İftar üçün maraqlı reseptlər
Digərləri 27 Mar 2023 01:22:00 281 0
Son.az axşam.az-a istinadla "İftar menyusu"nu təqdim edir:
Bu xəbəri də oxu: BDYPİdən əhaliyə MÜRACİƏT
Kələm şorbası
Ərzaqlar: Kələm - 1 kq. Kərə yağı - 1 xörək qaşığı Soğan - 1 ədəd Yaşıl soğan - 200 qr. Kəvər - 200 qr. Kök - 1 ədəd Un - 1/4 stəkan Mixək - 2 ədəd Qaymaq - 2 xörək qaşığı Yağsız pendir rəndəsi - 2 xörək qaşığı Duz zövqə görə
Hazırlanması: Kələmi yarpaqlarını ayıraraq yuyun. İncə doğradıqdan sonra bir az qaynadın. Bir qazana kərəyağını töküb əridin. Əvvəl incə doğranmış soğanı və yaşıl soğanı qızardın. Rəndələnmiş kökü və doğranmış kələmləri də əlavə edərək üzərinə un səpin. Qarışığın üstünü örtəcək qədər su tökdükdən sonra kəvəri və mixəyi əlavə edərək, 45 dəqiqə bişirək. Ocaqdan götürməmişdən qabaq duz əlavə edin. Sonda rəndələnmiş pendiri səpin. Süfrəyə verərkən üzərinə 1 çay qaşığı qaymaq əlavə edin.
Türlü Ərzaqlar: Sümüksüz quzu əti - 250 qr. Təzə lobya - 150 qr. Badımcan - 1 ədəd Kabaçok - 1 ədəd Soğan - 2 ədəd Şirin bibər - 2 ədəd Sarımsaq - 2 diş Pomidor - 250 qr. Ət bulyonu - 1 st. Yağ - 4 xörək qaşığı Duz və istiot zövqə görə
Hazırlanması: Lobyanı, badımcanı, bibəri, pomidoru və kabaçoku təmizləyib, dördkünc şəkildə, soğanla sarımsağı isə çox xırda doğra. Əvvəlcədən isidilmiş tavaya yağı, əti və soğanı töküb qovur. Ət bir az yumşalandan sonra tərəvəzləri, sarımsağı, duzu və istiotu əlavə edib, bir qədər qovur. Bulyonu əlavə edib, tərəvəzlər yumşalana qədər bişir.
Şokoladlı rahathulqum
Ərzaqlar: Yoqurt - 3 qutu Şokoladlı peçenye -300 qr. Jelatin - 15 qr. Vanil - 1 paket Süt - 1/2 stəkan
Hazırlanması: Jelatini südlə qarışdırıb, vam odda əriyənə qədər bişir. Yoqurtu vanillə qarışdırıb, jelatinə əlavə et. Peçenyeləri əzib, bir qaba yığıb, üzərinə yoqurtlu qarışığı tök. Üstünə xırdalanmış şokolad əlavə edib, soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə ver.
İngiltərədə ürək dayanması səbəbindən bir neçə dəqiqə həyatını
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Seks insanlığı həyəcanlandıran ən maraqlı mövzulardan biridir. Məşhur
Şirin qazlı sular və toyuq filesi uşaqların və yeniyetmələrin sağlamlı
Son zamanlar ailələrdə xəyanət halları artıb.
Yaz mövsümü bir çox xroniki xəstəliklərin oyanan dövrüdür. Ən çox tu
Dünyaca məşhur amerikalı model Bella Hadid açıqlaması ilə gündəmə gə
ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu s
Şəkərli diabetdən əziyyət çəkən xəstələr Novruz bayramında ciddi s�
Tükr əsilli holandiyalı müğənni Karsu Dönmezin Kahramanmaraşda baş ver�
Rusiyanın Birinci kanalında yayımlanan "SSRİ əsri" verilişində
Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ" və İst
Bayram şirniyyatlarını qəbul etməzdən əvvəl limonlu, sirkəli su içmək
Rusiyanın Tula vilayətinin Kireyevsk rayonunda partlayış baş verib.