşılaşdırır. Xurma qaraciyər üçün faydalı qidalar arasındadır.
Xurma orqanizmin qan istehsalını təmin edir. Onda ağciyərlərdən oksigeni bədənin bütün hüceyrələrinə daşıyan hemoqlobin boldur. Bütün hüceyrələrdə əmələ gələn karbon qazını isə toplayaraq ağciyərlərə aparır və karbon qazı xaric olur.
Xurma qan azlığına da yaxşı təsir edir. Bədən müxtəlif səbəblərdən çox az sayda sağlam qırmızı qan hüceyrəsi istehsal etdikdə, anemiya baş verir. Xurma qan azlığına xeyirlidir. (publika.az)
Ermənistanın "Hraparak" nəşri Azərbaycan Ordusunun əsgərləri i
2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üz
Rusiya silahlı bölmələri Baxmutun mərkəzini ələ keçirib.
Ramazan ayında imsak xüsusilə əhəmiyyətlidir və bu zaman vitaminli qidala
"Amerika Geofizika İttifaqı"nın alimləri müəyyən ediblər ki, k
Böyük fransız yazıçısı, dramaturq Viktor Hüqo deyib ki, "Ana ona ə
Salyan rayonunda yanğın zamanı yanıq xəsarətləri alan iki qardaşdan biri
On bir ayın sultanı olan Ramazan ayında oruc tutmağın insan sağlamlığı
Sərhəddəki danışıqlarda Azərbaycan və Ermənistan nümayəndələri ilə
Sankt-Peterburqdakı kafedə baş verən partlayışda xəsarət alanların say�
London Kral Kollecinin alimləri ruhi xəstəlikləri olan insanların bədənin
Sankt-Peterburqda hərbi jurnalist Vladlen Tatarskini qətlə yetirməkdə şüb
Ramazan ayını sağlam keçirmək üçün imsak və iftarda yediyiniz qidalara
"Cozef Baydenin səfiri Kamal bəylə görüşüb. Ayıb olsun, başınızl