XankəndiLaçın yolu: ekofəallar nəqliyyatın hərəkətinə maneə törətmədən aksiyanı davam etdirirlər


Siyasət 01 Apr 2023 23:49:00 342 0

XankəndiLaçın yolu: ekofəallar nəqliyyatın hərəkətinə maneə törətmədən aksiyanı davam etdirirlər

Xankəndi-Laçın yolu: ekofəallar nəqliyyatın hərəkətinə maneə törətmədən aksiyanı davam etdirirlər  Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hazırda müşahidə olunan soyuq hava şəraitinə baxmayaraq, ruh yüksəkliyi ilə davam edir.

Son.az "Report"a istinadən verir ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Gün ərzində Şuşaya fasilələrlə qar yağıb. Hazırda şaxtalı hava şəraiti hökm sürür və havanın temperaturu -1 dərəcəni göstərir. Buna baxmayaraq, aksiya iştirakçıları axşam saatlarında da yüksək fəallıq nümayiş etdirir və tələblərini irəli sürürlər.

Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Aksiya dinc etirazçıların nümayiş etdirdiyi yüksək əhvali-ruhiyyə ilə davam edir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıblar və onlar dəyişməz olaraq "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Bu gün yolda Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 90-dan çox nəqliyyat vasitəsi maneəsiz hərəkət edib.

Bu da aksiya keçirilməsinə baxmayaraq, yolun humanitar məqsədlər üçün açıq olduğunun göstəricisidir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və 111 gündür davam edir.

Özgə Ulusoyun bu FOTOsu müzakirə yaratdı like
  • 01 Apr 23:44  
Şou-biznes Özgə Ulusoyun bu FOTOsu müzakirə yaratdı

Türkiyəli aktrisa Özgə Ulusoyun son paylaşımı müzakirələrə səbəb ol

arrow Ətraflı
ABŞda tornado nəticəsində 18 nəfər ölüb like
  • 01 Apr 23:40  
Dünya ABŞda tornado nəticəsində 18 nəfər ölüb

ABŞ-da baş vermiş tornadoda ölənlərin sayı yenidən artıb.

arrow Ətraflı
İdmansız arıqlamağın ən yaxşı yolu like
  • 01 Apr 23:36  
Digərləri İdmansız arıqlamağın ən yaxşı yolu

Diyetoloq Oksana Kovılkinanın sözlərinə görə, müxtəlif və balanslaşd�

arrow Ətraflı
Ermənilərin darmadağın olduğu like
  • 01 Apr 23:30  
Siyasət Ermənilərin darmadağın olduğu

"Aprel döyüşləri 22 illik fasilədən sonra Azərbaycan Ordusunun sür�

arrow Ətraflı
Zelenski Makronla telefon danışığı aparıb like
  • 01 Apr 23:25  
Dünya Zelenski Makronla telefon danışığı aparıb

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telef

arrow Ətraflı
Ürək sağlamlığının QIZIL QAYDASI like
  • 01 Apr 23:20  
Digərləri Ürək sağlamlığının QIZIL QAYDASI

Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin s

arrow Ətraflı
Nəriman Nərimanovun HEYKƏLİ SÖKÜLDÜ: like
  • 01 Apr 23:09  
Digərləri Nəriman Nərimanovun HEYKƏLİ SÖKÜLDÜ:

Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisində olan

arrow Ətraflı
Həyat yoldaşını itirən kişilər daha tez dünyasını dəyişir like
  • 01 Apr 23:03  
Digərləri Həyat yoldaşını itirən kişilər daha tez dünyasını dəyişir

Həyat yoldaşını itirmək kişilər üçün ölümcül ola bilər.

arrow Ətraflı
İran Azərbaycana like
  • 01 Apr 23:00  
Siyasət İran Azərbaycana

İran Azərbaycana etiraz notası verib.

arrow Ətraflı
Şahin Bağırov rəisi buna görə like
  • 01 Apr 22:54  
Digərləri Şahin Bağırov rəisi buna görə

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyy

arrow Ətraflı
Bu addım Prezident tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir  Elçin Mirzəbəyli like
  • 01 Apr 22:50  
Siyasət Bu addım Prezident tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir Elçin Mirzəbəyli

Medianın vergilərdən azad olunması Prezident İlham Əliyev tərəfindən me

arrow Ətraflı
Oruc tutanlar nə qədər su içməlidir? like
  • 01 Apr 22:46  
Digərləri Oruc tutanlar nə qədər su içməlidir?

Oruc tutarkən düzgün su istehlakı bədənin maye balansını qoruyarkən gü

arrow Ətraflı
"Evim, maşınım var, nə edirəm kişini" like
  • 01 Apr 22:39  
Şou-biznes "Evim, maşınım var, nə edirəm kişini"

"Nə üçün insanlar hədsiz gözəl olmaq istəyir? Eybəcər adam var? M

arrow Ətraflı
Bakıda sökülən qəzalı binaların like
  • 01 Apr 22:34  
Digərləri Bakıda sökülən qəzalı binaların

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının

arrow Ətraflı