Restoranların od tutub yanan iftar və imsak QİYMƏTLƏRİ


Digərləri 29 Mar 2023 10:10:00 152 0

Restoranların od tutub yanan iftar və imsak QİYMƏTLƏRİ

Artıq bir neçə gündür ki, Ramazan ayına qədəm qoymuşuq. Bu ayın özəlliklərindən biri də insanların iftarı öz dostları, yaxınları ilə birlikdə açmasıdır. 

Günümüzdə isə iftar dəvətləri daha çox restoran və kafelərdə baş tutur. İftarla yanaşı, imsak üçün də bu məkanlara üz tutanlar az deyil.

Son.az xəbər verir ki, Bizim.media Bakı şəhərində fəaliyyət göstərən bəzi restoranlarda, kafelərdə imsak və iftar menyuları, eyni zamanda qiymətləri ilə maraqlanıb. 

Araşdırmamız göstərdi ki, nisbətən aşağı qiymətlərlə yanaşı, çox bahalı menyuların da sayı kifayət qədərdir. Məşhur restoranların bir çoxu Ramazanda əldə etdikləri fürsəti qiymətləri daha da yüksəltməklə dəyərləndirib. 

Məsələn, açıq bufet təqdim edən restoranlar var ki, onlarda qiymətlər əsasən 19.90 manatdan başlayır. İftar və imsakı eyni qiymətə təqdim edən bu cür restoranlar təqdim olunan menyu daxilində nə yeməyinizdən asılı olmayaraq standart qiymət tətbiq edib.

Amma elə restoranlar da var ki, bir nəfərlik iftar menyusunun qiymətini 33 manatdan başlayır. 35 manata, hətta daha yuxarı olanlar da var. 35 manatlıq iftar menyusuna 4 çeşid məzə, şorba (seçməli), günün salatı, ana yemək (Kokteyl souslu dana bonfile və ya fırında levrek fileto), günün şirniyyatı (çay ilə), su və xurma daxildir.

Bu bahalı iftar menyusunu təqdim edən restoranlar açıq bufet şəklində imsak süfrəsi də təqdim edir. İmsak süfrəsinin qiyməti bir nəfər üçün 19 manat təşkil edir. 

İmsak süfrələrində 0-7 yaş uşaqlar üçün ödənişsiz, 8-12 yaşda olanlar üçün isə 50 faiz endirim təklif edənlər, 20 çeşiddən ibarət olan 2 nəfərlik imsak setini 30 manata təqdim edən restoranlar da var. 

Qeyd edək ki, restoranlar arasında imsakda 65 çeşiddə menyu təqdim edən restoranlar da var. Bu çeşidlər arasından seçim edənlər üçün imsak yeməyi 17.50 manatdan, iftar menyusu isə 26 və 38 manatdan başlayır. 

Restoranların iftar və imsaka görə qiymətləri yerləşdiyi əraziyə görə də dəyişir. Mərkəzdə yerləşən restoranlar arasında iftar süfrəsini bir nəfər üçün 50-60, hətta 80-120 manata təqdim edənlər də var.

Göründüyü kimi, qiymətlər 10-15 nəfər dost-tanışı iftara dəvət etmək üçün bir az düşünməyi tələb edir. 

Ramazan paylaşmaq ayı olduğu üçün evdə sadə süfrə ilə imsak və iftarı edib, qalan vəsaiti ehtiyacı olanlara vermək daha münasib olar. Təbii ki, hər kəsin öz seçimi var.

Allah oruc və dualarınızı qəbul etsin!

8 yaşlı uşağın yaşadığı evin qarşısından like
  • 29 Mar 09:59  
Digərləri 8 yaşlı uşağın yaşadığı evin qarşısından

Sabirabadda 8 yaşlı uşağın yaşadığı evin qarşısından meyiti tapılı

arrow Ətraflı
Fazil Mustafanın son vəziyyəti like
  • 29 Mar 09:55  
Digərləri Fazil Mustafanın son vəziyyəti

Fazil Mustafanın səhhəti normaldır, ağrıları yoxdur.

arrow Ətraflı
Bakıda kafeyə silahlı basqın olub like
  • 29 Mar 09:48  
Digərləri Bakıda kafeyə silahlı basqın olub

Bakıda kafeyə silahlı basqın olub.

arrow Ətraflı
Avtomobil kranla toqquşdu: like
  • 29 Mar 09:37  
Digərləri Avtomobil kranla toqquşdu:

Abşeronda kranla avtomobil toqquşub.

arrow Ətraflı
“Taliban” qızların evdə təhsil almasını təşkil edən hüquq müdafiəçisini like
  • 29 Mar 09:23  
Dünya “Taliban” qızların evdə təhsil almasını təşkil edən hüquq müdafiəçisini

"Taliban" hərəkatı Əfqanıstanda qızların evdə təhsil almasın

arrow Ətraflı
"Aşkı Memnu"nun Bülənti keçmiş sevgilisini döyüb like
  • 29 Mar 09:12  
Şou-biznes "Aşkı Memnu"nun Bülənti keçmiş sevgilisini döyüb

Türkiyəli aktyor Batuhan Karacakaya haqqında yeni iddia ortaya çıxıb.

arrow Ətraflı
Ukraynanın yazda böyük şansı olacaq  Pentaqon like
  • 29 Mar 08:59  
Dünya Ukraynanın yazda böyük şansı olacaq Pentaqon

Ukrayna ordusunun bu yaz uğurlu əks-hücuma keçmək üçün şansları var.

arrow Ətraflı
LaçınXankəndi yolunda etiraz aksiyası 108 gündür davam edir  FOTO like
  • 29 Mar 08:52  
Digərləri LaçınXankəndi yolunda etiraz aksiyası 108 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Bu yollarda tıxac var  SİYAHI like
  • 29 Mar 08:42  
Digərləri Bu yollarda tıxac var SİYAHI

Bakının bir sıra yollarında sıxlıq yaranıb.

arrow Ətraflı
Göyçay sakini dayısı oğlunu bıçaqlayıb like
  • 29 Mar 08:40  
Kriminal Göyçay sakini dayısı oğlunu bıçaqlayıb

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

arrow Ətraflı
Kristin Laqard avtomobil qəzasına düşüb like
  • 29 Mar 08:36  
Dünya Kristin Laqard avtomobil qəzasına düşüb

Avropa Mərkəzi Bankının sədri Kristin Laqard avtomobil qəzasına düşüb.

arrow Ətraflı
Afra Saraçoğlu ilə Çağatay Ulusoy sevgilidir? like
  • 29 Mar 08:27  
Digərləri Afra Saraçoğlu ilə Çağatay Ulusoy sevgilidir?

"Yeşilçam" serialında baş rolları paylaşan türkiyəli məşhurl

arrow Ətraflı
Bakıda “Butulka piri”: buranın islama aidiyyəti varmı? like
  • 29 Mar 08:22  
Digərləri Bakıda “Butulka piri”: buranın islama aidiyyəti varmı?

Bu gün Buzovnada yerləşən və el arasında "butulka piri" adlanan

arrow Ətraflı
SEPAH kanalı Fazil Mustafanın güllələnməsindən yazdı like
  • 29 Mar 07:58  
Kriminal SEPAH kanalı Fazil Mustafanın güllələnməsindən yazdı

İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı Teleqram kanalla

arrow Ətraflı
DİNdən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı like
  • 29 Mar 07:53  
Digərləri DİNdən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı

"Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə

arrow Ətraflı