Bakıya millinin futbolçuları ilə eyni təyyarədə qayıdan səfir:
Digərləri 28 Mar 2023 12:20:00 265 0
Futbol üzrə Azərbaycan millisinin İsveç yığmasına 0:5 hesablı biyabırçı məğlubiyyəti sosial şəbəkələrin əsas müzakirə mövzularındandır. Əksəriyyət baş məşqçi De Byazinin "əla oynadıq" fikirlərini tənqid edərkən, digərləri AFFA-nın laqeyidliyinə, futbolçuların hazırlıqsız olmasına diqqət çəkiblər.
Bu xəbəri də oxu: Mangistau vilayətinin prokuroru: Balonun partlaması aşkar faktdır
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, müzakirəyə qoşulanlar sırasında Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev də var.
Səfir arxa-arxaya iki oyundur uduzan millinin məğlubiyyətini tənqid edərək, 18 il əvvəlki oyunda 0:8 hesablı məğlubiyyəti xatırladıb:
"Deməli, milli komandamız dünən də 5-0 uduzdu. İsveçə. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq.
VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
- Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.
Dördüncü qol vurulanda isə:
- Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.
Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.
Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.
Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi:
- Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi.
Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...
Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir..."
Son.az
Ruslar Baxmutun mərkəzinə doğru irəliləyib.
"Kinoya çəkilənə qədər artıq 6 il idi ki, teatrda çalışırdım. T
Bütün Fransa və Avropanın siyasi kəsimi Makronu və saatı müzakirə edir.
Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd ort
Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəməd�
Ukrayna Silahlı Qüvvələri atışların intensivliyini azaltmaq üçün rusla
ABŞ-da cinsi azlığın nümayəndəsi Tennessi ştatının Neşvill şəhəri
Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsind
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
Mingəçevirdə itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.
Şəhərimizin premium yaşayış komplekslərindən biri olan "Gumush Resi
2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan O
Rusiya qoşunları Donetsk vilayətinin Avdeyevka yaxınlığında hücumların�