"Şoubiznes adamları ciddi olmur, ailə qurmaram"
Şou-biznes 26 Mar 2023 13:24:00 334 0
"MTV maqazin" subay sənət adamları arasında sorğu apararaq, bu sahədən kiminlə ailə qurmaq istədiklərini soruşub.
Bu xəbəri də oxu: Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər FOTO
Son.az axşam.az-a istinadən bildirir ki, mövzuyla bağlı aktrisa Pərvin Abıyeva "Ümumiyyətlə məşhur bir bəylə ailə qurmazdım. Çünki qısqanc adamam. Həm də şou-biznes adamları ciddi olmur. Mən daha ciddi bəyləri sevirəm. Gələcəkdə nə olacaq bilmirəm. Faktiki düşüncəm belədir" deyib.
Aparıcı Vüsalə Əlizadə isə şou nümayəndəsiylə ailə qurmağı ağlının ucundan keçirmədiyini söyləyib.
Müğənni Səidə Sultan "Şou-biznesdə gözüm düşdüyü adam yoxdur. Hələ ki, o ürəkli adamı görməmişəm. Çətin adamam, ona görə mənimlə də dolanmaq qəlizdir" reaksiyasını verib.
Aparıcı-aktyor Şəhriyar Əbilov isə şou əhli arasından artıq heç kimlə ailə qurmayacağını bildirib.
Türkan Vəlizadə də fikrini bildirərək, "Şou-biznesdən inanmıram. Çünki düşünürəm ki, eyni sənətdə olduğum insanlarla yola getmərəm" deyib.
Tarzən Humay Qədimova "Şou əhli arasında çox qanacaqlı adamlar var. Sadəcə onları görmək lazımdır. İnsan sevgi etirafını birinci bəydən alar. Qadın da ona qarşlıq verər. Mən belə təklif almamışam" cavabını verib.
"Eyni sahədə olan adamla ailə qurmaq asan deyil, ələxsus da müğənni bir bəylə. Hər gün biri məclisdə olacaq və bu baxımdan belə cütlük tam ailə kimi ola bilməz. Mənim üçün daha sakit həyat uyğundur" deyə, müğənni Aysel Əlizadə bildirib.
Şirkət və qurumların adına açılan saxta veb-saytları müəyyənləşdirm
Almaniyanın Hamburq şəhərində gecə saatlarında baş verən atışmada iki
Rusiya prezidenti Vladimir Putin ölkəsinin qonşu Belarusla taktiki nüvə sil
Azərbaycanın Qarabağ bölgəsində vəziyyət və onunla bağlı məsələni
Aparıcı-aktyor İlkin Həsəni sosial şəbəkədə atasıyla bağlı paylaş
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki həftə �
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Baydenin dövründə �
Honduras Tayvanla diplomatik əlaqələri kəsdikdən sonra Çin Xalq Respublika
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiy�