Şimalın ifşa olunan planı:


Kriminal 30 Mar 2023 22:56:00 275 0

Şimalın ifşa olunan planı:

Bu günlərdə milyarder Fərhad Əhmədovun ikinci səs yazısı yayıldı.

Mİlli.Az lent.az-a istinadən xəbər verir ki, Fərhad Əhmədovun tanınmış prodüser İosif Priqojinlə səs yazısı böyük rezonans doğurdu. Fərhad Əhmədov səs yazısında Rusiyanın hazırkı hakim elitasını və birbaşa Rusiya Prezidenti Vladimir Putini tənqidlərə məruz qoyur. Lakin bu səs yazısı bir çox suallar doğurur. İlk sual da budur: məqsəd Rusiyanın çoxdan əl altında hazır saxladığı "Əhmədov proyekti"nə yeni nəfəs verməkdirmi? Əks halda, Rusiya indiki şəraitdə onun strateji hədəfləri, ordusu və hakimiyyətini tənqid edən, özünü rusiyalı kimi göstərən bu adama qarşı hövsələ nümayiş etdirməz...

Fərhad Əhmədov kimdir?

Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb və orada Moskva Veterinar Akademiyasını, daha sonra isə Qubkin adına Neft Qaz Universitetində aspirantura bitirib.

Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Məhz bunun sayəsində o, 1987-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, "Tansley Traiding" şirkətini yaradıb. Və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.

Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan "Nordqaz" şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Çox maraqlıdır ki, 1990-cı illərin sonlarında məhz F. Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar investisiya cəlb edir, 1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir.

Diqqət çəkən bir məqam var: Rusiyanın "Qazprom" şirkəti bu ölkədə hasilatla məşğul olan özəl şirkətlərı sıradan çıxartmaq prosesinə  başladı. Həmin vaxt bir çox iş adamı ya öldürüldü, ya həbs olundu, ya da öz varidatını "Qazproma" verməyə məcbur oldu. Maraqlıdır ki, uzun-uzadı məhkəmə proseslərinə baxmayaraq,  Fərhad Əhmədova ciddi təzyiq göstərilmədi. O,   "Nortqaz"ın 51% aksiyasının "Qazproma" verdi və yenə də biznesinə davam etdi. 

Fərhad Əhmədovun bu prosesdən belə asanlıqla yaxa qurtarması çox təəccüblü idi. Bir çoxları həmin vaxt bunun səbəbini Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə izah etdilər. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da "Qazprom"a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə etdi.

Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, "özü özünə borclu olan" bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü. 

Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.

Fərhad Əhmədovun siyasi iddiaları...

Fərhad Əhmədovun himayəçiləri ondan istifadə eləmək üçün ona siyasi arenada da rol verdilər. O, 2004-cü ildə Krasnodar vilayətinin, 2009-cu ildə isə Nenes Muxtar Dairəsinin RF Federasiya Şurasındakı nümayəndəsi oldu.  2007-2011-ci illərdə AŞPA-da Rusiya nümayəndə heyətinin tərkibinə də daxil edildi...

Fərhad Əhmədovun Azərbaycana gəlişi

Fərhad Əhmədov 2006-cı ildə Azərbaycanda ilk konserv zavodunu aldı. O, AZNAR şirkətini təsis edəndə iş adamı ilə yanaşı artıq siyasi, ictimai əlaqələri olan şəxs kimi də tanınırdı. 

Fərhad Əhmədov Azərbaycanda öz fəaliyyətini "pullu dostluq əlaqələri" qurduğu media vasitəsilə vətənpərvər bir insanın doğma  Vətəninin inkişafına öz töhfəsini vermək istəyi kimi təqdim etdi.  Heyvandarlıq, balıqçılıq, arıçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələrinə də böyük pullar yatıran iş adamının başqa niyyətlərindən cəmiyyətimizin xəbəri ola bilməzdi.

Amma çox keçmədi ki, saytlara və tanınmış adamlara pul və hədiyyə verməyi sevən Fərhad Əhmədovun bu sayədə qazandığı "uğurlu iş adamı" imicinin yanında onun  yüzlərlə işçinin əmək haqqını verməməsi xəbərləri dolaşmağa başladı.

Şimal qonşumuzun layihəsi...

Fərhad Əhmədov isə Azərbaycana "missiya" ilə gəlmişdi. O, Rusiyanın vaxtilə Gürcüstanda tətbiq etdiyi Bdzina İvanişvili layihəsinin azərbaycansayağı variantı idi. Təsadüfi deyil ki, Fərhad Əhmədov qısa zamanda bəzi rüşvətxor məmurları ələ ala bildi. Məqsəd isə Azərbaycan vətəndaşlığına sahiblənmək istəyi idi. O, bu yolda ciddi irəliləyiş etdi. Məhz siyasi hakimiyyətin sayıqlığı Fərhad Əhmədovun bu məsələdə bacarıqlı olmasının qarşısını aldı.

Amma Əhmədov həvəsdən düşmədi. O,  bizneslə yanaşı mədəniyyət, media, ictimai əlaqələr, idman, hətta hərbi sahəyə də nüfuz etməyə bacardı. Müxtəlif sahələrə pul xərcləməklə "xeyriyyəçi" kimi tanınmağa çalışdı. Bəzi media orqanlarını ödənişli əsaslarla ələ almağı bacardı və həmin media vasitələrində ona verilmiş tapşırıqlara uyğun olaraq Rusiyanın təbliğatını həyata keçirdi. Bu mənada Vətən Müharibəsi ərəfəsində Fərhad Əhmədovun hərbi əməliyyatların ciddi faciələrə yol açacağı, bölgəyə fəlakət gətirəcəyi barədə iddiaları da onun ideyalarının hansı istiqamətdən yönəldildiyini aydınca göstərirdi.

Fərhad Əhmədov təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da media sahəsində geniş əlaqələr qurmağı bacarmışdı. Məlumata görə, Rusiyalı politoloq Maksim Şevçenko  və bir sıra digər şəxslərlə onun yaxın əlaqələri var və bu adamlar Əhmədov tərəfindən maliyyələşdirilir. Lazım olanda, F. Əhmədov maliyyələşdirdiyi media orqanlarında həmin ekspertlər vasitəsilə Azərbaycan ictimaiyyətini yalan mesajlar ötürür və ictimai rəyi çaşdırmağa çalışırdı.

Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə məşhur piano gecələri  Əhmədovun bu sahədə də özünə yer elədiyini aydın göstərdi. Adətən, belə gecələrin iştirakçıları bahalı hədiyyələrlə yola salınırdı...

"Sənə qovuşacağım günü gözləyirəm" like
  • 30 Mar 22:48  
Şou-biznes "Sənə qovuşacağım günü gözləyirəm"

"Sənsiz keçən 57 bomboş gün! Toyumuzdan 21 gün keçmişdi. Dedi ki, s

arrow Ətraflı
Öz bədənini yeyən qadın: like
  • 30 Mar 22:44  
Digərləri Öz bədənini yeyən qadın:

İngiltərədə qadın doğuşdan sonra qadın öz plasentasını dondurub, sonr

arrow Ətraflı
Reperin azyaşlı oğlu like
  • 30 Mar 22:35  
Şou-biznes Reperin azyaşlı oğlu

Amerikalı məşhur reper Flou Raydanın 6 yaşlı oğlu pəncərədən yıxıl�

arrow Ətraflı
Dizlərdə su niyə yığılır? like
  • 30 Mar 22:30  
Digərləri Dizlərdə su niyə yığılır?

Diz oynaqlarında toplanan maye, yəni su insan orqanizmi üçün təhlükəlidi

arrow Ətraflı
55 min il əvvəl Yerə düşən meteoritdən çanta hazırlandı – like
  • 30 Mar 22:26  
Digərləri 55 min il əvvəl Yerə düşən meteoritdən çanta hazırlandı –

Fransız moda brendi "Coperni" 55 min il əvvəl Fransanın cənubuna

arrow Ətraflı
Cavanşir Məmmədovun ekskürəkəninə HÖKM OXUNDU like
  • 30 Mar 21:57  
Kriminal Cavanşir Məmmədovun ekskürəkəninə HÖKM OXUNDU

Binəqədi Rayon Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı

arrow Ətraflı
Həm ömür uzadan, həm də arıqladan like
  • 30 Mar 21:53  
Digərləri Həm ömür uzadan, həm də arıqladan

Həm ömür uzadan, həm də sağlam şəkildə arıqladan "Aralıq dənizi

arrow Ətraflı
Roma Papasının vəziyyəti açıqlandı like
  • 30 Mar 21:48  
Dünya Roma Papasının vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Roma Papası Fransiskin vəziyyəti yaxşılaşma

arrow Ətraflı
147 min insan orduya çağırılır like
  • 30 Mar 21:42  
Dünya 147 min insan orduya çağırılır

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə yaz çağırışı ilə bağl�

arrow Ətraflı
Alzheimer xəstəliyinin qarşısını almağın yolu tapıldı like
  • 30 Mar 21:37  
Digərləri Alzheimer xəstəliyinin qarşısını almağın yolu tapıldı

Heksokinaza-2-nin bloklanması beyində neyrodegenerativ zülalların təmizlən

arrow Ətraflı
Molla rejimi deputata yox, özünə like
  • 30 Mar 21:34  
Siyasət Molla rejimi deputata yox, özünə

Azərbaycana düşmən kəsilmiş İran mümkün olan bütün vasitələrə əl

arrow Ətraflı
"SEPAHın Qüds qüvvələrini ciddi şəkildə hədəfə almalıyıq" like
  • 30 Mar 21:31  
Dünya "SEPAHın Qüds qüvvələrini ciddi şəkildə hədəfə almalıyıq"

"SEPAH-ın Qüds qüvvələrini ciddi şəkildə hədəfə almalıyıq"

arrow Ətraflı
Ramazanın 9cu gününün duası like
  • 30 Mar 21:26  
Digərləri Ramazanın 9cu gününün duası

Sabah Ramazan ayının doqquzuncu günüdür.

arrow Ətraflı
Trombozun qarşısının alınmasının effektiv YOLU AÇIQLANDI like
  • 30 Mar 21:21  
Digərləri Trombozun qarşısının alınmasının effektiv YOLU AÇIQLANDI

Trombozun qarşısını almaq üçün mütəmadi olaraq fiziki fəaliyyəti saxl

arrow Ətraflı
Blinken ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb like
  • 30 Mar 21:17  
Dünya Blinken ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.

arrow Ətraflı