"Tərtər işi"ndə təqsirləndirilən yüksək rütbəli zabitlərin məhkəməsi olub


Digərləri 28 Mar 2023 20:14:00 248 0

"Tərtər işi"ndə təqsirləndirilən yüksək rütbəli zabitlərin məhkəməsi olub

Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"ndə təqsirləndirilən 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihamda qeyd olunub ki, həmin şəxslər korpus komandirinin müavini olmuş Fuad Ağayevin göstərişləri və kəşfiyyat bölüyünün hərbçiləri ilə birlikdə 1 may - 2 iyul (2017) tarixləri arasında Tərtərdə ön cəbhədə olan hərbi qulluqçuları düşmənlə əməkdaşlıq və vətənə xəyanətdə ittiham edərək, qanunsuz sorğu-sual edib, onlara işgəncələr veriblər. Həqiqətə uyğun olmayan ifadələr almaq üçün onlar hərbi qulluqçulara işgəncə verərkən müxtəlif avadanlıqlardan istifadə edərək onlara fiziki və psixoloji zor göstəriblər. İttihama görə, işgəncələr Tərtərdəki N saylı hərbi hissənin tərkibindəki inzibati binada, Bakı və Bərdə qarnizonlarının haupvaxtlarında, Ağcəbədidə Sarıcalı kəndində və Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında verilib.

Onlar hərbçiləri sorğu-sual edib, qida qəbuluna imkan verməyib, bədənləri üzərində xüsusi vasitələrlə ləyaqəti alçaldan hərəkətlər edərək nəticə etibarilə fiziki və psixi sağlamlıqlarını itirmələrinə, cəmiyyətdən təcrid olunmalarına səbəb olub.

İttiham üzrə 4 nəfərin heç biri özünü təqsirli bilməyib.

Prosesdə təqsirləndirilən şəxs Vüsal Ələsgərov sərbəst ifadə verməkdən imtina edib. Hakim onun ibtidai istintaqa ifadəsini elan edib.

Daha sonra zərərçəkmişlərin bir qismi zalı tərk edib.

Prosesdə digər təqsirləndirilən Rəşid Niftəliyev və Ramil Qarayevə ifadə verməsi təklif olunsa da, onlar da ifadə verməkdən imtina edib. Buna görə də onların ifadələri elan edilmiş hesab olunub.

Proses aprelin 4-də davam etdiriləcək.

İttihama görə, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri, Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi, Ramil Qarayev və Rüstəm Ələsgərov isə hərbi hissələrin kəşfiyyatçıları olublar.

Vüsal Ələsgərov Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma), 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rəşid Niftəliyev Ramil Qarayev Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) Rüstəm Ələsgərov isə Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), 125-ci (Özünü öldürmə həddinə çatdırma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirli bilinir.

İş üzrə 194 zərərçəkmiş var.

Ermənistanlı deputat: Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq like
  • 28 Mar 19:58  
Digərləri Ermənistanlı deputat: Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq

"Putin Ermənistana gəlməyəcək və həbs olunmayacaq. Putin yaxşısı

arrow Ətraflı
Zod aşırımında traktor aşdı  sürücünün ayağı kəsildi like
  • 28 Mar 19:50  
Digərləri Zod aşırımında traktor aşdı sürücünün ayağı kəsildi

Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin

arrow Ətraflı
Azərbaycan Xalq artistinin qızı II Yekaterinanı canlandırdı  VİDEO  FOTO like
  • 28 Mar 19:48  
Şou-biznes Azərbaycan Xalq artistinin qızı II Yekaterinanı canlandırdı VİDEO FOTO

Xalq artisti Fuad Osmanovun aktrisa qızı Olqa Lerman "İmperatriçalar&qu

arrow Ətraflı
Nazir bərpa olunan enerji mənbələrinin tətbiqindən danışdı like
  • 28 Mar 19:42  
Digərləri Nazir bərpa olunan enerji mənbələrinin tətbiqindən danışdı

Bərpa olunan enerji mənbələrinin tətbiqi Azərbaycanın sosial-iqtisadi ink

arrow Ətraflı
Bəzi qonşu dövlətlərin təxribatlarının qarşısı qətiyyətlə alınır  Əli Nağıyev like
  • 28 Mar 19:38  
Digərləri Bəzi qonşu dövlətlərin təxribatlarının qarşısı qətiyyətlə alınır Əli Nağıyev

Bəzi qonşu dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq

arrow Ətraflı
Tələbəmizin zəlzələdən biraz əvvəl göndərdiyi səs yazısı yayıldı: ağrılı məqam  AUDİO like
  • 28 Mar 19:36  
Digərləri Tələbəmizin zəlzələdən biraz əvvəl göndərdiyi səs yazısı yayıldı: ağrılı məqam AUDİO

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində həlak

arrow Ətraflı
Naməlum şəxs Şoltsun mənzilinə girmək istədi  FOTO like
  • 28 Mar 18:48  
Dünya Naməlum şəxs Şoltsun mənzilinə girmək istədi FOTO

Naməlum şəxs Almaniya kansleri Olaf Şoltsun Potsdamdakı mənzilinə daxil o

arrow Ətraflı
Zakir Həsənov "Kibertəhlükəsizlik təlimi  2023"ü izlədi  FOTO like
  • 28 Mar 18:44  
Digərləri Zakir Həsənov "Kibertəhlükəsizlik təlimi 2023"ü izlədi FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbə

arrow Ətraflı
Bu günə qədər bu formada telefon satışı olmamışdı  VİDEO like
  • 28 Mar 17:48  
Digərləri Bu günə qədər bu formada telefon satışı olmamışdı VİDEO

Bu günə qədər bu formada telefon satışı olmamışdı

arrow Ətraflı
Vasif Talıbovun yaratdığı sistem ləğv edildi like
  • 28 Mar 17:38  
Digərləri Vasif Talıbovun yaratdığı sistem ləğv edildi

Naxçıvan Muxtar Respublikasında polis sahə müvəkkillərinin kütləvi şə

arrow Ətraflı
Moskva səmasında naməlum qara halqa peyda oldu  VİDEO  FOTO like
  • 28 Mar 17:36  
Digərləri Moskva səmasında naməlum qara halqa peyda oldu VİDEO FOTO

Rusiya paytaxtı Moskvanın Stroqino rayonunun sakinləri atmosferdə izaholunma

arrow Ətraflı