Günün qoroskopu: Bütün diqqəti işə yönəldin, səhvləri sıralamayın
Digərləri 27 Mar 2023 00:01:00 301 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - axşam saatlarında yaşam potensialı bir qədər aşağı düşəcək. Səhhətdə problemin yaranması istisna deyil. Uzunmüddətli səfər, idmanla çox məşğul olmaq məsləhət deyil. Təmir və ya evdə dəyişikliklər üçün əlverişli gün deyil. Buğa - işlə bağlı istənilən məsələlərin müzakirəsi üçün əlverişli gündür. Danışıqlar çətin olsa da, emosiyaların əsiri olmayın. Mövqeyinizi təmkinlə, səbrlə müdafiə edin və opponentlərin rəğbətini qazanın. Nüfuzlu şəxslərlə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün yaxşı gündür. Hüquqi məsələləri həll etmək olar. Əkizlər - günün ilk yarısında ehtiyatlı olun. Səhvə yol vermək çox asandır. Hesabat hazırlamaq, maliyyə məsələlərini həll etmək, alış-verişdə iri məbləğdə pul xərcləmək məsləhət deyil. Müsbət təmayüllərin təsiri güclənir. İşlərdə qayda yaratmaq, əvvəl başlanmış layihələri başa vurmaq imkanı yaranır. Xərçəng - işləri bir qədər azaldın. İfrat yorulmağa ehtiyac yoxdur. Axşam saatlarını evdən kənarda keçirin. Səfərdən imtina edin. Yaxınlarınızı sevindirin. Həssas və diqqətli olun. Şir - müsbət təmayüllərin təsiri güclüdür, gün ümumən uğurludur. Lakin məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız. Bədxahlarınız irəliləyişinizə mane olmaq, yolunuzda sədlər yaratmaq üçün əllərindən gələni edirlər. Təmkinli, sakit olun. Situasiyanı dəqiq və səhih dəyərləndirin, necə addım atmağın gərəkdiyini müəyyənləşdirin. Qız - təhsil və tədris üçün əlverişli gündür. Mühüm informasiya və yaxud məlumatın yadda saxlanması ilə bağlı problem yoxdur. Əldə etdiyiniz biliyi dərhal tətbiq edin. İmkanınız varsa, alış-veriş üçün əlverişli vaxtdır. Axşam saatlarında səhv etməyin. Tərəzi - səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatlar yaymayın. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun. Əqrəb - yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Yaxın ətrafınızdakı insanların reaksiyalarını dəyərləndirmək asan deyil. Sevimli insanla həssas olun, diqqətli davranın. Onun sizin dəstəyinizə ehtiyacı var. Oxatan - əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil. Qələbələr sizə kiçik, məğlubiyyət və ya uğursuzluq isə fəlakət təsiri bağışlayacaq. Əslində belə deyil. Bir qədər düşünün: heç də pis olmayan nəticələr əldə olunub, qiymətli təcrübəyə yiyələnibsiniz. Sənədlərlə çalışmaq, hesabatlar hazırlamaq məsləhət deyil. Fikriniz dağınıqdır, həmişəki günlərdən fərqli olaraq daha tez-tez səhvlərə yol verirsiniz. Oğlaq - yaxşı dost məclisində və ya ailə üzvlərinizin yanında istirahətdən həzz alacaqsınız. Bir şərtlə ki, bütün təşkilati məsələləri əvvəlcədən həll edərək işi gümana bağlamayasınız. Səfər varsa, diqqətli olun. Axşam saatları kulinar eksperimentlər üçün yaxşı vaxtdır. Dolça - işlə bağlı problemlərdən qurtulmaq mümkün deyil. Bütün diqqəti işə yönəldin, səhvləri sıralamayın. Həmkarlar və tərəfdaşlardan biri yaxşı məsləhət verəcək. Fəqət hər şeyə rəğmən yalnız öz intuisiyanıza güvənin. Sayıq və məntiqli olun. Sövdələşmə və müqavilə, yeni layihə üçün əlverişli gün deyil. Bir dəfə sizi aldatmış insanlarla yenidən hansısa işə başlamayın. Balıqlar - günün ilk yarısı qarışıq, təbəddülatlı və əndişəli vaxtdır. Kiçik problemlər, işdə anlaşılması mürəkkəb təxirəsalmalar yaşanır. Nə baş verdiyini araşdırın, qayda yaradın. Səyləriniz hədər getməsin. Maliyyə fonu uğurlu deyil. Bu gün imzalanan müqavilə, əldə edilən razılaşma, yatırılan sərmayə uğurlu olmayacaq. Alış-verişdə çox pul xərcləməyin. Son.azSeks insanlığı həyəcanlandıran ən maraqlı mövzulardan biridir. Məşhur
Şirin qazlı sular və toyuq filesi uşaqların və yeniyetmələrin sağlamlı
Son zamanlar ailələrdə xəyanət halları artıb.
Yaz mövsümü bir çox xroniki xəstəliklərin oyanan dövrüdür. Ən çox tu
Dünyaca məşhur amerikalı model Bella Hadid açıqlaması ilə gündəmə gə
ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu s
Şəkərli diabetdən əziyyət çəkən xəstələr Novruz bayramında ciddi s�
Tükr əsilli holandiyalı müğənni Karsu Dönmezin Kahramanmaraşda baş ver�
Rusiyanın Birinci kanalında yayımlanan "SSRİ əsri" verilişində
Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ" və İst
Bayram şirniyyatlarını qəbul etməzdən əvvəl limonlu, sirkəli su içmək
Rusiyanın Tula vilayətinin Kireyevsk rayonunda partlayış baş verib.
Novruz süfrəsini daha çox şəkərli, karbohidratlı təamlar bəzəyir. Əg�
İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalant
Əməkdar artist Lalə Məmmədova Əməkdar incəsənət xadimi, bəstəkar Cav