Sosial şəbəkədə yazdığı təhqir 100 manata başa gəldi
Digərləri 30 Mar 2023 17:34:00 267 0
Bloqer Nagehan Abdullayeva instaqram səhifəsindəki paylaşımına şərh yazan izləyicisindən polisə şikayət edib.
Bu xəbəri də oxu: Putin başsağlığı verdi
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, instaqramda şəkillərinin altından tanımadığı səhifələrdən nalayiq ifadələr yazıblar. Ərizə əsasında profillərin müəyyən edilməsi üçün DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən araşdırma aparılıb. 28 yaşlı Xanım Quliyevanın (şərti ad-soyad) ona qarşı nalayiq ifadələr işlətdiyi müəyyən edilib.
Məlum olub ki, izləyici Nagehanı Türkiyədə zəlzələ baş verən ərəfədə əyləncəli paylaşım etdiyi üçün təhqir edib. İzləyici zəlzələ nəticəsində minlərlə insanın öldüyü halda Nagehan Abdullayevanın əri ilə musiqi qoşub rəqs etdiyi görüntünü paylaşdığını deyib. Buna görə də X.Quliyeva ona qarşı nalayiq ifadələr işlətdiyini bildirib. Qadın əməlindən peşman olduğunu qeyd edib.
İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə Xanım Quliyeva barəsində inzibati protokol tərtib edilib. Protokola Nərimanov Rayon Məhkəməsində baxılıb. X.Quliyeva 100 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, əslən türkiyəli olan N. Abdullayeva azərbaycanlı bloqer Fərid Abdullayevlə ailəlidir. Cütlüyün iki övladı var. N. Abdullayevanın instaqram izləyicilərinin sayı 1 milyondan çoxdur.
Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən
Dərman vasitələrinin ölkəyə gətirilməsi sadələşdirilərək, bürokrat
"1987-ci ildə avqustun 1-də ailə qurdum. Həyat yoldaşım deyirdi ki, f
3 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Könül Xasıye
Azərbaycan demokratik dövlət olduğu üçün kimsə dini inancına görə tə
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiy�
Sosial şəbəkələrdə geniş əks-səda doğuran bu görüntülərdəki yeniy
Xalq artisti Cavan Zeynallı aylar əvvəl dünyasını dəyişən həyat yolda�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yolux
Dində siyasi məqsədlər üçün istifadə edən ölkələr var. Bu təkcə is
Mütəmadi şəkildə din xadimlərinə xüsusi olaraq tapşırılıb ki, əgər
Hazırda bəzi dövlətlərin, o cümlədən, İran rejiminin Azərbaycanda dind
Xəbər verdiyimiz kimi, icazəsiz tikilən obyektlərin, evlərin su, qaz, elek
Xalq artisti Aygün Kazımovanın yaxın qohumu evlənmək üçün canlı efirə