Müdafiə Nazirliyindən İrana cavab
Siyasət 30 Mar 2023 19:46:00 241 0
Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir.
Bu xəbəri də oxu: Monteneqro Parlamentinin sədri Azərbaycana başsağlığı verib
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) açıqlamasında deyilir.
"İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir.
K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya "sionist" qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.
K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır", - MN bəyan edib.
Açıqlamada deyilir ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır:
"44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur".
Buryatiyada 34 yaşlı aktyor Artur Şuvalov səhnədə intihara cəhd edib.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və onun sevgilisi, milli pa
Kainatdakı ən böyük və ən ağır qara dəliyin yeri müəyyənləşdirilib
Əməkdar artist Sevda Əliqızı əl işi qabiliyyətini əyani olaraq nümayi�
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin Haaqa
Bolqarıstanda onlarla məktəb bağlanıb və şagirdləri üç gün müddəti
Xalq artisti Ramiz Məlikin səhhətində problem yaranıb.
Belçikalı şəxs "Eliza" adlı süni intellektli çatbotla altı hə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm
İranda azərbaycanlı idmançıya 16 il həbs və 74 şallaq cəzası verilib.
Əməkdar artist Abbas Bağırov Xalq artisti Röya Ayxanın başına oyun açı
Bloqer Nagehan Abdullayeva instaqram səhifəsindəki paylaşımına şərh yaza
Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən
Dərman vasitələrinin ölkəyə gətirilməsi sadələşdirilərək, bürokrat