Fransada pensiya islahatının qeyridemokratikliyi
Dünya 28 Mar 2023 13:12:00 266 0
Fransadakı son etirazlar artıq bir müddətdir ki, ölkəni təqib edən Fransa siyasi diskursunun sistem patologiyasının simptomudur. Ənənəvi olaraq siyasi fəal fransızların öz narazılıqlarını ifadə etmək üçün yetərincə radikal yanaşma seçməsi təəccüblü deyil, belə ki, uzun müddət ərzində yaxınlaşan böhranın əlamətləri müşahidə olunurdu.
Bu xəbəri də oxu: Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Prezident Emmanuel Makronun pensiya islahatına qarşı etiraz edənlərin sayı fərqli hesablamalara görə 1 milyon nəfəri ötüb. İslahat pensiya yaşının iki il artırılaraq 64 yaşa çatdırılmasını təklif edir.
Bu, Makronun prezidentliyi dövründə ilk hadisə deyil. O, prezident seçildikdən sonra özünün qeyri-populyar iqtisadi siyasətinə görə irimiqyaslı etirazlarla qarşılaşıb.
Bəs indiki ictimai böhranı fərqləndirən nədir? Bu təzahürü anlamağa kömək edəcək əsas məsələləri təhlil etmək vacibdir.
Etirazların səbəbi
Qısacası, etiraz hərəkatının inkişafını bir neçə əsas səbəblə izah etmək olar. Birincisi, bu, nisbi məhrumiyyət hissidir - insanların fərdi və ya ictimai səviyyədə öyrəşdikləri həyat tərzini dəstəkləmək imkanının olmaması kimi ümumiləşdirmək mümkündür. Makron əhalinin necə yaşamalı olduğu haqqında öz təsəvvürlərini zorla qəbul etdirməyə çalışır ki, bu da anlaşılan səbəblərdən ölkə vətəndaşları tərəfindən mənfi qarşılanır.
Ötən il dərc olunmuş Elabe ictimai fikir sorğusunun nəticələri respondentlərin 70 faizinin pensiya yaşının artırılmasına qarşı çıxdığını göstərir. Sorğunun nəticələrini və ardınca hökumətin pensiya yaşının dəyişdirilməsi haqqında qərarını nəzərə aldıqda qərar qəbul edən şəxslərin əhalinin narazılığını diqqətə almadığı daha aydın görünür.
Maddə 49.3: etirazların kəskinləşməsinə səbəb olan fransız demokratiyasının xüsusiyyətləri
Nəzərə çarpan daha bir potensial problem Makronun təşəbbüsünün necə zorla qəbul etdirilməsidir. Qərarın icrası üçün "əsas olaraq" Fransa konstitusiyasının 49.3-cü maddəsi götürülüb. Konstitusiyanın bu maddəsi hökumətin istənilən qanun layihəsini Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya vasitəsilə qəbul etməsinə icazə verir. Bu prosedur Fransa konstitusiyası 1958-ci ildə qəbul edildiyi vaxtdan etibarən onun bir hissəsini təşkil edib və parlamentdə qeyri-sabitlik olduqda müəyyən nəzarət səviyyəsini təmin etmək məqsədilə konstitusiyaya daxil edilib. Lakin indiki halda hökumətə qarşı etimadsızlıq qərarı çıxarıla bilər. Etimadsızlıq qərarı deputatların yarısından çoxu tərəfindən dəstəklənsə hökumət buraxıla bilər. Tarixən belə formalaşıb ki, etimadsızlıq qərarının çıxarılması və hökumətin buraxılması şansı çox az olub, indiki vəziyyətdə də bu baş verdi.
Bütün prosedur qanuni olsa da, bununla bağlı mühüm bir problem var. Bu, mahiyyətcə demokratik prosedur deyil. Makron hökumətin fasiləsiz fəaliyyətinin təmin olunmasına yönəlmiş prosedurdan qeyri-populyar qanunları yeritmək üçün istifadə edib.
Fransa dövlət başçısının yanaşması demokratik normalar üçün təhlükə törədir, belə ki, prezidentin parlamentin aşağı palatası vasitəsilə istənilən qanunları "yeritməsinə" imkan verir. Bu isə demokratik dəyər və prinsiplərə əsaslanmış fransız cəmiyyətinin istənilən vaxt siyasətçinin zorla yeritdiyi totalitar idarəetmə ilə üzləşə biləcəyi anlamına gəlir.
Baş verənlərdən sonra ən azından bir sıra adi vətəndaş hakimiyyətə seçilmiş və onların maraqlarını qorumalı olan məmurların əhalinin həyat səviyyəsini azaldacaq qanuna məqsədyönlü olaraq "təkan verməklə" onlara xəyanət etdiyini düşünməyə başlaya bilər.
Hökumətin mövqeyi - demokratiya üçün təhlükə
Makron bu təşəbbüsü milli pensiya sisteminin dayanıqlılığının təmin olunması üzrə tədbir kimi irəli sürür. Onun sözlərinə görə, insanlar pensiyada təqribən 25 il keçirirlər ki, bu da iqtisadiyyata mənfi təsir edir. Bu arqument bir neçə səbəbdən yetərincə əsassızdır.
Birincisi, Fransa hökumətinin öz öhdəliklərini effektiv yerinə yetirə bilməməsinin cəzasını bu və ya digər formada ölkə vətəndaşları çəkməməlidir. Milli pensiya sisteminin dayanıqlı olmamasında sıravi Fransa vətəndaşının təqsiri yoxdur. Bu ədalətli deyil və hökumətlə vətəndaşları arasındakı "ictimai razılaşmanın" pozulmasıdır.
İkincisi, insanların pensiyaya çıxanadək əlavə olaraq iki il işə çıxmağa məcbur edilməsi bu dövrdə əməyin məhsuldarlığının qəfil azalmasına gətirib çıxaracaq. Milli iqtisadiyyatda bacardığından az istehsal edən əhali təbəqəsi yaranacaq.
Mənəvi nöqteyi-nəzərdən Fransanın hakim elitasının ümumi yanaşmasına haqq qazandırmaq son dərəcə çətindir. İndi çox güman ki, pensiya yaşına çatmaq üçün daha uzun müddət işləyəcək Fransa vətəndaşları çox pis vəziyyətə düşüblər, çünki siyasətçilər demokratiya prinsiplərini sarsıdan istənilən qanunvericiliyin zorla yeridilməsi üçün hüquqi vasitələrin istifadəsində maraqlıdırlar. Bu isə demokratik cəmiyyəti tiraniyaya çevirməklə hədələyən təhlükəli yoldur.
Böyük ehtimalla Fransada insanlar pensiya yaşına düzəlişlə qarşı-qarşıya qalacaq və vəziyyətə təsir etmək imkanına malik olmayacaqlar. Eyni zamanda qanunun qəbulu ilə əlaqədar vəziyyət güman ki, 49.3-cü maddənin və onun Fransada demokratiyanın səviyyəsinə təsirinin məhdudlaşdırılması haqqında müzakirələrə səbəb olacaq.
TREND
Məsim Əhməd oğlu Məmmədov "Azərbaycan Respublikasında iqtisadi rayo
Aktyor Müşviq Şahverdiyev müğənni Musa Musayevi parodiya edib.
Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və blogerə polis tər
İllər uzunu özünü dünyaya Avropanın ən sabit, demokratik və təhlükəs
Bakı şəhərinin Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5
Dünya şöhrətli müğənni Ariana Grande tanınmaz hala düşüb.
Futbol üzrə Azərbaycan millisinin İsveç yığmasına 0:5 hesablı biyabır�
Ruslar Baxmutun mərkəzinə doğru irəliləyib.
"Kinoya çəkilənə qədər artıq 6 il idi ki, teatrda çalışırdım. T
Bütün Fransa və Avropanın siyasi kəsimi Makronu və saatı müzakirə edir.
Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd ort
Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəməd�