Əsl fransız demokratiyası: xalq "kütlə", qanun layihəsi kağız parçası olanda...
Siyasət 27 Mar 2023 18:05:00 275 0
"İkinci dərəcəli" dövlət və xalq saydığı məkanlarla insanlara sürəkli "demokratiya dərsi" keçməyə çalışan Fransanın indiki hakimiyyəti insan haqlarını hədəfə alan müstəbid kimi davranır. Rəsmi Paris üçün demokratiya, deyəsən, vətəndaşlarla istədiyi kimi davranmaq azadlığıdır.
Bu xəbəri də oxu: Ərdoğan Prezident İlham Əliyevə zəng edib
"Pensiya islahatlarına qarşı etiraz edən kütlənin iradəsini millət vəkilləri vasitəsilə izhar edən xalq qarşısında heç bir legitimliyi yoxdur. Fransanın müxtəlif şəhərlərindəki qiyam xalqın təmsilçilərinin iradəsindən önəmli ola bilməz".
Son.az Trend-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron hökumətin Yelisey Sarayında keçirilmiş toplantısında belə deyib.
Onun sözlərinə görə, xalq iradəsini deputatlar, yəni parlament vasitəsilə bildirir: "Fransada demokratik qayda-qanunu israrla müdafiə edəcəyəm. Parlamentdə səsvermə olmadan pensiya islahatlarının keçirilməsini normal sayıram. İslahatların gerçəkləşməsi üçün Konstitusiyanın tətbiqi yaxşıdır. Bir şərtlə ki, kütlə dövlət qurumlarına sayğı bəsləsin. Parlamentə gəldikdə isə orada alternatvi çoxluq yoxdur".
Fransasada pensiya islahatlarına qarşı etiraz aksiyaları səngimək bilmir.
Xatırladaq ki, ölkədə vətəndaşların pensiya yaşının 62 ildən 64 ilə qaldırılmasını nəzərdə tutan qanun layihəsi bu ilin yanvarında parlamentə təqdim edilmişdi. Martın ortasında Fransa hökuməti Konstitusiya səlahiyyətlərindən yararlanaraq bəyan edib ki, qanun layihəsi parlamentin aşağı palatası olan Milli Assambleyada səsvermə keçirilmədən qəbul ediləcək.
Həmin açıqlamadan sonra etiraz aksiyaları daha da sərtləşib, miqyası artıb.
Rəsmi Paris çox fəndgir tərpəndiyini düşünür. O, Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edib. Həmin maddədə deyilir ki, əgər hər hansı qanun layihəsi ilə bağlı parlament 24 saat ərzində hökumətə etimadsızlıq votumu elan etməsə, sənəd parlament çoxluğu tərəfindən qəbul edilmiş sayılır.
Emmanuel Makrona gəldikdə - o, küçələrə çıxaraq etiraz aksiyaları keçirən vətəndaşları aşağılayıb. Xalqı "kütlə" adlandıran Frananın dövlət başçısı etirazların qanunsuz olduğunu vurğulayıb və bəyan edib ki, "sən demə", dövlət qurumlarının iradəsi ilə rəsmi strukturların qərarı fikrini izhar edən vətəndaşların tələblərindən üstündür.
Fransa Prezidentinin təqdimatındakı situasiya demokratiyadırsa, bəs, onda totalitar diktatura və ya despotiya nədir?!
Təbii, rəsmi Paris dünyanın istənilən başqa ölkəsində etiraz aksiyaları keçirənləri "demokratik cəmiyyətin nümayəndələri, xalq təmsilçiləri" adlandırır. Həmin "nümayəndə"lər bəzən xaricdən idarə olunan bir dəstə marioneot, "təmsilçi"lər isə sahiblərin əmrini xalqla dövlətin mənafeyindən üstün tutan radikallar olsa belə...
Məsələn, Parisin təqdimatında Gürcüstanda və ya Moldovada parlament binası qarşısına toplaşıb deputatları daşa basmağa çalışan, polislərin avtomobillərinə od vuran, hətta asayiş keşikçilərinə atəş açmağa çalışanlar "demokratik insanlar"dır.
Parisin çoxdan propaqanda vasitəsilə çevrilmiş mass-mediasına görə, Pakistanda rəsmi qurumların əməkdaşlarını qətlə yetirən, inzibati binalara od vuranlar "xalqın nümayəndələri"dir.
Və ya Bakıda xarici dövlətin xüsusi xidmət orqanlarının əmri ilə yürüş keçirməyə çalışan "demokratik ruhlu dindarlar", Xankəndi yaxınlığında səngər qazan, yollara minalar döşəyən, vətəndaşlarımızı atəşə tutan separatçılarla terrorçular "xalq təmsilçiləri" kimi qələmə verilir.
Parisdə, Marseldə, Lionda, Brestdə küçələrə çıxıb hüquqlarının pozulduğunu deyən insanlarsa "kütlə"dir. Üstəlik, Fransanın hüquq-mühafizə orqanlarının bəyanatlarına görə, "aqressiv və idarəolunmaz, ekstremist kütlə".
Bu səbəbdən də rəsmi Parisin bəyanatlarına görə, polis və jandarmlar həmin insanları döyür, həbs edirlərsə - dürüst davranırlar.
Fransanın siyasi elitalarının ikiüzlülüyü, saxtakarlığı və çoxmaskalılığı budur.
Etiraz edən vətəndaşları "kütlə" adlandıran Emmanuel Makron indiyədək Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Latviya, Litva, Estoniya, Tacikistan və Azərbaycanda sanksiyalaşdırılmamış mitinq cəhdində olan insanları fasiləsiz olaraq dəstəkləyib. O, heç vaxt həmin ölkələrdəki dövlət qurumlarının qərarlarının qanuni, rəsmi strukturların davranışlarının qeyri-legitim olmadığını söyləməyib.
Fransanın DİN başçısı Jerald Darmanen ölkədəki etiraz aksiyalarında dünən 123 polis və jandarmeriya əməkdaşının xəsarət aldıqlarını bəyanr edib. O, aksiyalara qatılanlardan 80 nəfərin saxlandığını deyib.
Lakin nazir ölkənin 17 şəhərində keçirilmiş etiraz aksiyalarında vəhşicəsinə döyülən vətəndaşların sayını açıqlamayıb.
Qeyri-rəsmi açıqlamalara və fransalıların sosial şəbəkələrdə yazdıqlarına görə, aksiyalarda 340 nəfər xəsarət alıb: onların 223 nəfərini polis və jandarmeriya əməkdaşları vəhşicəsinə döyüblər.
Pensiya islahatlarına etiraz edənlərə qatılaraq fəaliyyətini dayandırmış dünyaca məşhur Luvr Muzeyinin əməkdaşları arasında da iki nəfərin xəsarət aldığı iddia olunur.
Fransalı insan haqları müdafiəçiləri aksiyaların qarşısının alınması zamanı polislərlə jandarmların rezin dəyənəklər, bibər qazı və gözyaşardıcı qazla yanaşı, rezin güllələrdən istifadə etdiklərini vurğulayıblar.
Aksiyalarda saxlanılanların və döyülənlərin real sayı təqribən 1500 nəfərdir.
Sosial şəbəkələrdə və platformalarda yüzlərlə tutulan, saxlanan və döyülən fransalının fotoları yayılandan sonra Fransanın DİN-i təcili bəyanatla çıxış edərək "Sadəcə, Parisdəki etiraz aksiyalarında 1500-dən artıq xuliqan, ekstremist ruhlu şəxs saxlanılıb. Onların əksəriyyəti asayiş keşikçilərinin qanuni tələblərinə tabe olmaq istəmədikləri üçün həmin şəxslərə qarşı fiziki vadaretmə tədbirləri görülüb".
Parislə yanaşı, Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lion şəhərlərində "fiziki vadaretmə" nəticəsində yüzlərlə fransalı vəhşicəsinə döyülüb.
İnsan haqlarının və vətəndaş hüquqlarının kobud şəkildə pozulduğu, azadlıqların polis çəkməsinin altında qaldığı Fransanın hakimiyyət dairələri isə sanki heç nə olmamış kimi davranaraq, bu gün yenə "bəzi ölkələr"də "demokratik prinsiplərə riayət olunmadığını" bəyan ediblər.
Demokartiyanı heçə sayan prinsipsizlərin belə açıqlamaları Fransaya təhqirdir.
O Fransa ki, indi isterikaya qapılmış, qanunları kağız parçası sayan diletantlar tərəfindən idarə olunur...
Heydər Əliyev adına sarayda Xalq artisti Eyyub Yaqubov və "Big Band Sou
Moskvada yaşayan tanınmış müğənni İlqar Əsgərov vəfat edib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat m�
Bir müddətdir ki, mediada "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi
Rusiya Avropadakı dondurulmuş aktivləri müqabilində Ukraynanı satın ala b
"Korrupsiyanın qarşısının alınması" üzrə seçmə kurs Portuqa
Azərbaycan ordusu martın 25-i şərti olaraq 2054,0 yüksəkliyi adlanan stra
Xəbər verdiyimiz kimi, aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov həmk
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tər
"Tik-tok" sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşa
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yolux
Bir müddət əvvəl qaraciyər serrozundan əziyyət çəkən və əməliyyatı
Kolumbiyanın polis rəisi general Henri Sanabria etiraf edib ki, o və digər z
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının