“Niyə məni, Rasimi, Fəxrəddini çəkmirlər?”
Şou-biznes 28 Mar 2023 20:24:00 244 0
"Çox şadam ki, bu gün də tamaşaçılar məni sevir, filmlərimi böyük həvəslə izləyirlər. Bu məni hədsiz xoşbəxt edir. Həqiqətən də bu illər ərzində onların sevgisini hiss etmişəm, duymuşam. Bu sevgini sözlə ifadə etmək çox çətindir. İllər öncə çəkildiyim "Gün keçdi", "Arşın mal alan", "Dədə Qorqud" və s. filmlərimi yadıma salıb, o illərə qayıdıb, nostalji anlar yaşayıram. Çox heyf ki, indi bu cür filmlər demək olar ki, çəkilmir. Film sahəsi böyük tənəzzül dövrünü yaşayır".
Bu xəbəri də oxu: Alla Puqaçovanı kim öldürmək istəyib?
Son.az xəbər verir ki, bunu moderator.az-a özəl açıqlamasında xalq artisti, sevilən aktrisa Leyla Şıxlinskaya deyib. Sənətkar illər sonra ilk dəfə özəl olaraq bizim sayta etiraflar edib.
"Səhv etmirəmsə, bu gün iki kino ittifaqı var. Bilmirəm, bəlkə Kinematoqrafçılar İttifaqı ayrıdır, Kino ittifaqı ayrı?! Bunu yəqin ki, siz daha dəqiq bilərsiniz. İki kino ittifaqın olmağı nəyə lazımdır ki?! Əsas məsələ odur ki, kinostudiya yoxdur. Bir neçə il əvvəl kinostudiyanın həyətinə maşınlar düzülmüşdü, təmirlə məşğul idilər. Bura kinostudiyadır. Bilmirəm indi də belədir ya yox?! Bir kinostudiyadakı maşın satılır, maşın təmir olunur, ordan başqa nə gözləyəsən?! Hərhalda hər şey göz qabağındadır, kinostudiya film istehsal etmir. Niyə mənə, Rasim Balayevə, Fəxrəddin Manafova aid bir film çəkilmir?! Üçümüzə aid bir senari yazılsın, biz də çəkilək. Rasimin gözəl səsi də var, qaməti də. Niyə onun üçün bir film çəkmirlər?! Orada mən də oynayaram, Fəxrəddin də oynayar. Aidiyyatı qurumlar bəs hara baxır?! Yuxarıların əli çatmır?! Yəqin ki, daha vacib işləri var! Şərt deyil ki, məni filmə çəkəndə orada baş rol oynayım. Yəqin, düşünürlər ki, Leyla Şıxlinskayadırsa mütləq ona baş rol vermək lazımdır. Xeyr! Bu kiçik bir epizod da ola bilər. Amma bu epizod da yaddaqalan, çox önəmli, ən əsası parlaq bir rol olmalıdır. Mən orada fərqli bir obraz oynamaq istəyirəm. Bu qaynana obrazı yox, mənfi obraz da ola bilər. Rasim Balayev demiş, "naturamız, gözəlliyimiz gedir"" deyə Leyla Şıxlinskaya deyib.
Sənətkar gözəlliyi ilə bağlı sualı bu cür cavablandırıb.
"Bu ola bilsin ki, genetikdir. Ümumiyyətlə Azərbaycan qadınları dünyanın ən gözəl xanımlarıdır. İnsanın üzündə qırış da olmalıdır, bu təbiidir. Mən həyatı sevirəm. Bütün fəsilləri sevirəm. Səhər duranda Allaha şükür edirəm ki, sağlamam, yaşayıram" deyə sənətkar bildirib.
Xalq artisti "Arşın mal alan" filminə dəvət olunduğu illəri də xatırlayıb.
"Gülçöhrə roluna aktrisa axtarırdılar. Senariyə görə qəhrəman həm də rəqs etməyi bacarmalı idi. Rəqsləri Əminə Dilbazi hazırlayacaqdı. Bilirsiniz ki, "Arşın mal alan" filmi iki dəfə çəkilib. İstəyirdilər ki, bu Gülçöhrə, o Gülçöhrədən seçilsin. Aktrisanı axtara-axtara peşə məktəbinə gəldilər. Mən 216-cı adam idim. Mənim ifamı çox bəyəndilər. Eyvandakı səhnəni oynadım. Xatırlayırsınızsa, orada Gülçöhrə sevdiyi adama ərə getmək istəyir, deyir ki, əvvəlcə mütləq onu görməliyəm. Həmişəki kimi filmə təsdiq etmək məsələlərinə Moskva baxırdı. Məni təsdiq etdilər və filmə çəkildim" deyə sənətkar bildirib.
Son.az
Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"n
"Putin Ermənistana gəlməyəcək və həbs olunmayacaq. Putin yaxşısı
Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin
Xalq artisti Fuad Osmanovun aktrisa qızı Olqa Lerman "İmperatriçalar&qu
Bərpa olunan enerji mənbələrinin tətbiqi Azərbaycanın sosial-iqtisadi ink
Bəzi qonşu dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq
Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində həlak
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi
Paytaxtda bir küçədə iki keçid var.
Naməlum şəxs Almaniya kansleri Olaf Şoltsun Potsdamdakı mənzilinə daxil o
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbə
Bu günə qədər bu formada telefon satışı olmamışdı
Naxçıvan Muxtar Respublikasında polis sahə müvəkkillərinin kütləvi şə