Bakıda “Butulka piri”: buranın islama aidiyyəti varmı?


Digərləri 29 Mar 2023 08:22:00 281 0

Bakıda “Butulka piri”: buranın islama aidiyyəti varmı?

Bu gün Buzovnada yerləşən və el arasında "butulka piri" adlanan məbədə ermənilərin sahib çıxmaq cəhdi var. Abşeronlular ona "Tərsa piri", Buzovna sakinləri "Nəsrani piri" də deyirlər. Bu abidə Nəsrani məhəlləsində yerləşdiyindən, xalq arasında ona bu cür ad veriblər.

Son.az axar.az-a istinadən bildirir ki, kəndin ağsaqqalları ilə söhbətlərimdə onlar dedilər ki, burda vaxtilə yaşamış ermənilər bu abidəni erməni kilsəsi adlandırırdılar. Burda xristianları XX əsrin əvvələrinə qədər ibadətə dəvət edən qədim kilsə zəngi də olub. Bolşeviklər Azərbaycanı işğal edəndən sonra ermənilər bu qədim zəngi oğurlayıb Ermənistana, konkret desəm, Matandarana aparıblar. Matandaranda tədqiqat aparan gürcü alim dostum təsdiq elədi ki, orda bir neçə qədim kilsə zəngi saxlanılır. Böyük ehtimalla bunlardan biri də Buzovnadan oğurlanan zəngdir.

Buranın tarixi barədə çox yanlış informasiyalar dolaşır mediada, elm dairələrində. Guya bu abidə alban dövründə tikilən kilsə olub, eramızın II, ya da III əsrinə aiddir. Alban abidələrinin memarlıq xüsusiyyətləri ilə bu tikili arasında oxşarlıq çox azdır. Bu pirin memarlıq xüsusiyyətlərində xristian və islam elementləri azdır. Ən azından qədim tarixi bilən, xalqların inanclarını, simvollarını, damğa və memarlıq üslubu barədə az-çox məlumatlı adam burda olsa, biləcək ki, buranı tikən insanlar səmavi dinlərdən öncə burda yaşayanlar olublar.

Bu Pir əslində burda qədimdə yaşayan Günəş kultuna xidmət edənlərin bizə miras qoyduğu tikilidir. Günəş kultu Azərbaycanın ən qədim kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir.

1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal Qobustan petroqliflərinə baxmış, eramızdan əvvəl III minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim mədəniyyətin olduğunu təsdiq etmişdir.

Əsas mövzu pirin memarlıq quruluşudur. Qədim Günəş kultunun üzvləri 50 sağ tərəf, 50 sol tərəf, 30 aşağı tərəf, 19 nəfər başda, 1 nəfər əsas kahin durmaqla ibadət, ayinlər üçün məbədlər tikirdilər. Deyilənə görə, bu məbədin tutumu 150 nəfər təşkil edib. Bundan irəli gələrək də buranın Günəş kultuna aid olması qənaətinə gəlmək olar.

Tikilinin içini tədqiq edəndə ibadət edilən yerin birbaşa Günçıxana baxması burda ayinlərin Günəşə aid olmasını təsdiq edir. Ağsaqqallar da buranın qədimdə "Günəş piri", "Günəş evi" kimi adlandırıldığını dedilər. 19-cu əsrə aid rus arxeoloqların da yazılarında buranın "Şəms qəbri" adlanması faktına rast gəldim.

Xristianlıq yayılandan sonra məlumdur ki, apostollar dünyanın digər ölkələrinə getdikləri kimi Azərbaycana da gəliblər. Məsəl üçün müqəddəs Varfolomeyin məzarı sovet dövründə Qız qalasının yanında olan qədim kilsədən tapılıb. Bu barədə yazmışam, geniş izaha ehtiyac yoxdur.

Varfolomoyelə bərabər Azərbaycana gələn missionerlər içərisində müqəddəs İlya və Andrey də olub. Onlarla birgə xristianlar Buzovna ərazisinə köçüblər, iki apostol öləndə bu tikilinin içərisində dəfn edib, yanında da yaşayış üçün tikililər inşa ediblər. Ona görə də bura Nəsrani məhəlləsi, tikili isə Nəsrani kilsəsinə çevrilib.

Sonra Azərbaycanda islam yayılandan sonra buranın müsəlmanlaşması prosesi başlayıb. Tikili üzərində müxtəlif dövrlərdə dəyişikliklər olub. Buna görə də burda iki kitabə yaradılıb. Onların birində 1706-cı il tarixi həkk olunmuşdur. Digər kitabədə isə binanın hicri təqvimi ilə 885-ci ildə (1480-1481), Şirvanşah Xəlilullahın hakimiyyəti dövründə Tənvər Tumanşah oğlu tərəfindən bərpa edilməsi haqda məlumat verilib. Lakin hazırda bu kitabələr də ordan oğurlanıb və haralardasa saxlanılır.

Bu pir hazırda dağılıb. Onun yerində yalnız xarabalıqları və iki sökük tağ qalıb.

18-ci əsrdən etibarən çoxları bu yeri müqəddəs bilib, bura nəzir gətirib, parça, dəsmal, yaylıq bağlayıb, dilək tuturlar. Eyni zamanda xalq arasındakı inanca görə, burada "butulka" (şüşə) sındırmaq da vacibdir. Belə düşünülür ki, hər diləyə görə şüşə qab sındıran şəxsin diləkləri həyata keçir.

Bəs butulka qırmaq və buranın pir olması ideyası hardan gəlir?

Bolşeviklər buranı işğal edənə qədər belə adət olub. Qədim yəhudi və nəsrani inancına görə, ölkələrindən kənarda yaşayanlar hər şənbə-bazar günü istirahət edirdilər, gəlirdilər bura saxsı qablarda içkilər içirdilər, sonradan onu burda sındırırdılar. Bu ənənə onunla bağlı idi ki, saxsı qabı sındıran şəxs gələn il öz torpağına, ata yurduna geri dönməyə niyyət edir və and içirdi. Bu günün özündə də klassik yəhudilərdə bu adət qalıb və şəxsən Amerikada öz gözümlə yəhudilərin bu adəti icra etməsini onlara qonaq olanda görmüşəm.

Məhz bu adət sonradan müsəlmanlar tərəfindən qorxunu götürmək, niyyət tutmaq kimi başa düşülür və bu günə qədər də buranı pir hesab edib gəlib butulka qırır, ip bağlayır və arzu edirlər.

Amma real tarix, faktlar bu adətin islama heç bir aidiyyəti olmadığını təsdiq edir. Qeyd edim ki, 1937-ci ildən 1952-ci ilə qədər abidənin bir yarısı sökülüb.

SEPAH kanalı Fazil Mustafanın güllələnməsindən yazdı like
  • 29 Mar 07:58  
Kriminal SEPAH kanalı Fazil Mustafanın güllələnməsindən yazdı

İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı Teleqram kanalla

arrow Ətraflı
DİNdən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı like
  • 29 Mar 07:53  
Digərləri DİNdən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı

"Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə

arrow Ətraflı
"Fazil Mustafaya qarşı törədilən terrorun təşkilatçıları və iştirakçıları..." like
  • 29 Mar 07:22  
Kriminal "Fazil Mustafaya qarşı törədilən terrorun təşkilatçıları və iştirakçıları..."

Millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorun təşkilatçılar�

arrow Ətraflı
Fazil Mustafanın maşını bu hala düşüb  FOTO like
  • 29 Mar 07:05  
Kriminal Fazil Mustafanın maşını bu hala düşüb FOTO

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Milli Məclisin deputat

arrow Ətraflı
"Kurtlar Vadisi"nin Nesrini illər sonra  FOTO like
  • 29 Mar 05:22  
Şou-biznes "Kurtlar Vadisi"nin Nesrini illər sonra FOTO

Aktrisa İpek Tenolcay dəyişikliyi ilə sosial medianın gündəminə düşüb

arrow Ətraflı
“WhatsApp” "Windows"da tamamilə dəyişdi like
  • 29 Mar 04:44  
Digərləri “WhatsApp” "Windows"da tamamilə dəyişdi

"WhatsApp" mesenceri "Windows" istifadəçiləri üçün yen

arrow Ətraflı
Dörd zərif qisasçı bürc like
  • 29 Mar 03:22  
Digərləri Dörd zərif qisasçı bürc

Unutmaq heç də hamı üçün asan məsələ olmur. Xüsusilə də, romantik m�

arrow Ətraflı
Bakıda evlərin qiyməti bahalaşıb like
  • 29 Mar 02:44  
Digərləri Bakıda evlərin qiyməti bahalaşıb

İl başlayandan bu günə qədər Bakıda mənzillərin qiyməti 5% bahalaşıb

arrow Ətraflı
Fazil Mustafa belə vurulub like
  • 29 Mar 00:33  
Kriminal Fazil Mustafa belə vurulub

"Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə c

arrow Ətraflı
Millət vəkilinin güllələnməsi: like
  • 29 Mar 00:17  
Kriminal Millət vəkilinin güllələnməsi:

DTX-nın İran casusları ilə bağlı dünən yayımladığı videoda saxlanıl

arrow Ətraflı
Fazil Mustafanın əməliyyat olunduğu like
  • 29 Mar 00:05  
Kriminal Fazil Mustafanın əməliyyat olunduğu

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələni

arrow Ətraflı
Günün qoroskopu: peşəkar baxımdan gün çox mürəkkəbdir, işdə ciddi irəliləyiş gözləməyin like
  • 29 Mar 00:01  
Digərləri Günün qoroskopu: peşəkar baxımdan gün çox mürəkkəbdir, işdə ciddi irəliləyiş gözləməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Su içərkən diqqətli olun... like
  • 28 Mar 23:59  
Digərləri Su içərkən diqqətli olun...

"İçməli suya həddindən artıq miqdarda nitratın qarışması bağırs

arrow Ətraflı
Ürək sistemini yaxşılaşdıran yağlar like
  • 28 Mar 23:45  
Digərləri Ürək sistemini yaxşılaşdıran yağlar

Həkim Mariya Voronenko hansı yağın ürəyi və immuniteti gücləndirdiyini

arrow Ətraflı