Fazil Mustafanı öldürməyi KİM SİFARİŞ EDİB?


Siyasət 29 Mar 2023 11:31:00 241 0

Fazil Mustafanı öldürməyi KİM SİFARİŞ EDİB?

Son günlər paytaxt Bakıdan silah səsinin eşidilməsi adi hala çevrilib. Xüsusilə də son bir ay ərzində bu məsələ xüsusilə gözə girməyə başlayıb. Birdən-birə Azərbaycanda terror cəhdləri və sui-qəsdlərin artması əslində gözlənilən idi. 

İkinci Qarabağ müharibəsindən sonra İslamı erməni sevdasına xərcləyən İran molla rejiminin Bakını divara qısnamaq cəhdləri bitmək bilmir ki, bilmir. Ermənistanın ağır məğlubiyyətinin ardından 10 noyabr üçtərəfli bəyanatını icra etmək məsələsi aktuallaşdığı dəqiqədən bu yana Tehran əlindən gələni edir ki, Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsin, iki ölkə arasında düşmənçilik səngiməsin. 

Ermənistanın sərhədlərini, onun təhlükəsizlik məsələsini özünün qırmızı xətti elan edən İran molla rejimi öncə Azərbaycanla sərhəddə böyük hərbi təlimlərə başladı, ardınca kiberhücumlar, informasiya hücumları başladı, əyalət mollalarından tutmuş rəsmi şəxslərinə kimi hər kəs Cənubdan Azərbaycana hürməyə başladılar. Amma bu cəhdlərinin də mənasız, Azərbaycanı qorxutmaq üçün yetərli olmayacağını görən molla rejimi təhlükəli silahını işə saldı.

Öncə Tehranda Azərbaycan səfirliyinə terror hücumu oldu, - bu günə kimi terror aktına görə rəsmi Tehran ədalətli addımı ilə yadda qalmayıb, - ardınca Azərbaycan sərhədləri üzərində İrana məxsus hərbi təyyarələr uçuş həyata keçirərək Bakını "hər an hücum edə bilərik" təhdidi ilə haqqını tələb etməkdən çəkindirmək üçün diş qıcadı. 

Lakin dövlət başçısı İlham Əliyev son çıxışlarında da istər Ermənistana, istərsə də ona havadarlıq edən dövlət və qüvvələrə mesaj verdi ki, Azərbaycanı bu cür üsullarla, addımlarla qorxuda bilməzsiniz. 

Ötən gün axşam saatlarında millət vəkili Fazil Mustafanın güllələnməsi xəbəri isə ölkəni silkələyən növbəti hadisə oldu. Artıq DTX bu xain hücumu terror aktı da adlandırıb. Çünki bir ölkənin millət vəkilinə qarşı sui-qəsd planı dövlətə qarşı törədilmiş hesab edilir, dövləti təhdid etmək sayılır. 

Bəli, Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğu hər kəsə məlumdur. Bu faktın özü və Fazil bəyin sosial media üzərindən açıq təhdid edilməsi ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ipucları verir.

Bu terrorun icraçıları hələlik məlum olmasa da, - axtarış tədbirləri davam etdirilir, - sifarişçi(lər) demək olar ki, Cənubdan Fazil Mustafanın yerləşdirildiyi xəstəxanaya boylanır. 

Millət vəkili Fazil Mustafaya evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı ilginc iddiaları qüvvətləndirən bir neçə tutarlı detallar gözdən yayınmır:

1. Avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Həm 4 mart 2023-cü ildə "Bravo" hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi bir mesajdır. 

2. Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Belə ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır. Nəzərə alsaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə "Bəzi qonşu dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır" çıxışından saatlar sonra bu hadisə baş verdi, o zaman burada da xüsusi bir mesajn axtarmağa dəyər. Qeyd edim ki, son həftələr DTX xüsusilə xeyli sayda İran casuslarını ifşa etməsi ilə önəmli əməliyyatlar icra edir.

3. Növbəti iddia isə İsraildə səfirliyimizin binasının açılması ilə bağlıdır. Belə ki, XİN başçısı Ceyhun Bayramov dünən İsrailə səfərə yola düşüb, bu gün bu dəqiqələrdə isə artıq səfirliyimizin fəaliyyətə başlaması ilə bağlı rəsmi mərtasimdə iştirak edir.

4. Terror hücumu ilə bağlı ortaya çıxan digər detallar da izin molla rejiminə aid olduğunu qənşərə çıxarır. Tanınmış prodüser Oqtay Əliyevin ölümündən sonra onun faciəvi şəkildə həlak olması ilə bağlı yazılan statuslardan birinin şərh bölməsinə Ramin Vəliyev adlı sosial şəbəkə istifadəçisinin yazdıqları belə düşünməyə əsaslar yaradır. Əslində bu şərhlə adı çəkilən profil sahibinin Fazil Mustafanın güllələnməsindən əvvəl ona sui-qəsd olunacağı ilə bağlı anons verdiyini deyə bilərik.

5. DTX-nın İran casusları ilə bağlı iki gün əvvəl yayımladığı videoda saxlanılan şəxslərin sözlərindən məlum olur ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib. Hədəfdə olan şəxsin ölməsi, yaxud sağ qalması əsas deyilmiş, əsas məqsəd bununla mesajın verilməsi olub.

Bundan saatlar sonra Fazil Mustafaya qarşı sui-qəsd təsadüfi ola bilməz və görünür, saxlanılanlar olsa da, hələ də aramızda casuslar mövcuddur. Məhz DTX-nın saxladığı satqınların məlum ifadələrindən cəmi 1 gün sonra bu teraktın baş verməsi əsaslı şübhələr yaradır ki, İran casus şəbəkəsinin hələ də azadlıqda olan üzvləri Cənubdan aldıqları tapşırıq əsasında kimlərə, hansı şəkildə terror hazırlandığı ortaya çıxmadan çoxdan planlaşdırılan bu hadisəni törətməyə çalışıblar. İsti izlərlə planları deşifrə olmaması üçün saatlar sonra millət vəkilinin güllələnməsi ilə bağlı göstəriş də gecikməyib.

Bu detal bir daha əsas yaradır ki, Fazil Mustafaya hücumun Azərbaycan dövlətinə mesaj olduğu və arxasında İran faktorunun dayandığı ehtimalının böyük olduğunu düşünək.

Fazil Mustafann güllələnməsi xəbərinin yayılmasından sonra da diqqətçəkən məqam az olmadı. Onlar arasında ən gözəgirəni isə heç şübhəsiz millət vəkilinə qarşı terror hücumundan heç 1 saat keçməmiş İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı teleqram kanalları artıq Fazil Mustafanın Bakıda silahlı hücuma məruz qalmasına münasibət bildirməyə başlaması məsələsi idi: "Anti-İran və anti-islam mövqeləri ilə tanınan Azərbaycanlı millət vəkili Fazil Qəzənfər ogluna (Mustafa) terror oldu. Yerli mənbələrin verdiyi məlumata əsasən, ona iki güllə dəyib və xəstəxanaya yerləşdirilib".

Bütün bu detallar iddiaları bir ünvana yönəldir. "İmza" məlum: Kalaşnikovla hücum molla rejiminin dəstixəttinə uyğun gəlir. Lakin İran analamalıdır ki, bu iddialar təsdiqini tapacağı təqdirdə Azərbaycanla ciddi böhran müddətinə daxil olacaq. Bu isə molla rejiminin sonunu bir az da sürtətləndirəcək. Çünki Azərbaycanın ən böyük ordusu elə Cənubdadır - güneyli soydaşlarımızdır.  

Mustafa Ömər Son.az

"Nə xınayaxdı, nə ər, nə kişi..." like
  • 29 Mar 11:27  
Şou-biznes "Nə xınayaxdı, nə ər, nə kişi..."

Aparıcı Rövşanə Ağasəfqızı Əməkdar artist Nigar Şabanovanın onun ü

arrow Ətraflı
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı like
  • 29 Mar 11:16  
Digərləri Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə

arrow Ətraflı
Rusiyadan Ermənistana növbəti zərbə like
  • 29 Mar 11:05  
Digərləri Rusiyadan Ermənistana növbəti zərbə

Rusiya Ermənistana qarşı təzyiqlərini artırmaqda davam edir. Bu dəfə &qu

arrow Ətraflı
Aİ və Dünya Bankı Azərbaycanda 5,25 milyon avroluq layihə icra edəcək like
  • 29 Mar 10:54  
Siyasət Aİ və Dünya Bankı Azərbaycanda 5,25 milyon avroluq layihə icra edəcək

Azərbaycan Hökuməti, Avropa İttifaqı və Dünya Bankı Azərbaycanda 5,25 m

arrow Ətraflı
Fazil Mustafa ilk ona zəng edib: "Evə daxil ola bilərlər, tez gəl..." like
  • 29 Mar 10:48  
Digərləri Fazil Mustafa ilk ona zəng edib: "Evə daxil ola bilərlər, tez gəl..."

"Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, "məni vurublar, tez g

arrow Ətraflı
DSX rəsmiləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət ediblər  FOTO like
  • 29 Mar 10:46  
Digərləri DSX rəsmiləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət ediblər FOTO

Mart ayının 28-də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, m

arrow Ətraflı
Fazil Mustafaya suiqəsd: İran eyni gündə bir neçə ölkədə... like
  • 29 Mar 10:43  
Digərləri Fazil Mustafaya suiqəsd: İran eyni gündə bir neçə ölkədə...

Martın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vət

arrow Ətraflı
Britaniya səfiri Fazil Mustafaya qarşı terror aktını qınayıb like
  • 29 Mar 10:32  
Siyasət Britaniya səfiri Fazil Mustafaya qarşı terror aktını qınayıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Milli Məclisin deput

arrow Ətraflı
Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başlayıb  FOTO like
  • 29 Mar 10:24  
Siyasət Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başlayıb FOTO

Azərbaycan xariic işlər naziri Ceyhun Bayramov və İsrail XİN rəhbəri Eli

arrow Ətraflı
Mərhum reperin müğənni sevgilisi like
  • 29 Mar 10:21  
Şou-biznes Mərhum reperin müğənni sevgilisi

Ötən il vəfat edən Kamerun əsilli rusiyalı reper Pyer Narsissin müğənni

arrow Ətraflı
Fazil Mustafa ikinci dəfə əməliyyat olunub like
  • 29 Mar 10:15  
Digərləri Fazil Mustafa ikinci dəfə əməliyyat olunub

"Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Mə

arrow Ətraflı
Restoranların od tutub yanan iftar və imsak QİYMƏTLƏRİ like
  • 29 Mar 10:10  
Digərləri Restoranların od tutub yanan iftar və imsak QİYMƏTLƏRİ

Artıq bir neçə gündür ki, Ramazan ayına qədəm qoymuşuq. Bu ayın özəl

arrow Ətraflı
8 yaşlı uşağın yaşadığı evin qarşısından like
  • 29 Mar 09:59  
Digərləri 8 yaşlı uşağın yaşadığı evin qarşısından

Sabirabadda 8 yaşlı uşağın yaşadığı evin qarşısından meyiti tapılı

arrow Ətraflı
Fazil Mustafanın son vəziyyəti like
  • 29 Mar 09:55  
Digərləri Fazil Mustafanın son vəziyyəti

Fazil Mustafanın səhhəti normaldır, ağrıları yoxdur.

arrow Ətraflı
Bakıda kafeyə silahlı basqın olub like
  • 29 Mar 09:48  
Digərləri Bakıda kafeyə silahlı basqın olub

Bakıda kafeyə silahlı basqın olub.

arrow Ətraflı