Arvadının yad kişilərlə yataq şəkillərini gördü:


Kriminal 29 Mar 2023 14:45:00 266 0

Arvadının yad kişilərlə yataq şəkillərini gördü:

Bakının Nizami rayonunda 1989-cu il təvəllüdlü Sərxan həyat yoldaşı Nəsibəni (adlar şərti verilib - red.) qətlə yetirib.

Son.az teleqraf.com-a istinadla bildirir ki, Sərxanın rəsmi nikahda olduğu arvadı Nəsibə faktiki olaraq ondan ayrılıb və nənəsi ilə birlikdə yaşayıb. O, 2022-ci ilin sentyabrın 2-də saat 22-23 radələrində birgə nikahdan olan oğlan övladını anasına təhvil vermək üçün həmin ünvana gətirib.

Sərxan Nəsibəni mənzildə tapmayıb. Nəsibənin nənəsindən onun açıq-saçıq geyinməklə mütəmadi olaraq gecə saatlarında evdən getməsi barədə məlumat alıb. Bir qədər sonra Nəsibənin avtomobildən düşüb, mənzilə gəldiyini görüb. Ondan istifadəsində olan "İphone" markalı mobil telefonu alıb və telefona yüklənmiş vatsap sosial şəbəkəsinə baxıb.

Bu zaman Nəsibənin başqa kişilərlə yazışmasına dair mesajları, yarıçılpaq vəziyyətdə fotoşəkil və videogörüntüləri görüb. Mübahisə zamanı qısqanclıq zəmnində ona fiziki zor tətbiq edib. Nəsibənin saçından tutaraq mənzildən çıxarıb, onu binanın həyətinə düşürüb və bir qədər əvvəl gəldiyi avtomobili göstərməsini tələb edib. Nəsibə onun ünvanına qarşı nalayiq ifadələr işlətdikdə bıçaqla qadına zərbələr vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

"Xəbərsiz münasibət saxladım"

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2010-2020-ci illərdə Nərgizlə rəsmi nikah münasibələrində olub və 2 övladı dünyaya gəlib:

"Nərgizlə nikah münasibətlərində olduğumuz dövrdə, 2017-ci ildə Nəsibə ilə təsadüfən Nərimanov rayonunda paltar mağazasında tanış oldum. Nəsibədən xoşum gəldiyini bildirdim. Müsbət cavabdan sonra onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başladıq.

Həmin dövrdə Nərgizlə rəsmi nikahda olduğumdan bir müddət ondan xəbərsiz Nəsibə ilə münasibət saxladım".

"Mənə irad bildirdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nəsibə dünyaya gəldikdən sonra atasını, 17 yaşında isə anasını itirdiyindən yaşlı nənəsi ilə birlikdə yaşayırmış:

"Nəsibəyə köməklik etmək istədim, ona bağlandım. O da eyni formada mənə hörmət edirdi. Bir-birimizə qarşı istəklərimiz qarşılıqlı idi. Bir müddət sonra Nəsibə ilə münasibətlərimiz barədə həmin dövrdə nikahda olduğum Nərgiz xəbər tutdu, mənə irad bildirdi.

Aramızda ciddi problemlər yaranmağa başladı. Nəsibədən ayrılmağımı tələb etsə də, ayrılmadım".

"Bunlarla razılaşmadı"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ilin avqustunda Nəsibə ilə olan qeyri-rəsmi münasibətlərindən oğul övladı dünyaya gəlib: "Nərgiz bütün bunlarla razılaşmadı. Mənimlə nikaha son verilməsi üçün məhkəməyə müraciət etdi, rəsmi surətdə boşandıq.

Bundan sonra Nəsibə ilə daha çox vaxt keçirdim. Nəsibənin də könüllü istəyi, razılığı əsasında 2021-ci ilin yaz-yay aylarında rəsmi nikaha daxil olduq. O, soyadını dəyişdirib, mənim soyadımı qəbul etdi. Bir müddət ona məxsus mənzildə övladımızla birlikdə yaşadıq. Rəsmi nikaha daxil olmazdan əvvəl birlikdə yaşamağımız üçün Xətai rayonunda "Blue Residence" adlanan MTK-dan ev aldıq.

Bir neçə ay əvvəl Nəsibə ilə yaşadığımız mənzili həm Xətai rayonunda onun adına aldığımız evin təmirinə xeyli pul sərf olunduğundan, həmçinin işimdə yaranmış problemlərə görə satdıq. Nəsibəni azyaşlı övladımla birlikdə nənəsin əvvəllər yaşamış olduğu mənzilə köçürdüm".

"Ayrı yaşadıq"

Təqsirləndirilən şəxs bildirib ki, Nəsibə təxminən 6-7 ay həmin ünvanda, o da Suraxanı rayonu, Ramana qəsəbəsində ata-anası ilə yaşayıb: "Azyaşlı övladım da Nəsibə ilə birlikdə qalırdı. Ara-sıra onunla görüşürdüm.

Ayrı-ayrı yaşadığımız dövrdə münasibətlərimiz kəskin formada pisləşdi. Nəsibənin hansı səbəbdən mənə qarşı soyuq davranmasını başa düşmədim. Dəfələrlə ondan bunun səbəbini soruşdum. Nəsibə bunu aramızdakı keçmiş mübahisələrlə əlaqələndirdi. Bəhanələr gətirdi, məndən ayrılmaq istədiyini bildirdi.

Nəsibə hadisədən bir neçə ay əvvəl rəsmi qaydada ayrılmaq üçün Nizami rahyon Məhkəməsinə müraciət etdiyini bildirdi. Hətta dedi ki, Nizami rayon məhkəməsində işə baxılır. Lakin sonradan öyrəndim ki, Nəsibə bunu sadəcə sözlə deyib, məhkəməyə müraciət etməyib. Beləliklə, münasibətimiz daha da pisləşdi və ayrı yaşamağa davam etdik".

"Evdə olmamasından şübhələndim"

Sərxan bildirib ki, sentyabrın 2-də səhər saatlarında Nəsibə vatsapda mesaj yazıb və oğlunu nənəsi ilə birlikdə yaşadığı mənzilə gətirməsini istəyib: "Oğlumu həmin gün günorta həmin ünvana apardım. Oğlumu maşından düşürdüm, Nəsibəyə vatsapda zəng edərək aşağıya düşüb, oğlumu məndən təhvil almasını bildirdim. O, uşağı özüm yuxarı qaldırmağımı, nənəsinə təhvil verməyimi istədi.

Nəsibədən şübhələndim, israrla aşağıya düşməsini tələb etdim. Aşağıya düşmədikdə, onun evdə olmamasını başa düşdüm. Əsəbləşərək oğlumu Suraxanıda yaşadığımıız ünvana geri qaytardım. Oğlum təbiətcə mənə çox bağlı olduğundan, Nəsibə ilə yox, geri qayıdaraq mənimlə qalacağına sevindi".

Əli Əsədov Boris Titov ilə görüşdü like
  • 29 Mar 14:44  
Siyasət Əli Əsədov Boris Titov ilə görüşdü

Martın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Fed

arrow Ətraflı
[Dizayn Hekayəsi] Təməllər: Galaxy S23 seriyası like
  • 29 Mar 14:35  
Digərləri [Dizayn Hekayəsi] Təməllər: Galaxy S23 seriyası

Samsung Electronics-in yeni Galaxy S23 seriyası istifadəçilərə ekoloji, pre

arrow Ətraflı
Fazil Mustafanın xanımı: “Gülləni bədənindən evdə çıxarmışdılar” like
  • 29 Mar 14:34  
Digərləri Fazil Mustafanın xanımı: “Gülləni bədənindən evdə çıxarmışdılar”

Ötən gün yaşadığı evin qarşısında terrora məruz qalan Milli Məclisin

arrow Ətraflı
“Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim like
  • 29 Mar 14:28  
Digərləri “Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim

"Park Cinema"dan yerli və Türk filmlərinə SUPER endirim

arrow Ətraflı
“CinemaPlus”da Türkidmantarixi filmi “TekYürekİmalatı Harbiye” like
  • 29 Mar 14:23  
Kriminal “CinemaPlus”da Türkidmantarixi filmi “TekYürekİmalatı Harbiye”

"CinemaPlus" kinoteatrlarşəbəkəsində30 martdan etibarən Türkiy�

arrow Ətraflı
Ərdoğan: Türkiyəyə hücumlardan əl çəkmirlər like
  • 29 Mar 14:12  
Digərləri Ərdoğan: Türkiyəyə hücumlardan əl çəkmirlər

Türkiyənin dörd yanında siyasi böhranlar, qarşıdurmalar, müharibələr,

arrow Ətraflı
TƏBİBdən Fazil Mustafanın like
  • 29 Mar 14:07  
Digərləri TƏBİBdən Fazil Mustafanın

"Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər

arrow Ətraflı
Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər” like
  • 29 Mar 14:01  
Digərləri Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər”

Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşı

arrow Ətraflı
Ağsu rayonunda yol tikintisinə 7,8 milyon manat ayrılıb like
  • 29 Mar 13:55  
Siyasət Ağsu rayonunda yol tikintisinə 7,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Ağsu rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (

arrow Ətraflı
SON DƏQİQƏ: Tanınmış polkovnikin oğlu SAXLANILDI like
  • 29 Mar 13:17  
Digərləri SON DƏQİQƏ: Tanınmış polkovnikin oğlu SAXLANILDI

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu

arrow Ətraflı
Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır” like
  • 29 Mar 13:10  
Siyasət Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır”

"Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci il aprelin 14-d�

arrow Ətraflı
Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır like
  • 29 Mar 13:06  
Digərləri Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır

Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resur

arrow Ətraflı